Qazaxıstan Xarici İşlər Nazirliyi Rusiyadakı hədəflərə hücum etmək üçün onların ərazisindən dronların buraxıldığı iddialarını təkzib edib.
Bəzi Rusiya media orqanlarında Omsk neft emalı zavoduna hücumda istifadə edilən dronların Qazaxıstandan buraxıla biləcəyi barədə xəbərlərdən sonra nazirlik açıqlama yayıb. Açıqlamada bu iddiaların heç bir məlumat və ya dəlillə dəstəklənmədiyi bildirilib. Bu cür xəbərlərin "Qazaxıstan-Rusiya münasibətlərinin ənənəvi dostluq xarakterini təhrif etməyə yönəlmiş əsassız iddialar" olduğu qeyd edilib.
Qeyd edək ki, iyulun 6-da Omsk neft emalı zavoduna dronlarla hücum olub və şəhərin hava limanı dron təhlükəsi səbəbindən fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Tahir TAĞIYEV