Paytaxtın Nəsimi rayonunda qətl hadisəsi baş verib. Trend-in məlumatına görə, ər ailə münaqişəsi zəminində həyat yoldaşını ov tüfəngi ilə güllələyib.
Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.