Bazar günü günü, 15 noyabr 2026
     

İslamdan əvvəlki dinimizin kitabı Azərbaycan dilində...

Image


Xanlar Həmid: “Hazırda bütün Rusiya alimləri Zərdüştü ruslaşdırmağa çalışırlar”
“Avesta”nın daha çox bizə aidiyyəti var və biz ona sahib çıxmalıyıq”

 

Zərdüştdən bizə miras qalan qədim “Avesta” insanları işığa, xeyirsevərliyə, yaxşılıqlara, müqəddəsliyə səsləyir. 12 min inək gönü üzərində qızıl hərflərlə yazılan “Avesta” Azərbaycan torpağında yaranıb və buradan da bütün bəşəriyyətə yayılıb.

Qeyd edək ki, qədim, əfsanəvi peyğəmbər Zərdüştə istinad edən müqəddəs kitablar külliyyatı olan “Avesta”nın yazıldığı dili bəzən Midiya dili adlandırırlar. Ərəb işğalları dövründə və sonralar Sasanilər dövrü “Avesta”nın xeyli hissəsi məhv edilib. Qeyd edək ki, “Avesta”nın bizə gəlib çatmış hissələri Getha (Qatlar), Yəsna, Vidivdad (Vəndidad), Yəşt, Xurda Avestadan ibarətdir.

Xalqımızın mədəniyyətini, yaşam tərzini, qədim inancını özündə ehtiva edən “Avesta” hələ tam olaraq dilimizə tərcümə edilməyib. 1995-ci ildə şərqşünas, ədəbiyyatşünas, tərcüməçi İsmayıl Şəms “Avesta”dan müəyyən parçaları fars dilindən ana dilimizə çevirib. Zərdüşt peyğəmbərin “Avesta”sından bizə çox az məqamlar məlumdur. Belə demək mümkündürsə, Azərbaycan ədəbiyyatşünaslıq, şərqşünaslıq elmi hələ “Avesta”nı tam şəkildə tədqiq edərək öyrənməyib, heç onun bizə aid olduğunu da dünyaya çatdıra bilməmişik.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq, tərcüməçi Xanlar Həmid  “Avesta”nın müəyyən mətnlərini Azərbaycan dilinə çevirib və onun tərcüməsində “Avesta” 2017-ci ildə nəşr edilib. Avestaşünaslıqda yeni bir cığır açan bu tərcümə ədəbi ictimaiyyət və ədəbiyyatşünaslar tərəfindən çox müsbət qarşılanıb.

“Avesta”nı Azərbaycan dilinə tərcümə edən Xanlar Həmid “Bakı-Xəbər”ə bildirdi ki, mövcud olan bütün mətnlərlə, o cümlədən də Zərdüştlüyün mövcud olduğu ərazilərlə ətraflı tanışlıqdan sonra o bu kitabı tərcümə edərək çap etdirib.  

X.Həmid qeyd etdi ki, bütün mövcud səmavi kitabların hamısında müəyyən qədər “Avesta”dan, Zərdüşt kəlamlarından bəhrələnmələr var.

X.Həmid qeyd etdi ki, o, “Avesta”nın vaxtilə Tacikistanda rus dilində çap olunan variantını dilimizə çevirib: “Mənim tərcüməmdə çap olunan “Avestan”ı alimlər, qələm adamları çox yüksək səviyyədə qəbul ediblər. Alimlər bu tərcümənin Azərbaycan ədəbiyyatı və elmi üçün uğurlu təşəbbüs olduğunu deyirlər”.

X.Həmid bildirdi ki, bu kitabın tərcüməsinə 17 il vaxt sərf edib. Xalqımızın zəngin tarixi irsini, adət-ənənələrini, fəlsəfi fikirlərini özündə əks etdirən möhtəşəm ədəbi abidəni ana dilimizə çevirməsindən sonsuz qürur duyduğunu deyən X.Həmid hesab edir ki, bütün dünya bu abidənin Azərbaycan xalqına məxsus olduğunu və bizim torpaqlarda yarandığını bilməlidir. Onun sözlərinə görə, bu gün “Avesta”ya iddialı olan qüvvələr var ki, biz onlarla mübarizədə aktiv olmalıyıq. “Mən bu kitabı tərcümə edərkən Tacikistanda rus dilində çıxan variantdan istifadə etmişəm. “Avesta”nın fars dilində də variantı var, amma mən rus dilindən çevirmişəm. Rus və fars dillərində olan variantları bir-birındən fərqləndirən cəhətlər yox deyil. Tacikistanda çap olunan “Avesta”nı Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun professoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, hazırda həyatda olan Mixail İvanoviç Steban Kamenskiy tərcümə edib. Milliyyətcə yəhudidir və hazırda sağdır. O, 10 İran dili bilir. Məndən əvvəl “Avesta”dan Yəsnadan 30 səhifə İsmayıl Şəms tərcümə edib. Ondan başqa tərcümə edən olmayıb. İsmayıl Şəmsin özü yazır ki, “Avesta”nı tərcümə etmək çox çətindir. Mən isə Yaştları tərcümə etmişəm. “Avesta” dörd kitab olub. Doğrudan da onu tərcümə etmək çox çətindir. Bu kitabı tərcümə etmək üçün qədim allahların, mələklərin adlarını bilmək lazımdır. Eyni zamanda da tərcümə zamanı Tövrətə, İncilə, Qurana, hind Vedalarına istinad etmək tələb olunur. Yəni onların hamısı haqqında məlumatın olmalıdır ki, “Avesta”nın nə demək istədiyin anlayasan. Zərdüştdə İsa Peğəmbərə, Musa Peyğəmbərə və Məhəmməd Peyğəmbərə bir işarə var. O deyir ki, məndən sonra dünyaya üç xilaskar gələcək”-deyə müsahibimiz bildirdi.

“Xanlar müəllim, Zərdüşt təlimi ilə bağlı indiyə qədər Azərbaycan elminə aydın olmayan nələr var ki, siz onu üzə çıxarmısınız?”-deyə X.Həmiddən soruşduq. 

“Zərdüşt deyir ki, Allah məni nə üçün göndərdi? Zərdüşt peyğəmbərdir və onun dini də Allaha bağlı bir dindir. Dünya alimləri onu “Peyğəmbər Zərdüşt” adlandırır. “Avesta”da ictimai qanunlar, cəmiyyətin idarə olunması, Allahla insan arasında münasibət var. Zərduşt xoşbəxtliyə tərif verərək deyir ki, həqiqət ən böyük xoşbəxtlikdir. Allah Zərdüştə deyib: “Mənim bir qapım var, orada da Aşşa dayanıb”. Aşşa da “Avesta dilində həqiqət deməkdir... “Avesta” qədim ariya dilində qələmə alınıb. Ariya dili bizim eramızdan əvvəl VI əsrin ortalarında fars dilinin İran və Şərq mühitində hakim dilə çevrilmişdi, ancaq az sonra Əhəmənilər dövründə ariya dili ümumişlək bir dil kimi öz ömrünü başa vurdu, yalnız "Avesta” mətnlərində qaldı ki, onu da ancaq kahinlər, maqlar oxuyub tərcümə edirdilər. Halbuki, Zərdüşt bir peyğəmbər kimi zühur edərkən bütün İran Şərqində, Əfqanıstanda, Hindistanda, Orta Asiyada, Suriyada ariya dili bütün dialekt və şivələri ilə mövcud idi. Amma bu dil sıxışdırılandan sonra onu başa düşmək çətin və anlaşılmaz olub.

“Avesta”nın daha çox bizə aidiyyəti var və biz ona sahib çıxmalıyıq. Çünki bu gün ona iddialı olanlar çoxdur. Hətta ruslar belə, Zərdüşt Peyğəmbərin və “Avesta”nın onlara aid olduğunu bildirirlər. Təbii, bu iddiaların əsası yoxdur. Ancaq onlar iddia edirlər ki, Zərdüşt Kama çayı sahillərində, Ural dağının ətrafında doğulub yaşayıb. Hazırda bütün Rusiya alimləri bunu sübut etməyə və Zərdüştü ruslaşdırmağa çalışırlar. Rus alimləri Azərbaycanda (Midiyada) doğulan və kökü bizə bağlı olan Zərdüştü nəyin bahasına olursa-olsun özününküləşdirmək istəyirlər. Putin özü çıxışında “biz Zərdüştün övladlarıyıq” deyir...  Dünya isə onların iddiasını qəbul etmir. Dünyanın tanınmış alimləri yazırlar ki, Zərdüşt İranda doğulub. İran da qədim Aria torpağının bir hissəsidir. Azərbaycan da, Orta Asiya da, Pakistan da, Hindistan da, Əfqanıstan da, hətta Suriyaya qədər Aria torpağıdır. Zərdüştə sahib çıxmaq istəyənlər çoxdur, ancaq onun əsl sahibi Azərbaycandır, biz Zərdüştə sahib çıxmalıyıq. Şərqdə Zərdüştdən böyük şəxsiyyət yoxdur. Zərdüşt o qədər möhtəşəmdir ki, hətta Mahatma Qandi də ona həsəd aparıb. Bütün peyğəmbərlər də Zərdüştün şinelindən, köynəyindən çıxıblar. Bütün səmavi dinlərə “Avesta”nın təsiri olub. Mən bunu faktlarla deyirəm”.

X.Həmid “Avesta”nın variantlarından birinin Makedoniyalı İsgəndər tərəfindən hansı səbəbdən yandırılmasına da aydınlıq gətirdi. O qeyd etdi ki, bu, İsgəndərin iranlılara bəslədiyi nifrətin göstəricisidir. “Makedoniyalı İsgəndər İrana nifrət bəslədiyi üçün Avestanın bir variantını yandırdı. O bununla onlardan qisass almaq istəyirdi. Nəticədə isə zərbə bizə dəydi, bizim kitabımızın bir variantı məhv edildi. İsgəndər həm Avestanı anlamadığı, həm də iranlılara nifrət etdiyi üçün “Avesta”nın bir variantını, özü də qızıl hərflərlə yazılan nüsxəsini yandırdı. Herodot yazır ki, yunanlarla iranlıların fərqi nədir. Qeyd edir ki, o dövrdə “Avesta” iranlılara doğru danışmağı öyrədib”.   

X.Həmid bizimlə söhbətində, həmçinin, onu da qeyd etdi ki, “Avesta”da Azərbaycanla, buradakı tarixi yerlərlə bağlı kifayət qədər məlumat var. “Bu kitabda Kür, Araz çaylarının və digər yerlərin adı var. Avestaşünaslığın əsası 350 il əvvəl Fransada qoyulub. Bu gün bütün dünya “Avesta”nı araşdırır, axtarır, ancaq bu kitabın bizə aidiyyəti çoxdur”.   

Tanınmış ədəbiyyatşünas, tənqidçi Vaqif Yusifli X.Həmidin tərcüməsini yüksək qiymətləndirərək yazır: “Qədim azərbaycanlıların müqəddəs saydığı bir kitab var: "Avesta”. Neçə yüzilliklərdir "Avesta” bəşər mədəniyyətinin əski çağlarda yaratdığı mənəvi sərvət kimi tədqiq olunur, öyrənilir və bu ədəbi abidədə qədim, ulu babalarımızın dini, əxlaqi, ictimai, siyasi, fəlsəfi görüşləri əks olunduğu üçün, daha artıq maraq doğurur. Düz 247 ildir "Avesta” Avropa alimlərinin tədqiqat obyektidir və bu 247 ildə "Avesta” ilə bağlı o qədər həqiqətlər və bir o qədər də müəmmalar meydana çıxıb ki, bu da avestaşünaslıq deyilən müstəqil bir elm sahəsinin meydana çıxmasına səbəb olub. Heç şübhəsiz, bu sırada Azərbaycan alimlərinin də müəyyən xidmətləri olub. Bu sahədə filologiya elmləri doktoru Baloğlan Şəfizədənin "Avesta” ilə bağlı tədqiqatları xüsusilə seçilir. B.Şəfizadə "Zərdüşt, Avesta, Azərbaycan”, "Avesta”, "Azərbaycan ədəbiyyatı tarixi (ən qədim dövrlər)” əsərlərində bu problemlərə xeyli dərəcədə aydınlıq gətirib.

"Avesta” Zərdüşt təlimini özündə əks etdirir. Zərdüşt  peyğəmbər, islahatçı və zərdüştiliyin banisidir. Avropa alimləri Zərdüştün yaşam dövrünü eramızdan əvvəl XV-XII əsrlərə aid edib, onun dinini bəşər tarixində yeni bir era adlandırıblar. Onun anadan olduğu yer – vətəni haqqında müxtəlif versiyalar mövcuddur. Zərdüştün Azərbaycanda doğulduğunu bildirən alimlərin fikri daha məqbul hesab edilir”.

X.Həmidin “Avesta” mətnini dərk etməyə qabil bir ziyalı olduğunu deyən V.Yusifli bildirir ki, o, bütövlükdə, “Avesta”nın  mahiyyətini anlayıb. “Xanlar Həmid Zərdüştün kimliyi barədə məlumat verir, atasının adının Porişasp, anasının adının Dohdo, həyat yoldaşının adının Hvov, oğlanlarının adlarının İsad-vastra, Urvatat-nara, Hvara-çitra, qızlarının adlarının Freni, Poruşista və Triti olduğunu qeyd edir. Çox maraqlı adlardır. Bəs "Avesta” nədən bəhs edir?  Xanlar Həmid ilk növbədə adları şərh edir: "Ali Tanrı-Ahura Mazda kainatın yaradıcısıdır. Mazda, Məzda, Mazdə-Ma-maya, yaxud yaradıcı nüvə, başlanğıcdır. Ahura Mazda "Müdrik Tanrı” deməkdir. Zərəhuştra, Zarahuştra, Zaratuştra. Bunlar Aria dillərini əhatə edən bütün ərazilərdə səs, söz, Tanrı, var olan, yolçu anlamını ifadə edirlər. "Avesta”, "Əvesta”. Min illər boyu şifahi şəkildə dildən-dilə keçərək bir şeir toplusu kimi yaranan sənət toplusunun adıdır. Xanlar Həmid "Avesta”da olan digər adların da mənasını aydınlaşdırır və əlbəttə, tədqiqatçılara, onların fikirlərinə istinad edir. Daha sonra müqəddimə müəllifi zərdüştülüyün mahiyyəti barədə söz açır. "Avesta” ayrı-ayrı "Qatlar”dan ibarətdir. Azərbaycan tədqiqatçıları qeyd edirlər ki, "Qatlar” "Avesta”nın ən qədim hissələridir və bilavasitə Zərdüştün qələmindən çıxıb. Dörd ünsür, ulduz və planetlərə insan-Allah surəti vermək, öküzün ruhuna sitayiş, onu qorumaq "Qatlar”dakı dini təfəkkürün məzmununu təşkil edir. Bizim tədqiqatçılar onu da qeyd edirlər ki, "Avesta”da əksini tapan dini baxışın əsasını dualizm təşkil edir.  İşıqla qaranlıq, ölümlə həyat, xeyirlə şər, ədalətlə zülm arasında daim mübarizə gedir. Dini aləmdə bu mübarizəni Hörmüzlə Əhrimən arasında gedən konflikt təşkil edir”- deyə V.Yusifli bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ