Bazar günü günü, 15 noyabr 2026
     

Son nəfəsinədək hərbi anda sadiq qaldı... - FOTO

Image


Həyatda ən böyük fədakarlıq Vətən yolunda şəhidlik zirvəsinə ucalmaqdır. Bu fədakarlığı etmiş hər bir şəxsin xatirəsini yaşatmaq, doğmalarına mənəvi dayaq olmaq bizim insanlıq və vətəndaşlıq borcumuzdur. Heç bir müharibə itkisiz olmur. Bu baxımdan Qarabağ müharibəsi də istisna deyil. Düşmənin hərbi təcavüzünə qarşı sinəsini sipər edən igid oğullarımızın amalı bir idi - Qarabağı işğaldan azad görmək və respublikamızın ərazi bütövlüyünün bərpasına nail olmaq. Döyüş əməliyyatlarının getdiyi Vətən torpaqlarının hər bir qarışına şəhid qanı tökülüb. Şəhid qanı tökülmüş yurdlarımız düşmən tapdağında qala bilməz və qalmayacaqdır.

Şərəfli döyüş yolu keçmiş Daxili Qoşunların şəhid hərbi qulluqçularından biri də gizir Məmmədov Fərhad Nadir oğludur. O, 1965-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Atası Nadir Məmmədov 1992-ci ildə onun ölümündən bir neçə ay öncə vəfat edib. Anası Fəridə Məmmədova isə 1985-ci ildə dünyasını dəyişib. Ailədə üç övlad böyüyüb. Fərhadın bir bacısı və bir qardaşı var. Kasıb, öz halal zəhməti ilə dolanan ailədə böyüyən Fərhad əməksevərliyi ilə seçilib. O, Bakının Yasamal rayonundakı 53 saylı orta məktəbdə və Xəzər rayonundakı 12 saylı internat məktəbində təhsil alıb. Sonra isə paytaxtda yerləşən 4 saylı orta texniki peşə məktəbini 1-ci dərəcəli motorçu - 2-ci dərəcəli matros ixtisası üzrə bitirib. Həmçinin Bakıdakı 19 saylı orta texniki peşə məktəbinin də məzunu olub. Burada isə quraşdırıcı elektrik-qaynaqçı peşəsinə yiyələnib. Göründüyü kimi, o, bir neçə ixtisası öyrənməyə can atıb, bu peşələrdən faydalanaraq çalışmaq və ailəyə maddi köməklik göstərmək kimi nəcib məqsədi qarşısına qoyub.

F.Məmmədov respublikamızdan uzaqlarda sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini qüsursuz başa vuraraq geriyə qayıdıb və yenidən əmək fəaliyyəti ilə məşğul olub. Harada çalışıbsa, halallığı, düzgünlüyü üstün tutub, sadəliyi, təvazökarlığı, gördüyü işə vicdanlı münasibəti ilə fərqlənib. Bir çox peşə bacarıqlarına görə dost-tanış, qonşular arasında ona müraciət edənlər çox olub. Heç kimə köməklik göstərməkdən imtina etməyib. Bununla da hamının hörmətini qazanıb.

1988-ci ildə Fərhad ailə qurub. 1990-cı ildə onun oğlu dünyaya gəlib. Adını Murad qoyublar. El arasında bir deyim var: arzu-muradına çatasan. O da bir yuva qurmaq, ata olmaq arzusuna qovuşmuşdu. Gələcək üçün isə xeyli arzuları vardı...

F.Məmmədov 1992-ci ildə yeni formalaşan və mart ayından Ağdamda döyüş yoluna başlayan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında hərbi xidmətə qəbul olunur. Vətənin dar günündə, torpaqlarımızın Ermənistanın hərbi təcavüzünə məruz qaldığı bir vaxtda o, bu baş verənlərə laqeyd qala bilməzdi. Hərbi xidmət təcrübəsinin olması nəzərə alınaraq, o, bu hərbi biliklərini Vətən torpaqlarının müdafiəsi işinə yönəltmək istəyirdi. Düşmənin Xocalıda və digər yaşayış məntəqələrimizdə soydaşlarımıza qarşı törətdiyi vəhşiliklərin qisasını almağa can atırdı.

O, Daxili Qoşunların sıralarında öncə qısa müddətdə Bakının Nəriman Nərimanov rayonunda yerləşən, sonra isə ön cəbhədəki hərbi hissələrdə xidmət edib. Torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda döyüşlərdə cəsarət nümunəsi göstərən, müharibə ağrı-acılarına dözümlə yanaşan gizir F.Məmmədov döyüşçü yodaşlarını itirdikdə dərin sarsıntı keçirib. Onun döyüş yolu Ağdamın düşmənlə təmas xəttində yerləşən yaşayış məntəqələri və Əsgəran istiqamətindəki Aranzəminli, Pircamal və Naxçıvanik kəndlərindən keçib. 1992-ci ilin iyun ayında burada qızğın döyüşlər gedirdi. Həmin vaxt döyüşçülərimiz düşmənin xeyli canlı qüvvəsini məhv edərək, bir sıra müdafiə mövqelərini də ələ keçiriblər. 1992-ci ilin iyun ayının 16-da gizir F.Məmmədov Naxçıvanik yaxınlığında döyüş zamanı düşmən minasının partlayışı nəticəsində ağır yaralanaraq şəhid olub. Döyüşçü yoldaşları onun meyitini döyüş meydanından çıxara biliblər. Beləcə, ürəyi Vətən sevgisi ilə döyünən cəsur hərbi qulluqçu öz ölümü ilə ölümsüzlük zirvəsinə ucalıb.

Şəhid gizirin meyiti 1992-ci il iyunun 18-də Bakıya gətirilərək Şəhidlər Xiyabanında dəfn olunub. Fərhad vaxtilə bir neçə dəfə Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ehtiram göstərib. Bu gün onun məzarı da burada dəfn edilən yüzlərlə şəhid kimi ziyarət yeridir.

Məqaləni hazırlayarkən Fərhadı ön cəbhədə yaxından tanıyan, son döyüşünün şahidi olan silahdaşları barədə məlumat aradım. Ancaq bu cəhdlərim nəticəsiz oldu. Təbii ki, uzun zaman keçib və belə məlumatları əldə etmək asan deyil.

Şəhidin ailəsinin ünvanını da xeyli axtarmalı oldum. Ailəsi Daxili Qoşunların şəhid hərbi qulluqçularının siyahısında qeyd olunan ünvandan köçüb. Suraxanı rayonunun Hövsan qəsəbəsində onların yeni ünvanını axtararkən təsadüfən şəhidin qardaşı Bəxtiyar Məmmədovun işlədiyi ofisə gəlib çıxdım. Kimi axtardığımı söylədikdə B.Məmmədov gözləmədiyim cavabı verdi: “Şəhid F.Məmmədov mənim qardaşımdır”. Beləcə, onunla tanış olub birgə Fərhadın ailəsinə baş çəkdik. Mənim gəlişim bu ailə üçün gözlənilməz idi. Fərhadın həyat yoldaşı Sənəm Məmmədova bildirdi ki, əvvəlki ünvandan köçdükdən sonra çoxdandır ailəyə, doğmaları istisna etsək, baş çəkən olmayıb. Sənəm xanım və oğlu Murad, habelə B.Məmmədovla Fərhad haqqında ətraflı söhbət etdik. Mənə məlumat verildi ki, ailəyə müvafiq müavinət təyin edilib. Bu, əlbəttə, şəhid ailəsinə dövlətimizin qayğısıdır. Ailə üzvləri şəhidin xatirəsinin əbədiləşdirilməsi yönündə lazımi işlər görülməsini istəyirlər.

B.Məmmədov qardaşını həmişə xatırladığını, onun ailəsini diqqətdən kənar qoymadığını vurğuladı. Fərhadın cənazəsi ailəsinə gətiriləndə yalnız o, tabutu açaraq baxa bilib. Həmin anların dəhşətli iztirabı yaddaşında silinməz iz qoyub.

S.Məmmədova bildirdi ki, Fərhad çox istiqanlı və ailəcanlı insan olub. Müharibəyə gedəndə də yeganə narahatlığı ailəsindən idi. Sənəm xanım Fərhadın bir çox müsbət şəxsi keyfiyyətlərindən danışdı. Dedi ki, o, həmişə hamıya yaxşılıq etməyə çalışırdı. Fərhadın rəssamlığa da marağı olub. Hərbi xidmətə qəbul olunmasından, hərbi forma geyinməsindən həmişə qürur duyub. “Həyat yoldaşımın ölümündən sonra onun yoxluğu ilə barışmaq, təkbaşına övlad böyütmək çox çətin idi. Ancaq nə edəsən, bu da bir taledir. Təsəllimiz odur ki, Fərhad Vətən yolunda canını qurban verib”- Sənəm xanım söylədi.

Şəhidin oğlu Muradın 27 yaşı var, subaydır. O, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət borcunu vicdanla yerinə yetirib. Atasının torpaqlarımızın müdafiəsində şəhid olması onun üçün də sözsüz ki, fəxredici faktdır. “Şəhidlərin qisasını almalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik” - Murad dedi.

Bəli, biz əcdadlarımızdan miras qalan və bu gün düşmənin viran qoyduğu torpaqlarımıza qayıdacağıq. Müqəddəs üçrəngli bayrağımız o yurdlarımızın üzərində yenidən dalğalanacaq. O gün Fərhad və minlərlə şəhidimizin ruhu rahatlıq tapacaq!

Allah rəhmət eləsin!

Yalçın QAYA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ