ABŞ prezidenti Donald Tramp 36-cı NATO Liderlər Zirvəsində iştirak etdiyi Türkiyədən ABŞ-a qayıdarkən Air Force One təyyarəsində jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın İrana hücumları ilə bağlı diqqət çəkən açıqlamalar verib.
"Onlar hər dəfə bizə zərbə endirəndə 20 dəfə daha sərt cavab verəcəyik dedim və dünən gecə də belə etdik" deyən Tramp İranın da bəzi addımlar atdığını, bunların ABŞ hücumlarına cavab olduğunu bildirib və əlavə edib : "Biz artıq hərbi cəhətdən qalib gəlmişik. Onların çox az gücü qalıb".
Tramp İranın onlarla razılaşma istədiyini bildirib: "Onlar həqiqətən də razılaşma istəyirlər. Bir az əvvəl zəng etdilər. Razılaşmanı o qədər çox istəyirlər ki... Sadəcə, buna dəyib-dəyməyəcəyini bilmirəm. Bağlanan hər hansı bir razılaşmaya sadiq qalacaqlarına əmin deyiləm. Problem də budur".
Tramp İranın kommersiya gəmilərinə hücumları ilə bağlı suala isə belə cavab verib: "Düzünü desəm, bu, bir az dəlilikdir. Onlar bir az qeyri-sabit davranırlar, amma yenə də həqiqətən razılaşma istəyirlər".
Tahir TAĞIYEV