İyulun 8–dən 9-a keçən gecə Ukrayna Silahlı Qüvvələri pilotsuz təyyarələrlə Rusiyanın neft və hərbi obyektlərinə, eləcə də neft tankerlərinə zərbələr endirib.
Tverdə yerli neft anbarındakı çənlərdən biri "dron hücumunun dəf edilməsi nəticəsində" alovlanıb. Qubernator yanğının səhər saat 7:00-a qədər söndürüldüyünü bildirib. Ukrayna monitorinq kanalları yanğının Lift ərazisindəki “Tvernefteproduct” neft anbarında baş verdiyini bildirir.
"Astra"nın yaydığı məlumata görə, Stavropol yaxınlığındakı Vyazniki kəndindəki neft anbarına da hücum olub və yanğın baş verib. Qubernator Vladimir Vladimirov bildirib ki, yanğın "alışan materiallar olan çənlərə" yaxınlaşdığı üçün "sənaye obyekti"nin yaxınlığındakı evlərin sakinləri təxliyə edilib.
Bundan əlavə, hakimiyyət orqanlarının məlumatına görə, 24 saat ərzində ikinci dron hücumundan sonra Azov dənizində iki tanker alovlanıb. Rostov qubernatoru Yuri Slyusarın sözlərinə görə, Taqanroq körfəzində hücuma məruz qalan gəmilər zədə alıb. Onlardan birindəki yanğın söndürülüb, lakin ikincisi hələ də yanır. Qubernator yazıb ki, heyətlər təxliyə edilib və heç kim xəsarət almayıb. O, hava hücumundan müdafiə qüvvələrinin gecə hücumu zamanı iyirmidən çox dronu vurduğunu bildirib. Əvvəlki gün Rostov-na-Donu istiqamətində gedən daha iki tanker Taqanroq körfəzində vurulub. İki nəfər yaralanıb.
Tahir TAĞIYEV