Rusiyada dron əleyhinə əməliyyat zamanı öz mobil hava hücumundan müdafiə qrupuna aid Ka-52 Alligator hücum helikopterini vurub.
Forbes xəbər verir ki, helikopter Ukrayna dronlarını ovlayarkən eyni tapşırığı yerinə yetirən yerüstü mobil hava hücumundan müdafiə qrupu tərəfindən atəşə tutulub.
Məlumatlara görə, bu, ilk belə hal deyil, lakin nəticələri baxımından ən baha başa gələnlərdən biridir.
Qeyd olunur ki, tammiqyaslı müharibənin başlanğıcından bəri Rusiya hava hücumundan müdafiə sistemləri dronları təqib edərkən öz helikopterlərindən ən azı yeddisini vurub.
Tahir TAĞIYEV