ABŞ və İran arasında artan gərginlik qarşılıqlı hücumlara çevrilib. ABŞ-ın iki gün ərzində təxminən 170 hücumundan sonra İranda yeni aktivlik müşahidə olunur.
İranın Mehr Xəbər Agentliyi bildirib ki, günorta saatlarında Buşehr əyalətində çoxsaylı partlayış səsləri eşidilib.
Məlumatda partlayışın səbəbi göstərilməyib və hadisə ilə bağlı hələlik rəsmi orqanlar tərəfindən heç bir rəsmi açıqlama verilməyib.
Bu arada, İran rəsmiləri ABŞ qüvvələrinin Sirik şəhərindəki balıqçı körpüsünə hücumu nəticəsində 3 nəfərin öldüyünü, 15 nəfərin isə yaralandığını açıqlayıb.
Tahir TAĞIYEV