Bazar günü günü, 15 noyabr 2026
     

Qoruqlarımızın tabeliyi dəyişdi, mühafizəsi də dəyişəcəkmi?

Image


Mədəniyyət naziri qoruqların müasir standartlara uyğun formada qurulmalı olduğunu deyir
Sədaqət Məhərrəmli: “Bir sıra qoruqların Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilməsi qoruqların həyatında, fəaliyyət istiqamətində uğurlu yeniliklərə səbəb olacaq”
Aydın Xan Əbilov: “Qoruqların işinə yanaşmada müsbət dəyişikliklərin olacağına ümid edirəm”  

 

Tarix-mədəniyyət qoruqları dünyada turistlərin ən çox maraq göstərdiyi məkanlardan biridir. Azərbaycanda müxtəlif dövlət qurumlarının nəzdində bir neçə kateqoriya üzrə qoruqlar fəaliyyət göstərir. Məlum olduğu kimi, tarix-mədəniyyət qoruqları uzun illər idi ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərirdi. Nazirliyin yaydığı məlumata görə isə artıq bu qurumun nəzdindəki qoruqlar nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilib.

Nazirlikdən bildirirlər ki, nazirliyin tabeliyində fəaliyyət göstərən qoruqların fəaliyyətinin daha effektiv şəkildə qurulmasını təmin etmək üçün onlar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdinə verilib.

Məlumatlara görə, Qobustan Dövlət tarix-bədii qoruğu, Nardaran tarix-mədəniyyət qoruğu, Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu, “Pir Hüseyn xanəgahı” tarix-memarlıq qoruğu, Lahıc tarix-mədəniyyət qoruğu, “Çıraqqala” tarixi-memarlıq qoruğu, “Şabran şəhəri” tarixi qoruğu, “Avey” Dövlət tarix-mədəniyyət qoruğu, Gəncə Dövlət tarix-mədəniyyət qoruğu, Nizami Gəncəvi məqbərəsi kompleksi, Qəbələ Dövlət tarix-mədəniyyət qoruğu, İlisu Dövlət tarix-mədəniyyət qoruğu, Zaqatala tarix-mədəniyyət qoruğu, Şuşa Dövlət tarix-mədəniyyət qoruğu və Quba şəhərindəki Soyqırımı Memorial Kompleksi Dövlət Xidmətinin balansına verilib.

Qeyd edək ki, mədəniyyət naziri Əbülfəs Qarayevin sözlərinə görə, indi qarşıda duran əsas məsələ qoruqların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil edilməsidir: “Bura həm ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlər aiddir. Hazırda Ağsu və Qəbələdəki qoruqlarda elmi-tədqiqat işləri aparılır. “Avey” Dövlət tarix-mədəniyyət qoruğunda da Yaponiyadan olan mütəxəssislərin iştirakı ilə tədqiqat işlərinə başlanıb. Bu araşdırmalar bütün qoruqlarımızı əhatə etməlidir”.

Nazir qeyd edib ki, regionların mədəniyyət müəssisələri kimi qoruqların da fəaliyyətinin daha da gücləndirilməsi üçün ixtisaslı kadrların işə cəlb olunması diqqətdə saxlanmalıdır: “Qoruqların işi ölkəmizin müasir inkişaf səviyyəsinə uyğun qurulmalıdır. Bura xidmət səviyyəsinin yüksəldilməsi, eləcə də ödənişli xidmətlərin təşkili kimi məsələlər daxildir. Qoruqların dəqiq xəritələri hazırlanmalı, mühafizə zolaqları müəyyən olunmalıdır. Eyni zamanda, qoruqların hər birinin saytı yaradılmalıdır və bu saytlarda həmin qoruqlar haqqında müfəssəl məlumatlar yerləşdirilməli, onların daxil olduğu marşrutlar göstərilməlidir”.

Məlumat üçün bildirək ki, nazirliyin tabeliyində olan qoruqların bir qisminin isə turizm məqsədləri üçün daha geniş istifadəsinin təşkil edilməsi məqsədilə Dövlət Turizm Agentliyinin tərkibinə verilib.

Mədəniyyətşünas Sədaqət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki bəzi tarix-mədəniyyət qoruqlarının Dövlət Xidmətinə verilməsi bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına təkan olacaq. Ekspert qeyd etdi ki, son illərə qədər bu qoruqların çoxu baxımsız vəziyyətdə olub. Bu gün isə qoruqlara münasibətin müsbət istiqamətdə olduğunu deyən mədəniyyətşünasın sözlərinə görə, o qoruqlar özü tarixin qədim dövrlərindən yadigar qalan mədəni irsdir: “Ümumiyyətlə, son dövrlər qoruqlara münasibət müsbət istiqamətdə dəyişib. 2014-ci ildə “Avey” Dövlət tarix-mədəniyyət qoruğunda olmuşdum və qoruq baxımsız vəziyyətdə idi. Ancaq bu gün o qoruğun şəraiti düzəlib. Bu çox müsbət haldır. Qoruqların bir qisminin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilməsinin də müsbət tərəfləri var. Çünki qurum artıq bu məsələyə kompleks yanaşacaq. Onu da vurğulayım ki, Dövlət Xidməti müasir tələblərə cavab verən və tarix-mədəniyyət qoruqlarının işi ilə bağlı innovativ yenilikləri öyrənən mütəxəssislər yetişdirə biləcək. Bu gün yerlərdə fəaliyyət göstərən qoruqlarda ən qabarıq görsənən problemlərdən biri sahələr üzrə ixtisaslı kadr çatışmazlığıdır. Düşünürəm ki, bu kadrların hazırlanması işinə xüsusi önəm veriləcək. Burada əsas məsələlərdən biri də qoruqların fəaliyyətinə yeni baxışın formalaşdırılmasıdır. Qoruqların indiyə qədər saytları yoxdur, onların əksəriyyətinin turistlər üçün elektron xəritələri hazırlanmayıb. Hesab edirəm ki, bu gün qoruqların fəaliyyətində bir sıra dəyişikliyə ehtiyac var. Bundan başqa, rayonlardakı qoruqlarda müxtəlif xarici dilləri bilən mütəxəssislərin, bələdçilərin işlə təmin olunması vacibdir. Dövlət Xidməti bu işə ixtisaslı kadrlar cəlb etməli, müxtəlif treninqlər, seminarlar təşkil etməklə yeni nəsil qoruq işçiləri hazırlamalıdır”.

Ekspert qeyd etdi ki, bu gün Azərbaycanda fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarını turistlər üçün daha maraqlı formada təqdim etmək lazımdır. O hesab edir ki, qoruqların hər birinin özünəməxsus gözəlliyi var və turistlər bu qoruqları gəzərkən onlar ətraflı məlumatla təmin edilməlidirlər. “Qoruqlar sözsüz ki, müasir tələblərə cavab verən formada yenidən qurulmalıdır. Qoruqlarda şəraiti elə yaratmaq lazımdır ki, turistlər və yerli ziyarətçilər narazı qalmasınlar. Qoruqlar barədə informasiyanın əlçatan olması vacibdir. Qoruqların saytları, xəritələri hazırlandıqdan, bu işə daha çox ixtisaslı kadrlar cəlb edildikdən sonra onların fəaliyyəti daha çox diqqəti cəlb edəcək. Düşünürəm ki, bir sıra qoruqların Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilməsi qoruqların həyatında, fəaliyyət istiqamətində uğurlu yeniliklərə səbəb olacaq”.

Kulturoloq Aydın Xan Əbilov da bizimlə söhbətində bildirdi ki, Mədəniyyət Nazirliyinin balansında olan qoruqların bir neçəsinin Dövlət Xidmətinin tabeliyinə verilməsi müsbət nəticə verə bilər: “Qoruqların işinə yanaşmada müsbət dəyişikliklərin olacağına ümid edirəm. Ümumiyyətlə, hansısa bir qoruğun hansısa təşkilatın nəzdində fəaliyyət göstərməsi əsas deyil, əsas odur ki, onun fəaliyyəti məqsədyönlü, faydalı şəkildə qurulmalıdır. Tarix-mədəniyyət qoruqları xalqımızın, dövlətimizin böyük əhəmiyyətə malik olan ocaqlarından biridir. Onların fəaliyyəti elə qurulmalıdır ki, burada bir dənə də olsun neqativ hal olmasın. Bu gün Azərbaycan dünya turistlərinə qucaq açan bir ölkədir. Dünyanın hər yerindən bura turistlər gəlir və bəzən onlar tarix-mədəniyyət qoruqlarını ziyarət edərkən bir sıra qoruqlardakı vəziyyətdən məyus olurlar. İlk olaraq qoruqların hamısının vəziyyəti düzəldilməlidir. Düzdür, bir çox qoruğumuzun ərazisində yüksək səviyyədə işlər aparılıb, bəzilərində isə işlərin aparılmasına ehtiyac var. Qoruqlar müasir tələblərə cavab verməlidir. Onların ərazilərində işlər görülməlidir ki, bura gələn insanların ürəyi açılsın. Digər tərəfdən də qoruqlarda kadr problemi öz həllini tapmalıdır. Hesab edirəm ki, tarix-mədəniyyət qoruqlarının fəaliyyətində yeniliklərin şahidi ola biləcəyik. Çünki artıq bu işə ciddi yanaşmalar haqqında bəyanatlar verilir. Bundan başqa da qoruqların problemi aidiyyəti qurumlara aydındır. Onlar bu çətinliklərin aradan qaldırılması üçün yerli icra hakimiyyətləri, eləcə də bələdiyyələrlə birgə işləməlidirlər. Alimlərin qoruqlarda elmi-tədqiqat işləri genişləndirilməlidir. Azərbaycan alimləri ilə yanaşı, xarici alimlərin də elmi-tədqiqat işlərinə cəlb edilməsi vacibdir. Burada şərait elə qurulmalıdır ki, alimlər heç bir çətinliklə üzləşmədən bizim tariximizi öyrənə bilsinlər”.

A.X.Əbilov qeyd etdi ki, bölgələrdəki qoruqlara dövlət böyük qayğı göstərir. Bu, bölgələrdə də olduqca müsbət qarşılanır. Bununla belə, bəzi tarix-mədəniyyət ocaqları baxımsız vəziyyətdədir. O, Lənkəranda qədim dövrdən qalan məşhur “Dairəvi qala”nın uçub-dağılmaq təhlükəsi ilə üzləşdiyini qeyd etdi. A.X.Əbilov hesab edir ki, Dövlət Xidməti bu qala ilə də bağlı tədbirlər görəcək.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ