şənbə günü, 15 avqust 2026
     

TRIPP-ə İran təhdidi böyüyür, Qafqaz savaşa cəlb edilə bilər...

Image


ABŞ və İran arasında savaşın yenidən qızışması fonunda diqqət mərkəzinə gələn əsas məsələlərdən biri də TRIPP layihəsidir. Hesab olunur ki, savaşın miqyası yenidən genişlənərsə, İran TRIPP-i də hədəfə ala bilər. Hər halda, İranın Ermənistandakı səfiri Xəlil Şirqolaminin səsləndirdiyi fikirlər də bunu istisna etmir. O qeyd edir ki, TRIPP layihəsi çərçivəsində yaranan risklərin idarə olunması və mümkün təhdidlərin qarşısının alınması Ermənistan-İran münasibətlərinin prioritet məsələlərindən biridir.

Səfir vurğulayıb ki, İranın ABŞ ilə sülh memorandumu imzalamasından cəmi 20 gün keçsə də, bu qısa müddətdə sənədin şərtləri dəfələrlə pozulub: "Buna görə də İranın öz sərhədləri yaxınlığında amerikalıların yerləşməsindən narahat olması tamamilə əsaslı və məntiqlidir. Bu narahatlıqlara aydın cavab verilməlidir". Ermənistan hökuməti isə öz növbəsində əmin edir ki, layihənin icrası və Birləşmiş Ştatların regiondakı varlığı İran üçün hər hansı bir təhlükə və ya çağırış yaratmayacaq. Şirqolami hesab edir ki, Ermənistan blokadadan çıxmaq üçün öz potensialından tam yararlana biləcəyi mexanizm qurmalıdır: "Amma bununla yanaşı, Birləşmiş Ştatların regional varlığından doğan risklər idarə olunmalı və İrana qarşı yönələ biləcək istənilən təhdidə dəqiq reaksiya verilməlidir". Qeyd edək ki, daha əvvəl ABŞ-ın “The Central Asia-Caucasus Analyst” nəşri də TRIPP layihəsinin gələcəyinin ABŞ-İran münasibətlərindən asılı olduğunu bildirib. Burada qeyd olunur ki, hazırda Azərbaycan və onun əsas bölgəsi Naxçıvan arasında ən qısa quru yol İrandan keçir. Müəllif vurğulayıb ki, layihə təkcə Ermənistan-Azərbaycan münasibətləri ilə məhdudlaşmır və daha geniş geosiyasi məqsədlərə xidmət edir. TRIPP-in reallaşması İranın regiondakı strateji rolunu zəiflədə və onun tranzit üstünlüyünü azalda bilər. Nəşr ABŞ və İran arasında artan gərginlik fonunda layihənin potensial hədəfə çevrilə biləcəyini bildirib. Qeyd edilir ki, layihə infrastrukturu üzərinə mümkün hücum investorları çəkindirə və marşrutun beynəlxalq əhəmiyyətini zəiflədə bilər.

Xatırladaq ki, bundan öncə ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP-in fəaliyyət mexanizmlərini müəyyən edən ikitərəfli çərçivə sazişini imzalayıblar. Rubio ABŞ Senatının Xarici Əlaqələr Komitəsində deyib: “Bu, Azərbaycanın önəm verdiyi və münasibətlərdə narahatlıq yaradan çıxış məsələsini həll edir, amma bununla kifayətlənmir. Bu saziş Ermənistan iqtisadiyyatını çox güclü şəkildə transformasiya etmək potensialına malikdir”. Bu sazişlə yanvarda imzalanmış TRIPP layihəsinə dair birgə çərçivə sənədinin əsas müddəaları bir daha təsdiqlənir. Buraya ABŞ-Ermənistan birgə müəssisəsinin yaradılması, onun Ermənistan-İran sərhədi boyunca inşa ediləcək dəmir yolu, avtomobil yolu, enerji xətləri və digər infrastruktur obyektlərini ən azı 49 il müddətində idarə edilməsi daxildir. “TRIPP Development Company”nin 74 faizi ABŞ hökumətinə məxsus olacaq. Ötən ay ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası şirkətin yaradılmasına dəstəyi rəsmən təsdiqləyib. Amma TRIPP infrastrukturlarına qoyulacağı planlaşdırılan ABŞ investisiyalarının həcmi açıqlanmayıb. Ermənistanda müxalifət qrupları TRIPP-in Ermənistanla sərhədinə təhlükə yarada biləcəyini deyir. İran da bu marşruta qarşı çıxır.

Indi isə ABŞ və İran arasında münasibətlərin yenidən gərginləşməsi TRIPP üzərində təhdidi artırır. Elə bu fonda Donald Tramp bildirib ki, onun fikrincə, ABŞ ilə İran arasında atəşkəs rejimi artıq qüvvədə deyil: "Məncə, hər şey bitdi. Artıq onlarla heç bir iş görmək istəmirəm". Onun sözlərinə görə, hazırkı durumu hələ amerikalı danışıqçılarla gözdən keçirəcək, amma Tehranla danışıqları davam etdirməyi "vaxt itkisi" sayır. Prezident həmçinin əlavə edib ki, Amerika ordusu iyulun 8-nə keçən gecə İran ərazisinə "çox güclü zərbələr" endirib: "Biz onlara dedik ki, "gedin, öz dəfn işlərinizlə məşğul olun", onlar isə bunun əvəzinə gəmiləri atəşə tutmağa başladılar. Buna görə də onlara çox ağır zərbə vurduq". İran Xarici İşlər Nazirliyi ABŞ-ın hücumlarını şərh edərkən bildirib ki, bu aqressiv hücumlar hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumunun birinci bəndinin kobud şəkildə pozulmasıdır. Başqa bir açıqlamada İran Xarici İşlər Nazirliyi Yaxın Şərq ölkələrindən, xüsusən də vasitəçi kimi özü anlaşma memorandumunun təfərrüatlarından xəbərdar olan Qətərdən, eləcə də gəmiçilik şirkətlərindən İslamabad Anlaşma Memorandumunun müddəalarına zidd olan hər hansı bir hərəkətdən çəkinmələrini gözlədiyini vurğulayıb. Tehran bu hərəkətləri əlaqələndirilməmiş gəmiçilik marşrutları vasitəsilə tranziti də əhatə etdiyini düşünür. İran hərbi mətbuat xidməti vurğulayıb ki, atəşkəsin açıq və təkrar pozulmasının nəticələrinə görə məsuliyyət tamamilə cinayətkar ABŞ-ın üzərinə düşür. Hərbi hissə bildirib ki, bölgədəki bütün Amerika hərbi bazaları İran ordusunun dronları üçün qanuni hədəflərdir. Buna cavab olaraq İslam Respublikası bölgədə Amerika ordusu tərəfindən müxtəlif dərəcələrdə istifadə edilən təxminən 80 yerə hücum edib. Bəhreyn və Küveytdəki hədəflər də vurulub. ABŞ-İran memorandumunun qüvvəyə minməsindən bəri Tehran Hörmüz boğazında ticarət gəmilərinə qarşı hər gecə orta hesabla altı dron atıb və onlardan bəziləri ABŞ hərbçiləri tərəfindən ələ keçirilib. Lakin ABŞ mediası vurğulayır ki, bugünə qədər Vaşinqton və Tehran arasında bu hadisələr səbəbindən hücumların səviyyəsi hazırkı həddə çatmayıb. Onların sözlərinə görə, Pentaqon Hörmüz boğazı boyunca yerləşən İran hərbi infrastrukturuna qarşı son 10 gündə ən güclü hücum dalğasını başladıb. Region ölkələri İranın hərəkətlərini tənqid ediblər. Hətta ənənəvi vasitəçilər də bu tənqidlərə qoşulub. Misir, Qətər, İordaniya və Küveyt 8 iyulda İranın Küveyt və Bəhreynə qarşı "təkrar hücumlarını" "şiddətlə pislədiklərini" bildiriblər. Onlar bunu hər iki Körfəz dövlətinin "suverenliyinin kobud şəkildə pozulması" adlandırıblar. ABŞ-İran sülh prosesində dəfələrlə vasitəçilik edən bir ölkə olan Omanın Xarici İşlər Nazirliyi ayrıca bir bəyanat yayaraq Bəhreyn və Küveytə qarşı son hücumları pisləyib və Yaxın Şərqdə gərginliyin artmasının təkcə onun təhlükəsizliyinə deyil, həm də bütövlükdə qlobal təhlükəsizliyə təhdid yaratdığı barədə xəbərdarlıq edib. Regiondakı vəziyyət son dərəcə qeyri-sabit olaraq qalır. Mənbələr “Reuters” agentliyinə bildiriblər ki, Tramp İran mövqelərinə qarşı yeni zərbələr dalğası əmri verəcəyini açıqlayıb. Bunun isə regionda daha uzun sürən gərginliyə səbəb olacağını təxmin etmək çətin deyil.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr yendirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ