Bazar günü günü, 15 noyabr 2026
     

“Azərbaycandilli Vikipediya” qrupu ermənilərin tarixi saxtakarlıqlarını necə neytrallaşdırır… - MÜSAHİBƏ

Image


Eldar Əzimov: “Ən qısa zamanda həqiqətə uyğun olmayan məlumatlar məqalədən çıxarılır və həmin redaktə sahibləri idarəçilər tərəfindən bloklanır”

 

Bu gün texnologiya o qədər yüksək inkişaf edib ki, onun imkanlarından istifadə edərək müxtəlif virtual platformalarda ölkəmizin tanıdılmasına, Qarabağ probleminin dünya əhalisinə çatdırılmasına, ermənilərin bizə qarşı əsassız idiialarının cavablandırılmasına, o cümlədən də elm, mədəniyyət, ədəbiyyat, milli mətbəx və s. ilə bağlı məsələlərin təbliğinə daha çox nail ola bilərik.

Artıq bir neçə ildir dünyada məşhur olan “Vikipediya” Açıq Ensiklopediyasının Azərbaycan bölümü də fəaliyyət göstərir. Onu da vurğulayaq ki, Azərbaycan vikipediyaçıları əsasən könüllülərdən ibarətdir. Ümumiyyətlə, bu platforma könüllülərin səyi ilə yaradılıb.  

Müsahibimiz Eldar Əzimov bir neçə ildir “Vikipediya” könüllüsü kimi fəaliyyət göstərir.

- Eldar bəy, Siz “Vikipediya”nın Azərbaycandilli bölməsinin idarəçisiniz. Hazırda “Azərbaycandilli Vikipediya”da nə qədər məqalə rəsmi qeydiyyatdan keçib?  

- “Azərbaycandilli Vikipediya”da məqalə sayı artıq 136 mini keçib və müxtəlif sahələrə aid kifayət qədər zəngin məqalələr var. Hazırda azvikinin təxminən 60-a yaxın fəal redaktoru var ki, bu da “Azərbaycandilli Vikipediya”nın inkişafından xəbər verir. “Vikipediya” dünyada 5-ci, Azərbaycanda isə 6-cı ən çox daxil olunan saytdır.

- Siz nə zamandan “Vikipediya” könüllüsü kimi fəaliyyətə başlamısınız?

- İlk dəfə qeydiyyatdan 2011-ci ildə keçmişdim. Lakin o vaxt fəaliyyətim elə də uzun olmadı. O illərdə bu sahə mənə elə də maraqlı gəlmədi. Sonradan bu sahədə ciddi fəaliyyətə 2014-cü ildə başladım.

Ümimiyyətlə, mən “Vikipediya”da fəaliyyətə hələ orta məktəbdə oxuduğum zamanlarda başlamışam. O zaman “Vikipediya”nın Azərbaycandilli bölməsində 30 minə yaxın məqalə vardı. Qeyd etdiyim kimi, bu gün isə bu say 136 mini keçib. O vaxtdan bu yana müntəzəm şəkildə məqalə yaradan istifadəçilərin də sayı dəfələrlə artıb. Hətta bəzən daim yenilənən “Son dəyişikliklər” bölməsini də izləməkdə çətinlik çəkirik. Əvvəlki dövrlərdə yaradılan kiçikhəcmli məqalələr artıq könüllü vikipediyaçılar tərəfindən kifayət qədər genişhəcmli, etibarlı mənbələrə əsaslanan və tərəfsiz formada yazılan məqalələr formasına çevrilib. Bunlara Qarabağ həqiqətləri ilə bağlı olan məqalələr də daxildir. Hətta bunların arasında kifayət qədər “seçilmiş məqalə” və “yaxşı məqalə” statusu qazanmış məqalələr də mövcuddur. Onlardan bəzilərini qeyd etmək istərdim. Bunlar Bakı döyüşü, Azərbaycanın İstiqlal Bəyannaməsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi, Qara Yanvar və s. haqqında olan məqalələrdir.

- İndiyə qədər təxminən nə qədər məlumat yükləmisiniz? Əsasən hansı sahələri əhatə edib?

- Təxminən 150-dən çox məqalə, 40 şablon yaratmışam. Yaratdığım məqalələrin 40-ı Amerika basketbolu ilə bağlı, qalanları isə müxtəlif mövzulardadır.

- Daha dəqiq desəniz, hansı mövzuları əhatə edir?

- Tarix, incəsənət, güncəl olaylar və s.  Bununla yanaşı, yüzlərlə məqalədə dəyişikliklər edib zənginləşdirmişəm.

- Bilirik ki, ermənilər “Vikipediya” və digər alternativ platformalarda çox aktivdirlər. Onlar Azərbaycan əleyhinə olan məqalələri əsasən Azərbaycan və türk dillərində, bir sıra hallarda isə ərəb dilində yerləşdirirlər. Hətta bəzən bizim vikimənbələrə də müdaxilə edirlər. Bu halla mübarizədə nə kimi işlər görürsünüz?

- Demək olar ki, “Vikipediya” yarandığı gündən bu yana ermənilərlə aramızda informasiya müharibəsi davam edir. Ermənilər tərəfindən “Vikipediya”ya fasiləsiz olaraq Azərbaycana qarşı yeni-yeni dezinformasiyalar daxil olunur. Nəticədə bu nəinki Azərbaycanın maraqlarına,  “Vikipediya”nın əsas qaydalarından biri sayılan neytrallıq prinsipinə belə cavab vermir. Buna baxmayaraq, “Vikipediya”nın Azərbaycandilli bölməsinə ermənilərin müdaxiləsi, demək olar ki, uğursuz olur. Çünki bu kimi hallar baş verdikdə ən qısa zamanda həqiqətə uyğun olmayan məlumatlar məqalədən çıxarılır və həmin redaktə sahibləri idarəçilər tərəfindən bloklanır. Lakin çox təəssüflər olsun ki, qısa zaman ərzində məqalədə görünən o yanlış məlumatları bəzi jurnalistlər əsas gətirərək, “Azərbaycandilli Vikipediya”nın tərəfsiz və etibarsız mənbə olduğunu qeyd edərək mətbuata məlumatlar yayırlar və bu da biz könüllüləri həvəsdən salır. Halbuki, o yanlış məlumatı hər bir könüllü özü də redaktə edərək düzəldə bilər.

- “Vikipediya”da materialların hazırlanmasına Azərbaycan alimləri hansı şəkildə cəlb edilir? Ümumiyyətlə, “Azərbaycandilli Vikipediya”nı daha çox hansı sahələrin insanları hazırlayırlar?

- 2001-ci il 15 yanvar tarixindən internetdə fəaliyyətə başlıyan “Vikipediya” Açıq Ensiklopediyasının yaradıcılarından biri olan Cimmi Uelsin ən əsas ideyası “Vikipediya”da məqalələrin könüllü internet istifadəçiləri tərəfindən yoxlanılması idi. Bununla da o, bu ideyanı uğurla həyata keçirərək, ensiklopediyanın bütün dünyada çox sürətlə zənginləşməsinə səbəb oldu.  Hazırda da “Azərbaycandilli Vikipediya”da müxtəlif sahələrin insanları, alimlərdən tutmuş, orta məktəb şagirdlərinə qədər müxtəlif yaşlarda olan, könüllü şəkildə fəaliyyət göstərən insanlar var. Onu da qeyd edim ki, “Vikipediya” hər kəsin redaktə edə biləcəyi açıq ensiklopediyadır və burada fəaliyyət göstərmək üçün hansısa elmi dərəcənizin olmasına ehtiyac yoxdur. Qəlbində azacıq vətən sevgisi olan, vətənə xidmət etmək istəyi olan hər kəs “Vikipediya”da öz maraqlarına uyğun məqalələr yaradıb, redaktələr edərək Azərbaycandilli bölmənin inkişafı yolunda öz töhfələrini verə bilər. Hansı elmi dərəcəsi olan şəxslərin, alimlərin isə burada fəaliyyət göstərməyə borclu olduqlarını düşünürəm.

- Bilirsiniz ki, ermənilər saxtakarlıq edərək həm mətbəximizə, həm abidələrimizə, həm də milli musiqimizə, musiqi alətlərimizə qarşı iddialar irəli sürürlər. Ümumiyyətlə, milli mətbəximizlə, eləcə də işğal altında olan torpaqlarımızdakı abidələrlə bağlı “Vikipediya”da materiallar hazırlanırmı?

- Əlbəttə, onlarla bağlı məqalələr yaradılır. “Vikipediya”nın Azərbaycandilli bölməsində hər şey yaxşıdır və gələcəkdə daha da yaxşı olacaq. Sadəcə, məsələnin üzücü tərəfi ondadır ki, digər dillərdə erməni saxtakarlıqları davam edir. Ermənilər öz dillərindən daha çox digər dillərdə fəaliyyət göstərməyi üstün tuturlar və demək olar ki, bütün böyük dillərdə informasiyalarını öz istədikləri formada yayımlayırlar. Həmin dillərdə qarşılarında rəqib olmadığı üçün, onlar bunu çox rahatlıqla edirlər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ