Bazar günü günü, 15 noyabr 2026
     

Ortaq türk tarixi kitabının yazılması daha da aktuallaşıb…

Image


Cəbi Bəhramov: “İnstitutumuzun direktoru Yaqub Mahmudovun rəhbərliyi ilə artıq bu işə başlanıb”
Həyat Məhərrəmova: “Ortaq türk tarixi kitabının hazırlanması türk dünyası üçün böyük töhfə olardı”
Faiq Ələkbərli: “Bu ona görə lazımdır ki, bütün türk xalqları vahid ideya ətrafında birləşsin”

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli soykökümüzə, milli kimliyimizə qayıdış prosesi başladı. Uzun illər imperiya tərkibində olan Azərbaycan xalqının tarixi saxtalaşdırıldı, siyasi ideoloqlar xalqımızı türk kökündən uzaqlaşdırmağa çalışdılar. Ancaq, nəhayət, ədalət zəfər çaldı və dövlətimiz yenidən müstəqil oldu. Dövlət müstəqilliyinin bizə verdiyi imkanlardan biri milli tariximizə yeni sistemli yanaşma oldu ki, Azərbaycan tarixi yenidən yazılmağa başladı.

Günümüzün ən aktual məsələlərindən biri ortaq türk tarixinin yazılması ilə əlaqədardır. Son illər Azərbaycan və türkiyəli alimlərinin birgə ideyası və səyləri sayəsində bu sahədə müəyyən addımlar atılmaqdadır. Türk kökümüzə qayıdış ortaq tariximizin obyektiv şəkildə araşdırılmasına böyük şərait yaradıb.

Onu da vurğulayaq ki, artıq türk dünyasının ortaq tarixi dərsliyinin yaradılması da gündəmə gəlib. Məlumatlara görə, ortaq tariximizin artıq XV əsrə qədər olan dövrünün tarixinin hazırlanması işi bitib.

Ümumilikdə, ortaq türk tarixinin kitab halında nəşr edilməsininin əhəmiyyətini qeyd edən tarixçi alimlər hesab edirlər ki, bu kitabın hazırlanması bizə hava-su kimi lazımdır. Yeni nəslin öz milli kimliyini dərk etməsi, tarixi köklərini öyrənməsi baxımından ortaq türk tarixi kitabının yazılmasının əhəmiyyətini vurğulayan tarixçilər bildirirlər ki, bu işə bütün türk respublikaları cəlb edilməlidir. Vurğulayaq ki, nəzərdə tutulan ortaq türk tarixi kitabının Türkiyə və Azərbaycan tarixinin ortaq dövrlərini, mərhələlərini özündə əks etdirəcək.

Qeyd edək ki, alimlərin böyük əksəriyyətinin fikrincə, ortaq türk tarixi kitabının hazırlanması üçün tədqiqatçıların əlində kifayət qədər materiallar var və onlar bu materiallardan istifadə edərək xalqımızın tarixi ilə bağlı çox dəyərli kitab ortaya qoya bilər. Onu da bildirək ki, kitabın bir deyil, bir neçə cilddə nəşr edilməsinin vacibliyini deyən tarixçilər hesab edirlər ki, bu nəşr hazırlanarsa, türk tarixinə ədalətli münasibətimizin təzahürü olar.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov da bizimlə söhbətində bu işin vacibliyini vurğulamaqla yanaşı, təmsil olunduğu institutda artıq bu işə başlandığını qeyd etdi: “Bu yeni məsələ deyil. İnstitutumuzun direktoru Yaqub Mahmudovun rəhbərliyi ilə artıq bu işə başlanıb”.

Tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində bildirdi ki, ortaq türk tarixi kitabıının hazırlanılması prosesi haqqında məlumatı var. Onun qeyd etdiyinə görə, ortaq türk tarixi kitabı həm dərslik, həm də kütləvi oxu üçün hazırlanmalıdır ki, hər kəs bu kitabdan istifadə edə bilsin: “Bir tarixçi kimi bu məsələ məni ciddi düşündürür. Hələ sovet illərində slavyan xalqlarının ortaq tarixi təbliğ edilirdi. Biz bilirdik ki, hansı xalqlar bir-birilə qohumdur. Amma türk xalqlarını parçalamaq, bölmək istəyirdilər deyə. qan qardaşlarımızı, gen qohumlarımızı bizdən qoparırdılar. Türk tarixinə edilən qəsdlər bəlkə də heç bir xalqın tarixinə edilməyib. Sovet imperiyası öz saxta tarixlərini yaratmaq üçün ermənilərə imkan verdi, amma bizim əsl tariximizi yazmağımıza ciddi sədlər qoydu. Hətta bizi öz türk kökümüzdən uzaqlaşdırmağa cəhdlər edildi. Şükür, bu gün Azərbaycan müstəqildir və öz qan qardaşları ilə yenidən qaynayıb-qarışıb, əlaqələr yaradıb, müştərək elmi tədqiqat işləri aparır, ortaq tariximizi araşdırırlar. Mən ortaq türk tarixinin yazılmasını alqışlayıram. Bu olduqca dəyərli bir iş olardı. Anadolu türkləri ilə də, digər türk xalqları ilə də bizim qırılmaz bağlarımız var. Biz zamanında ortaq tarix yaratmışıq. Bu tarixə yenidən qayıtmalıyıq. Bildiyim qədər, artıq Türkiyənin müvafiq elmi institutları Akademiyanın Tarix İnstitutu ilə ortaq türk tarixinin yaradılması ilə bağlı işlər görməyə başlayıb. Bu müsbət haldır. Çox arzu edərdim ki, bu kitab nəşr edildikdən sonra başqa dillərə də çevrilsin, qoy düşmənlərimiz görsün ki, türkü türkdən ayırmaq olmaz. Ortaq tariximizdə elə qürurverici məqamlar, hadisələr var ki, gənc nəsil onlarla qürur duymalıdır. Ortaq türk tarixi kitabının hazırlanması türk dünyası üçün böyük töhfə olardı. İnanıram ki, bu nəşr qısa bir vaxtda türk xalqlarına təqdim eiləcək”.

H.Məhərrəmova qeyd etdi ki, Türkiyə və Azərbaycan, eləcə də Azərbaycanla digər türk respublikalarının qırılmaz əlaqələrə malik olması düşmənlərimizi ciddi narahat edir. Tarixçi bildirdi ki, bu nəşr dünyada türk dünyasına qarşı formalaşdırılan fikirlərin də alt-üst olmasına səbəb olacaq: “Biz öz ortaq tariximizi araşdırıb yazırıqsa, bu bizim ulularımızın vəsiyyətinə əməl etməyimiz deməkdir. Bütün türk sultanları, şahları, fatehləri türk dünyasını vahid ideologiya, vahid əməl ətrafında görmək istəyib”. 

Tarixçi alim Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında ortaq türk tarixi kitabının hazırlanmasının vacib olduğunu bildirdi: “Türk xalqlarının ortaq tarixinin olmasının vacibliyini mən də dəfələrlə elmi məqalələrdə, müsahibələrimdə və son kitabımda detallı şəkildə vurğulamışam. Bu ona görə lazımdır ki, bütün türk xalqları vahid ideya ətrafında birləşsin. Yəni türk xalqları, özəlliklə 7 müstəqil türk dövləti tarixlərinə eyni gözlə baxar və düşünərlərsə, o zaman onların türk birliyi ətrafında birləşmələri daha gerçəkçi və məntiqə uyğun olacaq. Digər tərəfdən, ortaq türk tarixinin olması türk xalqları arasında keçmişə söykənən bir çox narazlıq, hətta düşmənçilik hisslərini də ortadan qaldırmış olacaq. Ona görə də ortaq türk tarixinin yazılması və orta məktəblərdə tədris olunması olduqca vacibdir. Burada mütləq deməliyik ki, Azərbaycan Cumhuriyyəti dövründə (1918-1920) bu yöndə ilk addımlar atılıb, ortaq tarix və ortaq türk dili ilə bağlı işlər görülüb. Bizlər atalarımızın bu yolunu davam etdirməliyik”.

F.Ələkbərli qeyd etdi ki, ortaq türk tarixinin yazılması üçün yalnız bir əngəl var. Bu əngəlin antitürk əhval-ruhiyyənin aradan qaldırılması ilə bağlı olduğunu deyən alim bildirdi ki, ortaq türk tarixinin yazılmaması üçün mücadilə verən qüvvələr yalnız türk dövlətlərinin xaricində deyil, həm də onların daxilindədir: “Açıq şəklildə deməliyik ki, antitürk qüvvələr Azərbaycanda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda və digər türk dövlətlərinin daxilində ortaq türk tarixinin yazılmaması üçün əllərindən gələni edirlər. Yalnız Qazaxıstanda ortaq türk tarixinin yazılması məsələsində dövlət səviyyəsində ciddi dəstək və istək hiss olunur. Azərbaycanda və Türkiyədə isə ortaq türk tarixinin yazılmasına əngəl olmaq istəyənlər hələ də var. Üstəlik, onlar türk tarixini daha çox saxtalaşdırmaqla türk cəmiyyətlərinə sırımaq istəyirlər. Ancaq son zamanlar Azərbaycanda ortaq türk tarixinin yazılması istəyinin artmasını da qeyd etmək lazımdır. Bu təqdirəlayiqdir”.

Tarixçi alimin sözlərinə görə, ortaq türk tarixinin yazılması məsələsi Qərb və rus-sovet tarix metodologiyasından uzaq olan milli ruhlu tarixçilərimizə həvalə edilməlidir: “Başqa sözlə, ortaq türk tarixinin yazılması üçün potensialımız var, ancaq bu potensial doğru dəyərləndirilməli və yönləndirilməlidir. Əgər ortaq türk tarixini Qərb və rus tarixçiliyinə istinadən yazsaq, o zaman bu türk tarixi heç bir işimizə yaramayacaq. Türk tarixini yarzarkən bir neçə vacib amil nəzərə alınmalıdır:

1) Altay nəzəriyyəsindən imtina edilməlidir. Yəni türklərin Azərbaycana və Anadoluya gəlmə xalq olması uydurmasına birdəfəlik son verilməlidir.

2) Ortaq türk tarixi qarşılıqlı ittihamlar şəklində, özəlliklə şiə-sünni kontekstində yazılmamalıdır.

3) Ortaq türk tarixində ayrı-ayrı türk xalqlarının ortaq dövlətçilik modelinə üstünlük verilməlidir.

4) Ortaq türk tarixi türk birliyi ideyasına hədəflənməli, köklənməlidir.

5) Ortaq türk tarixi türk dövlətlərində məcburi şəkildə tədris edilməlidir. 1-ci sinifdən başlayaraq…

Bir sözlə, ortaq türk tarixini yazmağa da, onu təbliğ etməyə də potensialımız var”.

Ortaq türk tarixinin yazılması, əlbəttə, türk xalqlarının ortaq tarixi dəyərlərinə sahib çıxmaq deməkdir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ