çərşənbə axşamı günü, 25 avqust 2026
     

Azərbaycanlı miqrantların Rusiyada işi çətinləşir, pul köçürmələri kəskin azalır...

Image


Rusiyada miqrantlar üçün şərait getdikcə daha ağır xarakter almağa başlayır. Belə görünür ki, Azərbaycandan olan miqrantlar da daxil olmaqla MDB-dən olan işçiləin Rusiyada qalması çox müşkül olacaq. Məhz belə bir vaxtda Dövlət Duması əmək miqrantları və onların övladlarının Rusiyada qalma qaydalarını sərtləşdirən yeni qanunlar paketini qəbul edib.

Yeni düzəlişlərə əsasən, patentlə işləyən xarici vətəndaşların övladları 18 yaşına çatdıqda ya 30 gün ərzində özlərinə patent rəsmiləşdirməli, ya da Rusiyanı tərk etməlidirlər. Ölkədə qanuni işləmək və yaşamaq icazəsi olan miqrantların yetkinlik yaşına çatmayan övladları isə Rusiyada qalma hüququnu qoruyub saxlayır. Bundan başqa, miqrantlar artıq həm özləri, həm də yanlarında olan hər bir uşaq üçün fiziki şəxslərin gəlir vergisi üzrə sabit ödəniş etməli olacaqlar. Əgər əmək miqrantının ümumi gəliri özü və himayəsindəki hər bir ailə üzvünə düşən yaşayış minimumundan aşağı olarsa, onun patenti ləğv ediləcək. Vergi orqanları xarici vətəndaşların il ərzindəki 3, 6, 9 və 12 aylıq gəlirləri barədə məlumatları avtomatik olaraq Daxili İşlər Nazirliyinə (DİN) ötürəcək. Patenti uzadılmayan miqrantlar 15 gün ərzində Rusiyadan çıxmalıdır. Son illər Rusiyada miqrasiya qanunvericiliyi xeyli sərtləşdirilib. Xüsusilə, miqrant uşaqlarının rus dili imtahanı vermədən məktəblərə qəbulu qadağan edilib, valideynlərinə isə ölkədə qanuni qaldıqlarını təsdiqləmək öhdəliyi qoyulub. 2026-cı ilin yanvarından isə DİN ilə təhsil qurumları arasında miqrant uşaqlarına dair məlumat mübadiləsi haqqında qanun qüvvəyə minib. Azyaşlı xaricilərə nəzarəti gücləndirən bu məlumatlar gələcəkdə miqrantların rəqəmsal profilinə daxil ediləcək. DİN-in statistikasına əsasən, 2025-ci ilin əvvəlindən Rusiyadakı əcnəbilərin ümumi sayı 10 faiz azalaraq 6.3 milyondan 5.7 milyona enib. Bu dəyişikliyin başlıca səbəbi kimi miqrant ailələrinin yetkinlik yaşına çatmayan uşaqlarının sayının təxminən dörddə bir həddə azalması göstərilir. Bundan öncə isə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşların deportasiya olunmasına əsas verən inzibati xətaların siyahısının genişləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsindəki müvafiq siyahının ilkin olaraq 22-dən 43 maddəyə qaldırılması planlaşdırılsa da, daxil olan təkliflər əsasında bu rəqəm 45-ə çatdırılıb. Siyahıya əlavə edilən son iki bənd sərhədçiyə itaətsizlik və ayrıseçkilik (İnsanın cinsindən, irqindən, dərisinin rəngindən, milliyyətindən, dilindən, yaşından və dinindən asılı olaraq hüquq və azadlıqlarının pozulması) halları ilə bağlıdır. Volodin öz "Telegram" kanalında bu addımın ölkədə ictimai təhlükəsizliyin təmin olunmasına və miqrasiya sahəsində nizam-intizamın yaradılmasına xidmət edəcəyini vurğulayıb. Dövlət Duması İnzibati Xətalar Məcəlləsinə təklif olunan düzəlişləri artıq birinci oxunuşda qəbul edib. Yeni qanun layihəsinə görə, miqrantlar Rusiya ordusunu ləkələmə, icazəsiz mitinqlərdə iştirak, sanksiya çağırışları və ərazi bütövlüyünü pozmağa yönəlmiş addımlara görə də ölkədən qovulacaqlar. Siyahıya fövqəladə və hərbi vəziyyət qaydalarını pozma, toy və şənliklərdə havaya atəş açma, polisə itaətsizlik və xırda xuliqanlıq kimi xətalar da daxildir.

Bir daha xatırladaq ki, Rusiya hakimiyyəti 2024-cü ilin martında "Krokus Siti Holl"da törədilən terrordan sonra prezident Vladimir Putinin göstərişi ilə miqrasiya siyasətini kəskin sərtləşdirib. Bu dövr ərzində parlamentdə onlarla anti-miqrant təşəbbüsü nəzərdən keçirilib. Bunlardan ən səs-küylüsü qanunvericiliyi pozan xaricilərin daxil edildiyi "nəzarət altında olan şəxslərin reyestri"dir. Bu siyahıya düşən miqrantlara yaşayış yerini dəyişmək, bank əməliyyatları aparmaq, evlənmək və avtomobil idarə etmək qadağan olunur. Ölkədə deportasiya qaydaları da köklü şəkildə dəyişib. 2025-ci il fevralın 5-dən etibarən miqrantın ölkədən çıxarılmasına məhkəmə deyil, onu saxlayan polis şöbəsinin rəisi qərar verir. Bundan başqa, miqrant uşaqlarının rus dili imtahanı vermədən məktəbə qəbulu qadağan edilib. Bu qərar azyaşlı xaricilərin 80 faizdən çoxunu konstitusiya ilə təmin olunan təhsil hüququndan məhrum edib. Əlavə olaraq nəzərə alınmalıdır ki, Rusiyanın mövcud qanunvericiliyinin tələblərinə əsasən, bu ölkəyə daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur. Miqrasiya kartını Rusiyanın dövlət sərhədinin buraxılış məntəqələrində, beynəlxalq hava limanlarında, Rusiyaya uçan təyyarələrin göyərtəsində pulsuz əldə etmək mümkündür. Miqrasiya kartı rus dilində və ya pasportda qeyd edilən məlumatlara uyğun olaraq latın əlifbasının hərfləri ilə doldurulmalıdır. Azərbaycan və Rusiya arasında formalaşmış əmək miqrasiyası uzun illərdir müəyyən sabitlik nümayiş etdirir. Amma indi rüsumların artırılması və digər sərt qaydalar yeni vəziyyət yaradır. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli də qeyd edir ki, məsələnin iqtisadi fəsadlarına və orada yaşayan soydaşlarımıza təsirlərinə də mütləq baxmalıyıq: “Ölkəmizə daxil olan pul köçürmələrinin həcmində ciddi azalmalar var. Hətta uzun illərdən sonra ilk dəfə Rusiya pul köçürmələrində birinci yerdə deyil, hazırda İrlandiya önə çıxıb. Bunu araşdırmaq lazımdır. Böyük ehtimalla, ofşor zona kimi istifadə olunur. Eyni zamanda, Türkiyə, Avropa ölkələri və Amerika da ön sıralardadır. Bu trend son 10–15 ildə miqrasiyanın strukturunun dəyişdiyini göstərir - gənclərimiz artıq Avropaya, ABŞ-a və Türkiyəyə üz tuturlar. Digər tərəfdən, bu, Rusiyadakı iqtisadi böhranın göstəricisidir; insanlar artıq həm özlərini saxlamaqda, həm də ailələrinə pul göndərməkdə çətinlik çəkirlər”. Bu arada onu da qeyd edək ki, Rusiya hakimiyyəti xarici ölkə vətəndaşlarını Ukraynadakı müharibəyə cəlb etmək üçün qanunvericiliyi daha da stimullaşdırır. Dövlət Duması miqrantlarla bağlı növbəti qalmaqallı qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Yeni qanun Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq döyüş əməliyyatlarında, xüsusilə Ukraynada iştirak edən əcnəbilərin ölkədən deportasiya edilməsini rəsmən qadağan edir. Yeni qanunvericiliyə əsasən, cəbhəyə yollanan xaricilərə aşağıdakı güzəştlər tətbiq olunur: onların Rusiyaya girişinə qadağa qoyula bilməz; onlara patent, iş icazəsi, müvəqqəti yaşayış icazəsi və ya oturum rəsmiləşdirilməsindən imtina edilməsi qadağandır; onların ölkədə qalmasının arzuolunmazlığı və ya qalma müddətinin qısaldılması barədə qərarlar çıxarıla bilməz. Ən diqqətçəkən məqamlardan biri isə qanunun geriyə qüvvəsinin olmasıdır. Belə ki, sənəd müharibə iştirakçısı olan əcnəbilər barəsində 24 fevral 2022-ci ildən bəri çıxarılmış bütün deportasiya və məhdudiyyət qərarlarını qüvvədən salır. Bu addım Rusiyada miqrasiya qanunvericiliyinin kəskin şəkildə sərtləşdirilməsi fonunda atılır. Müdafiə Nazirliyi əcnəbiləri orduya cəlb etmək üçün həm rəsmi təşviqat vasitələrindən, həm də inzibati təzyiqlərdən istifadə edir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ