Türkiyədə sabiq polis rəisi Altuğ Verdinin qətlində FETÖ izi...

Türkiyənin Rizə vilayətinin polis idarəsinin sabiq rəisi Altuğ Verdini şəhid edən polis məmurunun bağlı olduğu FETÖ-nün təşkilatlanmasında yer almaqda şübhəli bilinən 27 nəfərin tutulması üçün başlanan əməliyyat zamanı 25 nəfər saxlanıb.
Baki-xeber.com-un xəbərinə görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqda 11 dekabr 2018-ci il tarixində vəzifə yerinin dəyişildirilməsi tələbinə mənfi cavab aldığı üçün polis idarəsinin binasına silahlı hücum təşkil edərək Rizə vilayəti polis idarəsinin rəisi Altuğ Verdini şəhid edən, kadrlar şöbəsinin müdiri Ercan Poladla mühafizə polisi Yiğitcan Köksalı isə yaralayan polis işçisi İsmail Hakkı Sarıcaoğlunun Fetullahçı Terror Təşkilatı ilə əlaqəsi üzə çıxıb
Sarıcaoğlunun ələ keçirilən mobil telefonu, elektron poçt və sosial şəbəkə hesablarında aparılan araşdırmalar zamanı təşkilatın digər üzvləri də müəyyənləşdirilib. Təşkilatlanmada polis, həkim, araşdırmaçı, müəllim və fəaliyyəti dayandırılan Cihan Xəbər Agentliyinin də əməkdaşı daxil olmaqla 27 nəfərin olduğu məlum olub.
Bununla bağlı Baş Prokurorluq 9-u polis, 1-i həkim, 4-ü müəllim olmaqla 27 nəfər haqqında həbs-qətimkan tədbiri qərarı çıxarıb.
İstanbul Təhlükəsizlik İdarəsinin Qaçaqçılıqla Mübarizə şöbəsi Müdirliyinin əməkdaşları tərəfindən şübhəlilərin tutulması üçün İstanbul, Adana, Bursa, Rizə, Samsun, Trabzon və Nevşehir şəhərlərində əməliyyat başlanıb.
Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Müdirliyi və Milli İstihbarat Təşkilatı (MİT) İstanbul regional şöbəsinin kookrdinatorluğu ilə həyata keçirilən əməliyyat çərçivəsində 25 nəfərin saxlandığı, 2 nəfərin ölkə xaricinə qaçdığı müəyyən edilib.