Bazar günü günü, 15 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Albert Eynşteyn

Image


XX əsrin görkəmli fiziki, nisbilik nəzəriyyəsinin banisi, kvant nəzəriyyəsinin və statistik fizikanın yaradıcılarından biri Albert Eynşteyn 1879-cu ildə Almaniyanın Ulm şəhərində anadan olub. Eynşteyn bir yaşına çatanda ailə Münhen şəhərinə köçüb. 3 yaşına qədər danışa bilməyən Albert məktəbdə oxuduğu zamanda da diqqətçəkən bir şagird olmayıb.

Müəllimlər Albert barədə onun valideynlərinə dəfələrlə şikayət edib, onun gələcəyinin yaxşı olmayacağını söyləyiblər. Yəni Albertin qiymətləri yüksək, müəllimlərlə münasibəti isə gərgin olub. Azad düşüncəli şagirdin avtoritar müəllimlərdən, hərbi qaydaları xatırladan davranış qaydalarından xoşu gəlmirdi və bunu onlara hiss etdirirdi. Bir dəfə müəllimi Eynşteynin üzünə baxaraq deyib ki, “Sən bu gimnaziyadan çıxıb gedəndə bilirsən necə yaxşı olacaq! Sənin burada olmağın bütün məktəbin nüfuzuna xələl yetirir”. Buna baxmayaraq, Eynşteyn zaman keçdikcə sahib olduğu dərrakəni onlara göstərməyi bacarıb.

Qeyd etdiyimiz kimi, Albert Eynşteyn uşaqlığında danışmaqla bağlı problem yaşayıb. Dili çox gec açılan Eynşteyn dil açıb danışmağa başlayandan sonra da yavaş danışırmış. Bu, doqquz yaşına gədər davam edib. Anası və atası onun xəstə olduğunu düşünüb çox qorxurmuş. Ancaq bir axşam yeməyi zamanı səssizliyi balaca Eynşteyn pozub, o: “Bu yemək çox istidir”– deyib. Ondan indiyə qədər niyə danışmadığını soruşduqda isə belə cavab verib: “Çünki indiyə qədər hər şey qaydasında idi.”

Anası Paulina Albertin kiçik yaşlarından musiqilə məşğul olmasını istəyirdi. Buna görə Alberti skripka dərslərinə aparırdı. Albert skripka dərslərinə altı yaşında başlayıb, on dörd yaşına gədər davam edib. On bir yaşı olarkən yəhudi ənənəsi olaraq evdə din dərsləri almağa başlayıb. Bu dövrdə Albert dinə dərin meyl hiss edib, bütün dini vacib əməlləri mütəmadi olaraq yerinə yetirib.

İlk təhsilini Münhendəki qimnaziyada alan Eynşteyn 1895-ci ildə Politexnik məktəbinə qəbul imtahanı verib. Bura imtahan vermək üçün Albert on səkkiz yaşından böyük olmalı idi, fəqət on altı yaşında olduğuna görə o, imtahan verə bilmək üçün xüsusi icazə sənədi almışdı. Eynşteyn atasının tövsiyəsinə uyğun olaraq mühəndislik bölümünə qəbul imtahanı verib. Riyaziyyat və fizikadan yüksək qiymətlər almasına baxmayaraq, digər fənlərdən yaxşı nəticə əldə edə bilməyib. Onun potensialını görən təhsil ocağının müdiri İsveçrə məktəblərindən diplom alıb yenidən imtahan verməsini tövsiyə edir. Ailəsi bu tövsiyəni qiymətləndirərək onu İsveçrə məktəblərindən birinə göndərir. Məktəbdəki təhsil mühiti onun xarakterinə çox uyğun idi. Nəticədə bütün imtahanları uğurla verən Eynşteyn, lazım olan yaşdan altı yaş kiçik olmasına baxmayaraq, Politexnik məktəbinə qəbul olunur və Federal Politexnik məktəbində fizika və riyaziyyat üzrə təhsilini davam etdirir.

Albert Eynşteyn Politexnik məktəbində oxuduğu zaman burada gələcək həyat yoldaşı, serbiya əsilli Mileva Maric ilə tanış olur. Mileva bir il əczaçılıq bölümündə oxuduqdan sonra fizika bölümündə təhsil almağa başlamışdı. Aralarında məhəbbət münasibəti yaranan gənclər təhsillərinin son ilində evlənməyə qərar verir və 1903-cü ildə evlənirlər. Bu evlilikdən onların bir qızı və iki oğlu dünyaya gəlir.

Albert Eynşteyn 1899-cu ildə universitetdən fizik diplomu ilə məzun olur. Elmi fəaliyyətini davam etdirmək üçün universitetdə iş tapmaq istəsə də, təhsil müddəti ərzində üsyankar xarakterinə görə müəllimləri tərəfindən sevilməyən Albert Eynşteyn heç bir nəticə əldə edə bilmir. On səkkiz ay axtarışdan sonra Marsel Qrossmanın köməyilə patent ofisində işləməyə başlayır.

Albert Eynşteyn, riyaziyyatı və fizikanı dərindən öyrənməsinə baxmayaraq, hələ də özünə peşə seçə bilməmişdi. Atası oğlunun mühəndis olmasını istəyirdi. Albert isə İsveçrənin paytaxtı Surixin Federal Texnoloji İnstitutunda təhsilini davam etdirib fizika müəllimi olmaq istəyirdi. Aurauda olarkən gimnaziyadakı liberal ovqat, müəllimlərlə tələbələr arasındakı mehriban münasibətlər onda ruh yüksəkliyi yaratmışdı. Surixdə olarkən Albert məcburi kursları öyrənməkdən daha çox fizikanı müstəqil öyrənməyə üstünlük verirdi. Bununla belə o, geologiya, biologiya, tarix, ədəbiyyat və iqtisadla da maraqlanırdı. Əvvəllər fizikanın tədrisi ilə məşğul olmaq istəyirdi, fəqət 1900-cu ildə Surixin Federal Texnoloji İnstitutunu bitirməsinə və 1901-ci ildə İsveçrə vətəndaşlığı almasına baxmayaraq, daimi iş yeri tapa bilməyib, müəllimləri əvəz etməklə cüzi miqdarda çörəkpulu qazanmalı olub. Yəni gələcəyin dahi alimi günlərlə doyunca yemək üzünə həsrət qalıb.

1900-1902-ci illər onun üçün ağır maddi ehtiyac illəri idi. Bütün bunlara baxmayaraq, Eynşteyn fizikanı daha dərindən öyrənməkdən də qalmırdı. 1901-ci ildə Berlinin “Fizika salnaməsi” jurnalı onun ilk “Kapilyarlıq nəzəriyyəsinin nəticələri” adlı məqaləsini dərc edir. Bu məqalə məhlulların atomları arasında cazibə qüvvələrinin kapilyarlıq nəzəriyyəsi əsasında təhlilə həsr olunmuşdu. Yənu bu tarixi şəxsiyyət, düşdüyü vəziyyətə baxmayaraq, elmi araşdırmalarını davam etdirirdi.

Yaranan vəziyyəti anlayan dostlarından biri Eynşteyni İsveçrənin paytaxtı Bern şəhərində Federal Patent bürosunda ekspert vəzifəsinə təyin etdirir. Patent bürosunda yeddi ildən artıq bir müddətdə çalışan Eynşteyn iş qurtarandan sonra tədqiqat işləri ilə məşğul olurdu. Məhz həmin dövrdə o, görkəmli nəzəri fizik səviyyəsinə yüksələ bildi. Onun “Molekulların ölçülərinin yeni müəyyənləşdirmə qaydası” adlı elmi işi Surix Universitetində doktorluq dissertasiyası kimi qəbul edildi və Eynşteyn 1905-ci ildə elmlər doktoru oldu. 1905-ci ildə “Fizika salnaməsi”ndə onun 1904-cü ildə yazdığı statistik mexanika və istiliyin molekulyar nəzəriyyəsi məsələlərinin öyrənilməsinə həsr olunan məqalələri dərc edildi. Həmin məqalələrdə molekulların ölçülərinin yeni metodla müəyyənləşdirilməsi məsələsinə də yer ayrılırdı.

1905-ci ildə doktorluq dissertasiyası müdafiə edən Eynşteyn 1909-cu ildə Surix Universitetində professor kimi çalışmağa başlayır. Artıq Albert Eynşteyn məşhur alim olaraq tanınırdı. 1911-ci ildə Praqada Karl-Ferdinand Universitetində də professor adını alır. 1914-cü ildə Almaniyaya qayıdır və Berlin Humbolt Universitetində də professor adına layiq görülür, Berlin Universitetində professor kimi çalışmağa başlayır.

Alfred Eynşteyn 1921-ci ildə fizika sahəsində fotoeffektə bağlı apardığı tədqiqatlara görə Nobel mükafatına layiq görülüb. Mükafat ona fotoeffekti təsirin izah olunması səbəbilə verilmişdi.

Nisbilik nəzəriyyəsi, xüsusilə cisimlərin kütlə və enerjinin ekvivalentliyi arasındakı

münasibətinə görə məşhurdur. Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri və digər elmi tədqiqat işlərini göstərmək olar.

Albert Eynşteyn 1933-cü ildə Amerikada universitetləri ziyarət edərkən Alman hökumətinin yəhudiləri, müəllimlik də daxil olmaqla, bütün rəsmi mövqelərdən məhrum etdiyini öyrənir. Albert alman vətəndaşı olsa da, siyasi səbəblərə görə 1933-cü ildə bundan imtina edir. Bir ay sonra nasistlər kitab yandırma kampaniyasına başlayır və Eyşteynin də kitabları onların arsaında yandırılır. Belə olduqda Eynşteyn artıq Almaniyaya geri qayıtmayacağını açıqlayır. 1933-cü ilin mart ayında Avropaya gedir və bir neçə ay Belçikada qalır. Daha sonra müvəqqəti olaraq İngiltərəyə səfər edir. Həmin il ABŞ-a köçmək qərarına gəlir və birdəfəlik ABŞ-a köçür, burada müxtəlif nüfuzlu üniversitetlərdə öz fəaliyyətini davam etdirir. 1940-cı ildə Amerika vətəndaşı olur və 1955-ci ilə kimi, yəni vəfatına qədər burada yaşayır.

Atom bombasını ixtira edən Albert Eynşteyn Xirosima və Naqasaki faciəsindən sonra bu ixtirasından böyük peşmanlıq hissi keçirib və ömrünün sonunadək nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparıb. Bütün bunlara baxmayaraq, Avropa və Amerikada bir çox universitetlər ona yüksək elmi adlar verib, hətta 1999-cu ildə “Times” jurnalının keçirdiyi səs sorğularına əsasən Albert Eynşteyn “Əsrin adamı” və dünyanın ən böyük fiziki adına layiq görülüb. Amma bu gün bütün dünyada olan atom bombaları 1,6 milyard insanın həyatına son qoya bilər...

1939-cu ildə fizik olan macar elm xadimi Leo Slizardın da daxil olduğu qrup nasistlərin atom bombası araşdırması aparması haqqında Vaşinqtona xəbərdarlıq edir.  Fəqət qrupun xəbərdarlığına ciddi yanaşılmır. Eynşteyn nüfuzundan istifadə edərək bu məsələ ilə bağlı Ruzveltə məktub göndərir. Bu xəbərdarlıq ABŞ-a nüvə silahını inkişaf etdirməsi üçün təkanverici qüvvə olur. Nəticə olaraq ABŞ nüvə silahı yarada bilən yeganə ölkə olur. 1954-cü ildə vəfatından bir il əvvəl Albert Eynşteyn dostu Linus Panlinqə belə deyib: “Həyatımda yalnız bir böyük xəta etdim: prezident Ruzveltə atom bombası tövsiyyəsini verdim. Amma onun da səbəbi vardı - almanların bunu daha əvvəl etmək təhlükəsi...”

18 aprel 1955-ci ildə Albert Eynşteyn daxili qanaxma keçirib. İsrailin yaranmasının yeddinci ildönümü münasibətilə televiziya üçün çıxış mətni hazırlayıb, fəqət bu işini tamamlaya bilmədən vəfat edib. Eynşteyn bu sözləri deyərək əməliyyat olmaqdan imtina edib:“İstədiyim vaxt getmək istəyirəm. Həyatı süni şəkildə uzatmaq mənasızdı. İndi getmək vaxtıdı və bunu nəzakətli şəkildə etmək istəyirəm”. Albert Eynşteyn 76 yaşında Priston xəstəxanasında vəfat edib.

Eynşteyn vəfat etdikdən sonra elmə olan töhfələrinə görə bütləşdirilməsini istəmirdi. Buna görə də ailəsi onun cəsədinin yandırılması qərarına gəlmişdi. Həmin gecə xəstəxanada Harvey növbətçi idi. Harvey cəsədi yandırmaq üçün hazırlayır, beynini isə gizlədərək özü ilə evə aparır. Beyni oğurlanan Eynşteynin ailəsi şokda idi. Hökumət də daxil olmaqla, hamı beynin geri qaytarılmasını tələb etsə də Harvey bunu qəbul etmir. Harvey beyni yalnız elmi tədqiqatda istifadə edəcəyinə söz verdikdən sonra ailəsi iddialarından əl çəkir. Eynşteynin bədəninin qalan hissəsi isə yandırılır. Onun beyni beyin mütəxəssisləri tərəfindən tədqiq edilir və belə nəticəyə gəlinir ki, Albert Eynşteynin beyni normal insan beynindən yalnız bəzi hüceyrələrinin çox olması ilə fərqlənir.

Ruhu şad olsun!

Fazil QARAOĞLU
professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ