Bazar ertəsi günü, 24 avqust 2026
     

Tankçı Valehin igidlik və şəhidlik hekayəsi - Atası Saleh kişi arzusunu yerinə yetirdi...

Image


Hər hekayənin bir sonu vardı deyirlər...Amma həyat göstərir ki, elə hekayələr var ki, sonsuzdur, bu, igid şəhidlərimizin yarımçıq ömür hekayələridir. Bu hekayələr yaşayır və şəhidlərimizi yaşadır.

Ulu babalarımızdan miras qalan bir söz də var: "İgidin kəmiyi əriyər, amma adı qalar, izi yaşayar".

Tankçı Valehin də hekayəsi sonsuzdur, onun nakam ömrünü davam etdirir. Birinci Qarabağ Müharibəsinin saysız adlı və adsız qəhrəmanları olub. Millətin, torpağın varlığı o adlı və adsız igidlərin qəhrəmanlığı ilə var olur. Tankçı Valeh o müharibənin adlı-sanlı qəhrəmanlarından biri olub.

27 yaşında şəhid olub. Yaşasaydı 60 yaşı olacaqdı. 60 yaşlı Valeh əbədiyyən 27 yaşında qaldı, o yaddaşlarda igid bir gənc kimi yaşayır...

Şəhid Camalov Valeh Saleh oğlu 1 aprel 1966-cı ildə Füzuli rayonunun Kürdlər kəndində anadan olub. Uşaqlıq illərini öz doğma kəndlərində keçirib. 1973-cü ildə Kürdlər kənd orta məktəbin 1-ci sinifinə daxil olub, təhsilini həmin məktəbdə davam etdirib.

1983-cü ildə həmin məktəbin 10-cu sinifini bitirib.

1983-cü ildə Bakı Şəhərində Politexnik Texnikomuna qəbul olub.

1984-cü ildə həqiqi hərbi xidmətə çağırılıb və hərbi xidmətini Ukraynada keçib. 1986-cı ildə hərbi xidmətini başa vuraraq doğma vətəninə qayıdıb, yarımçıq qalan təhsilini davam etdirib. Məlumata görə, Füzuli rayonunda tikinti idarəsində işləyib.

Erməni təcəvüzkarlarının torpaqlarımıza hücumuna qarşı qeyrət qılıncını sıyıran oğullardan biri də hekayəmizin qəhrəmanı Camalov Valeh Saleh oğlu olub. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərə könüllü olaraq qatılan Valeh döyüş əməliyyatlarənda fəal iştirak etdib, "dəmir atı"-tankı ilə düşmənin bir neçə canlı qüvvəsini məhv edib. 1993-cü ilin avqust ayının 29-da Kürmahmudlu kəndi uğrunda gedən ağır döyüşlər zamanı şəhid olub. Düşmən Valehi alnından vurub. Şəhid olduqdan sonra 2-ci dərəcəli döyüşcü medalı ilə təltif olunan Valeh Camalov subay olub. Bəlkə də yolunu gözləyəni, bəlkə də "müharibə bitsin, evlənərik" dediyi göz altısı varmış. Hər igidin bir yol gözləyəni olur axı. Yəqin qəhrəmanımızın da nakam taleyinə saralıb-solmayan əbədi bir sevgi cızılıbmış.

Valeh Camalovun məzarının da ayrıca bir hekayəsi var. Yazırlar ki, Valeh şəhid olanda artıq ailəsi İmişlidə məcburi köçküb həyatı yaşayırmış. Bu səbəbdən də şəhidin nəşi əmanət kimi İmişli torpağında dəfn edilir. Atası Saleh Camalov oğlunu dəfn etdiyi torpağa xitabən "Oğlumu sənə əmanət edirəm, Füzuli nə vaxt işğaldan azad olunsa Valehin nəşini aparıb öz doğma torpağımızda dəfn edəcəyəm. Torpaq, balam əmanəti!"-deyib.

Saleh kişi torpaq uğrunda qurban verdiyi balasını yenidən torpağa əmanət edib. O ümidlə əmanət edib ki, bir gün torpaqlar işğaldan azad olunacaq, o da oğlunu aparıb Füzulidə əbədiyyətə uğurlayacaq.

Bir məqamı da deyək ki, oğlu şəhid olduqdan sonra Saleh kişi saqqalını heç vaxt qırxmayıb, onun nakam bəxtinə, taleyinə yas saxlayıb.

Sonradan Füzuli rayonunun Kərimbəyli kəndinə köçüb orada ev tikən, yeni yurd quran Saleh baba "vədə tamamdır, oğlumun nəşini Füzuliyə aparmağa gəlmişəm" deyib.

Aidiyyəti qurumlar Valehin məzarı köçürmək ilə açanda burada heyratamiz bir hadisə ilə qarşılaşıblar. Yazılanlara görə, anası Valehi hərbi formada dəfn edərkən onun nəşini qırmızı ipəyə bükübmüş. Bəylik taxtına oturmayan, toyu çalınmayan oğluna ana qırmızıya bələyibmiş. Neçə-neçə arzusunu o məzara gömübmüş. Məzar açılanda həmin qırmızı ipək də, şəhidin alnındakı güllə yarası da, hətta bədən üzvləri də olduğu kimi qalıbmış... Torpaq əmanəti saxlayır axı, özü də tər-təzə. Düşmənin vurduğu yaranı da, ananın sızıltına boyanan, şəhid qanına bacı olan qırmızı ipəyi də saxlayıb torpaq.

Saleh baba oğlunun əmanət nəşini Füzuli rayonun Kərimbəyli kəndindəki Şəhidlikdə dəfn edib. Torpaqlarımız işğaldan azad olunduqdan sonra Valeh Füzuliyə qovuşub. Saleh baba o günü düz 27-28 il gözləyib və arzusuna çatır. Valehin əmanət nəşi Füzuli torpağında əbədi həyat tapdıqdan bir il sonra anası, üç il sonra da atası dünyasını dəyişir.

Valeh Camalov şəhid olandan bir neçə il sonra barəsində yazılan "Tankçı Valeh" kitabı araya-ərsəyə gəlir.

Valehin xüsusi xasiyyətnaməsində yazılır: "O, xidmətə 1992-ci ildə "N" saylı hərbi hissə tərkibindəki "N" saylı taborda başlayıb.

V.Camalov xidmət etdiyi müddətdə özünü bacarıqlı, çevik bir döyüşçü kimi tanıdıb. O, Füzuli bölgəsində, eyni zamanda digər bölgələrdə də döyüş mövqeyində olub. Könüllü döyüşçü olan Valeh Camalov həm də Çernobl iştirakçısı və əliliydi.

15 avqust 1992-ci ildə gedən döyüşlər zamanı o iki ədəd PDM və bir ədəd silah-sursatla dolu "ZİL-13" markalı avtomobili qəhrəmancasına xilas edib. V.Camalov daha sonra 6-7 sentyabrda Haça Gədik, 23 sentyabrda Xocavənd və Məlikcan əməliyyatında fədakarlıqla düşmənə ağır zərbələr vurub..."

Valeh Camalovun son döyüşü 29 avqust 1993-cü ildə olub. O həmin döyüşdə zədələnmiş tankı təmir edib neytral zonadan xilas etmək üçün cəhd göstərərkən düşmən atəşi ilə alnından vurularaq şəhid edilib.

"N" saylı hərbi hissənin tank təmiri bölüyünün taqım komandiri baş leytenant Həsənov M.A yazırdı: "Mən taqım komandiri kimi V.Camalovun yükdək dövlət mükafatı ilə təltif olunmasını məqbul sayıram"-deyə şəhidin " xidməti xasiyyətnaməsində yazırdı.

V.Camalovun döyüş yoldaşlarından baş leytenant Firqəm Ağakişiyevin xatirələrindən: "Bizim 40 nəfərlik dəstəmiz Alıxanlı kəndi yaxınlığında qəflətən mühasirəyə düşdü. Vaxt itirmədən mühasirəni yarıb Əhmədbəyli istiqamətində irəliləməyi qət etdik. Və biz buna nail olduq.

Bax...həmin döyüşdə mən Valehin necə cəsur və qorxmaz oğlan olduğunu gördüm..."

Kapitan Tahir Axundovun dediklərindən: "Valeh nəinki döyüşür, döyüş meydanındakı sıradan çıxmış tankları təmir edirdi. O, həm də düşmənin döyüş meydanında qalmış tankını, topunu, digər hərbi texnikasını qənimət kimi öz tərəfimizə gətirə bilirdi. Valeh bu zaman risqə gedərdi, qorxub eləməzdi..."

Polkovnik-leytenant Müşfiq Cəfərov Valeh şəhid olmazdan bir gün əvvəl baş verəni xatırlayır: "Valeh şəhid olmamışdan bir gün əvvəl, yəni 28 avqustda Bəhmənli "dördyol"unda bizim bir tankımız xarab olmuşdu; karobkasını dəyişmək lazım idi. Onu dəyişəcək alət isə Qubadlıda idi. Valeh tək-tənha yol maşını ilə bir gündə getdi də, qayıtdı da..."

Valeh Camalovun yaxın qohumu, tanınış memar Rizvan Qarabağlının "Mahir tankçı" yazısından: "Füzuli bölgəsinin Kürdlər kəndində anadan olmuş Valeh Saleh oğlu Camalov Bakıdakı İnşaat Texnikumunda təhsilini başa vurduqdan sonra keçmiş sovet ordusu sırlarında mahir tankçı kimi yetişmişdi.

1990-cı illərin qanlı-qadalı günləri başlamışdı. Səbri tükənən Valeh Füzuli rayon hərbi komissarlığına gələrək ordu sıralarına qəbul edilməsini xahiş edir...

Tankçı kimi xidmət etməyə başlayan Valeh qısa müddətdə bir sıra vuruşun iştirakçısı olur. Məlikcanlı uğrunda keçirilən döyüşlərdə xüsusi fərqlənir. Füzuli bölgəsinin Qaradağlı kəndində yaralandıqdan sonra qospitala gətirdilər. Lakin həkimlərin təkidinə baxmayaraq, müalicəsini yarımçıq qoyaraq yenidən ön xəttə qayıdır..."

R.Qarabağlı qeyd edir ki, həkimlərin və ailəsinin israrları Valehə təsir etmir, nə qədər "getmə" desələr də, o torpaq sevgisini şirin canından əziz tutur. Canını torpaqdan əsirgəməyən tankçı qəhrəmanımız əbədiyaşarlar cərgəsindədir...

Valeh kimi oğullar şəhid oldular, ata-analarını, bacı-qardaşlarını yandırdı bu nisgil.

Ayrılıq bu dünyada ən dəhşətli əsarətdir. Bu əsarəti yurdlarımız da yaşayıb, insanlarımız da.

Bəzən gözlənilən bir vüsal da o nisgili soyutmaz olur. Necə ki, Valehin doğmaları, ağsaqqal atası, ağbirçək anası bu işgəncəni yaşadılar, illər boyu qəhr çəkdilər. Onlar da artıq oğullarına qovuşublar...

Gedənlər bir də qayıtmaz bu dünyaya, amma şəhidlər əbədi olaraq bu dünyadadırlar, yaddaşlarda və xatirələrdədirlər. İgid tankçı Valeh kimi!!!

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

23.08.2026 / 18:03
Azərbaycan–Özbəkistan müttəfiqliyinin qarşısında böyük perspektivlər açılır...

23.08.2026 / 17:14
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalandı

23.08.2026 / 17:11
Prezident İlham Əliyev: "Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub"

23.08.2026 / 17:08
"Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir" - Prezident

23.08.2026 / 16:39
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTO/YENİLƏNDİ

23.08.2026 / 16:30
Daşkənddə Prezident İlham Əliyevin Mirziyoyevlə təkbətək görüşü olub - FOTO

23.08.2026 / 16:07
Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi - SƏRƏNCAM

23.08.2026 / 16:01
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

23.08.2026 / 15:57
Füzulidə “Dostluq bağı”, Mirzə Uluqbəy məktəbi - Azərbaycanla Özbəkistanın qardaşlığının hələ çox simvolları olacaq…

23.08.2026 / 15:44
Azərbaycan-Özbəkistan Regionlararası Forumu 4-cü mərhələdən keçir - Arxada nələr qalıb?...

23.08.2026 / 15:01
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

23.08.2026 / 14:29
Prezident və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar - FOTO

23.08.2026 / 14:28
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - VİDEO

23.08.2026 / 14:17
"Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır" - Hikmət Hacıyev

23.08.2026 / 13:46
Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib - FOTO

23.08.2026 / 13:17
Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında prezidentlərin şəxsi münasibətlərinin rolu

23.08.2026 / 13:05
Prezident İlham Əliyevin Özbəkistana səfəri başlayıb - FOTO/VİDEO

23.08.2026 / 12:35
Vuçiç konstitusiyanı dəyişib yenidən prezident olmaq istəyir - Serbiya spikeri hər şeyi açıb tökdü…

23.08.2026 / 11:48
Sidney Marafonu təşkilatçılarının səhvi sosial mediada açıldı - medallara səhvən Münhen stadionunun şəkli vuruldu…

23.08.2026 / 11:20
Tramp: "Kanada ABŞ ştatı olmadan üstünlüklərdən faydalanmaq istəyir"

23.08.2026 / 10:15
Zaxarova alman mediasını hədəf aldı - öz problemlərinizlə məşğul olun…

23.08.2026 / 09:47
Vergi uçotu ilə bağlı 10 min dollarlıq limit bu gündən qüvvəyə mindi

23.08.2026 / 09:22
Bakıda işlədikləri şirkəti soyan şəxslər tutuldu

23.08.2026 / 08:48
Qazaxıstanda Qurultaya seçkilər keçirilir

22.08.2026 / 21:54
“Bakıda Azərbaycan, Özbəkistan və Türkiyə qadınlarını bir araya gətirən Birlik Gecəsi keçirilib

22.08.2026 / 20:33
Berlin yaxınlığında gizli silah anbarı aşkarlandı – Almaniya bir rus agentin izinə düşdü…

22.08.2026 / 20:07
Ukrayna ilk dəfə Rusiyada Ozon logistika mərkəzini vurdu - VİDEO

22.08.2026 / 19:44
Medvedev müharibəyə qarşı çıxan rusları hədəf aldı - Belə alçaqları bağışlamaq olmaz…

22.08.2026 / 19:27
"Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib" - Vüqar Rəhimzadə

22.08.2026 / 19:22
Əhliman Əmiraslanov: “Qərbi Azərbaycana qayıdıș Ulu öndərin formalașdırdığı milli-mənəvi bütövlük siyasətinin tərkib hissəsidir” - MÜSAHİBƏ

22.08.2026 / 18:37
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

22.08.2026 / 18:34
Memar Rizvan Qarabağlının yaradıcılığında vətənpərvərlik motivi...

22.08.2026 / 17:11
İrandan ABŞ-a açıq təhdid - güc yolu ilə onları buna məcbur edəcəyik…

22.08.2026 / 16:36
İsrail Dəməşqdə bir avtomobili vurdu…

22.08.2026 / 16:21
Xalq artisti Şükufə Yusupovanı avtomobil vurdu - vəziyyəti ağırdır...

22.08.2026 / 15:43
Hörmüzün kimin nəzarətində olduğu tam aydın oldu - Trampın dedikləri yalan çıxdı...

22.08.2026 / 15:21
Moskva hava limanlarına genişmiqyaslı hücum planı - Ukrayna müharibə tarixində bir ilkə imza ata bilər…

22.08.2026 / 14:30
Novorossiysk limanında hücuma məruz qalan gəmi heyətini qurtarmağa göndərilən türk gəmisi də vuruldu – ölən və yaralananlar var…

22.08.2026 / 13:58
85 min nəfər ixtisaslı kadra ehtiyac var,6500 avro maaş veriləcək…

22.08.2026 / 13:15
ABŞ-ın BMT-yə borcu 4 milyardı keçdi - Vaşinqton səsvermə hüququnu itirə bilər…

22.08.2026 / 12:32
Tramp Hörmüzü "ABŞ ərazisi" adlandırdı – “qalib gəlib-gəlmədiyimizi bilmirik”…

22.08.2026 / 12:17
Bakıda oğurluq edən 4 şəxs saxlandı

22.08.2026 / 11:52
Ermənistan Rusiya ilə "müttəfiqlikdən" və "strateji tərəfdaşlıqdan" rəsmən imtina etdi - Dövlət proqramı hazırlandı...

22.08.2026 / 11:36
Rusiya Ermənistana buğda və propan göndərdi

22.08.2026 / 11:00
Əməkdar jurnalist Nurani vəfat edib

22.08.2026 / 10:48
Polislər axtarışda olan şəxsləri saxladı, külli miqdarda narkotik ələ keçirdi

22.08.2026 / 10:24
Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edildi

22.08.2026 / 09:50
Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

22.08.2026 / 09:19
Xəzər dənizində zəlzələ oldu

22.08.2026 / 06:49
ABŞ İrana hücumların bərpasını istisna etmir - Tramp açıqladı

22.08.2026 / 06:19
Tramp barəsində impiçment veriləcəyinə əmindir - Demokratlar seçkidə qalib gələrsə…

22.08.2026 / 05:49
Türkiyə Netanyahunu İnterpol axtarışına verir? - Ankara-Təl-Əviv gərginliyi artır…

22.08.2026 / 05:41
Tramp Ağ Evdə bunker tikdirir - məhkəmə qərar verdi

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ