İran Səhiyyə Nazirliyi ABŞ-nin son iki gündə İrana hücumları nəticəsində 14 nəfərin öldüyünü, , 78 nəfərin yaralandığını açıqlayıb.
Nazirliyin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Hüseyn Kirmanpur sosial media hesabında ABŞ son iki gündə İranın beş əyalətini hədəfə aldığını bildirib: "Zərbələr indiyə qədər 14 ölüm və 78 yaralanma ilə nəticələnib".
Kirmanpur bildirib ki, yaralılardan 47-si hələ də xəstəxanada müalicə alır, digərləri isə lazımi tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Tahir TAĞIYEV