İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İrana hücumlarına cavab olaraq Qərbi Asiyadakı ABŞ komandanlıq və nəzarət mərkəzini, eləcə də İordaniyadakı hava bazasını 10 ballistik raketlə hədəfə aldığını açıqlayıb.
İran xəbərdarlıq edib ki, ABŞ hərbi təcavüzünü təkrarlayarsa, bölgədəki digər Amerika bazaları da hücuma məruz qalacaq və bölgədə təhlükəsiz yer qalmayacaq.
SEPAH Hörmüz boğazı ilə bağlı ABŞ-a xəbərdarlıq da edib. Bildirib ki, ABŞ-ın tranzit marşrutlarının müəyyənləşdirilməsinə müdaxiləsi Hörmüz boğazının tədricən yenidən açılmasını ciddi şəkildə çətinləşdirəcək.
Bu arada, ABŞ-ın Xuzistan əyalətinə endirdiyi hava zərbələri nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun üç üzvünün həlak olduğu açıqlanıb.
Tahir TAĞIYEV