26/02/2020 15:08
728 x 90

Türkiyədən Suriya rejiminə daha bir zərbə... Rusiya Əsədi dayandırmaq niyyətində deyil, NATO və ABŞ-dan da açıqlama gəldi

img

Türkiyənin ordusu Suriyada türk əsgərlərinə hücumdan sonra Bəşər Əsəd rejiminə qarşı hücumlarını davam etdirir. Baki-xeber.com xəbər verir ki, Türkiyənin ordusu rejim ordusuna daha bir zərbə vurub.

Türkiyənin Müdafiə Nazirliyi İdlibdə daha 51 rejim hərbçisinin zərərsizləşdirildiyini açıqlayıb. Bundan əlavə bir silah anbarı, bir zenit qurğusu, iki tank məhv edildi və bir tank ələ keçirilib.

Türkiyənin hücumlarının əsas səbəbi isə Əsəd rejiminə bağlı ordunun ələ keçirməyə çalışdığı İdlibdə türk əsgərlərini hədəf alması olub. Keçən həftə Suriya ordusunun artileriya atəşi nəticəsində 7-si hərbçi, 1-i mülki presonal olmaqla  8 nəfər həlak olub. Fevralın 10-da isə Rusiya nümayəndə heyətinin Suriya ilə bağlı müzakirə aparmaq üçün Ankara gəldiyi bir vaxtda rejim yenə də türk əsgərini hədəf alıb. Hücum nəticəsində 5 türk əsgəri şəhid olub, 5-i isə yaralanıb.

Son hücumdan sonra Türkiyə ordusu rejim ordusunu vurmağa başlayıb və ilk gün 101 Suriya hərbçisini zərərsizləşdirilb.

Ankaraya gələn, Suriyada Əsəd rejiminin əsas himayədarı olan Rusiya nümayəndə heyətilə müzakirələr isə nəticəsiz bitib və heyət dünən Moskvaya qayıdıb.

Bölgədəki vəziyyətlə bağlı Kremldən də maraqlı bir açıqlama gəlib. Kremlin sözçüsü Peskov, nə qədər təəccüblü olsa da Ankaranı bölgədəki Rusiya və Suriya orduduna qarşı hücumları dayandırmağa çağırıb.

Bir məqamı da qeyd edək ki, Rusiya İran və Türkiyə ilə üçlü razılaşmalara baxmayaraq, hazırda müxaliflərin əlində olan İdlibi ələ keçirmək üçün Əsəd rejiminə birbaşa dəstək verir. Hətta bölgəyə tez-tez hava hücumları təşkil etdiyinə dair məlumatlar da var.

NATO isə İdlibdəki hücumları qınayıb, Əsəd rejimini və Rusiyanı hücumları dayandırmağa çağırıb. ABŞ da Türkiyənin yanında olduğunu bəyan edib.

TAHİR

Son xəbərlər