Bazar günü günü, 15 noyabr 2026
     

Şərqi və qərbi türk dünyasının ortaq tarixi dövrlərinə Bakıdan alim baxışları...

Image


Ənvər Çingizoğlu: “Hesab edirəm ki, türk xalqlarının öz tarixinə, tarixi birliyinə bu cür nəzər salması, onu yeni kontekstdə öyrənməsi böyük nəticələr verəcək”

Akif Aşırlı: ”Belə bir məqamda bu cür böyük tarixi konfransın keçirilməsi çox müsbət haldır”

 

Ortaq türk tarixinə yeni baxış sistemi formalaşmaqdadır. Türk xalqlarının min illər əvvələ qayıdıb öz ortaq tarixlərinə sahib çıxması, onu dərindən, ətraflı araşdırması, təbliğ etməsi hazırda vacib məsələlərdən biri kimi gündəmdədir. Məlum olduğu kimi, sentyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Şərqi və qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Sentyabrın 14-də başa çatacaq beynəlxalq konfransda şərqi və qərbi türk dünyasının ortaq tarixi problemlərinə dair aparılan elmi tədqiqatların nəticələri müzakirə edilir və fikir mübadiləsi aparılır. Konfransda bildirilib ki, məqsəd türk dünyasının ortaq tarixi dəyərləri ilə bağlı araşdırmaların genişləndirilməsinə, bu sahədə çalışan alimlərin bilik və təcrübələrinin bölüşdürülməsinə imkan verə biləcək akademik bir platforma yaratmaqdır.

Xatırladaq ki, konfrans “INOCTE 2017 – “Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqresi çərçivəsində AMEA, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Xəzər Universiteti, Türkiyə Səlcuq Universiteti, Sütçü İmam Universiteti və Türk Tarix Qurumu tərəfindən təşkil olunub.

Tədbirin açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, beynəlxalq konfransın tarixi əhəmiyyəti böyükdür: “Konfransın təşkilində məqsəd bu tədbir vasitəsilə türk xalqlarının ortaq tarixi dövrlərinin araşdırılması ilə bağlı aparılan tədqiqat işlərini daha da genişləndirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini daha da təkmilləşdirməkdən ibarətdir”.

Qeyd edək ki, türk xalqlarının müxtəlif dövrlərdə yaşadığı tarixi-siyasi hadisələrdən danışan AMEA-nın vitse-prezidenti bu hadisələrin səbəb olduğu sosial-iqtisadi dəyişikliklərdən, yeni formalaşan etnik-mədəni dəyərlərdən, bunların xalq və dövlətlərin inkişafında rolundan bəhs edib. O, türkoloji məsələlərlə bağlı AMEA-da bir sıra tədbirlərin keçirildiyini söyləyərək, bugünkü konfransın elmi əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Konfransın baş koordinatoru, professor Alaattin Aköz Şərqi və Qərbi türk dünyasına dair elmi tədqiqatların hazırkı vəziyyətindən danışıb. O, qədim türk yazılı mənbələrinin yenidən tədqiqi, ortaq dəyərlərin qorunub saxlanması və digər məsələlərdən söz açıb.

 “Şərqi və qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransın əhəmiyyətini vurğulayan Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Ar­xeo­lo­gi­ya və Et­noq­ra­fi­ya İns­ti­tu­tu­nun dok­to­ran­tı, jur­na­list-et­noq­raf Ən­vər Çin­gi­zoğ­lu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, türk xalqlarının ortaq tarixinin, mədəniyyətinin dərindən öyrənilməsi, təbliğ edilməsi vacibdir. Sözügedən konfransın məhz bu kimi məsələyə həsr edildiyini deyən Ə.Çingizoğlu hesab edir ki, Anadolu türkləri və digər türk xalqları ilə aramızda qırılmaz tarixi bağlar mövcuddur. Bu bağların ortaq türk tarixinin birgə öyrənilməsinə böyük şərait yaratdığını deyən Ə.Çingizoğlunun sözlərinə görə, belə mötəbər bir beynəlxaql elmi tədbirin paytaxtımızda keçirilməsi də olduqca vacibdir: “Mən türk xalqlarının tarixini, etnoqrafiyasını, folklorunu öyrənən bir tədqiqatçı jurnalist kimi belə bir konfransın Bakıda keçirilməsini yükəsk dəyərləndirirəm. Hesab edirəm ki, türk xalqlarının öz tarixinə, tarixi birliyinə bu cür nəzər salması, onu yeni kontekstdə öyrənməsi böyük nəticələr verəcək. Bu gün türk xalqlarının, demək olar ki, əksəriyyəti müstəqil dövlətə sahibdir və bu da çox müsbət haldır. Bu da o deməkdir ki, türk xalqları öz tarixinə daha yüksək səviyyədə yanaşacaq. Minillər əvvəl hamımız bir ocaq başında olmuşuq. Buna ana kitabələrimizdən olan “Orxon” yazılı abidələri də bir nümunədir. “Orxon” yazılarında işlədilən dil türk dili və türk xalqları tarixinin qədimliyindən xəbər verir. Bu gün türk xalqları öz ortaq tarixini yarada bilərlər. Düşnürəm ki, bu beynəlxalq konfransdan sonra bu məsələ reallaşacaq. Bilirsiniz ki, son zamanlar Türkiyə və Azərbaycanın ortaq tarix dərsliyinin yaradılması məsələsi meydana çıxıb. Bu tarix yazılsaydı, çox yaxşı olardı. Çünki öz tariximizi öyrənmək baxımından, bir-birimizə kökən nə qədər bağlı olmağımız nöqteyi-nəzərindən bu dərsliyin əhəmiyyəti danılmazdır. Deyim ki, ortaq türk tarixində türk xalqlarının qədim, orta əsr dövr tarixinə, eləcə də bütün tarixinə yeni, bütün türk dünyası üçün qəbul edilən bir baxış hazırlanmalıdır”.

“Şərq” qəzetinin baş redaktoru, tədqiqatçı Akif Aşırlı da bizimlə söhbətində  “Şərqi və qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransın böyük nəticələr verəcəyinə əmin olduğunu bildirdi: “Belə bir konfransın Azərbaycanda keçirilməsinin çox böyük əhəmiyyəti var. Bu baxımdan ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ortaq türk tarixinin, ortaq türk mədəniyyətinin problemləri, ortaq türk ədəbi dilinin formalaşması ilə bağlı ideyalarla çıxış edib. Bununla bağlı xeyli işlər görülüb. Alimlərin müxtəlif xarici elmi dərgilərdə çıxışlarının əsas tezislərindən biri də bu məsələdir. Hesab edirəm ki, Azərbaycan və Türkiyənin türk alimlərinin iştirakı ilə belə bir tədbir keçirilməsi və orada yüzlərlə alimin məruzələrinin planlaşdırılması çox müsbət haldır. Həmişə kənar, xarici qüvvələr türk dünyasının birliyini istəməyib, bu birliyi sarsıtmağa çalışıblar. Bu birliyin gücünü dərk edərək bu birliyə qarşı hətta tarixdən istifadə edirlər. Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək üçün xarici qüvvələr Səfəvi və Osmanlı qarşıdurmalarını gündəmə gətirməyə çalışırlar. Hətta dini məzhəb nöqteyi-nəzərindən də problemlər yaratmaq istəyənlər tapılır. Bəzi qüvvələr çox yaxşı anlayırlar ki, həm mənəvi, həm dövləti güc, həm də intellektuallıq baxımından Türkiyə və Azərbaycanın bir yerdə olması onlar üçün əngəl törədir.  Belə bir məqamda bu cür böyük tarixi konfransın keçirilməsi   çox müsbət haldır. Düşünürəm ki, Azərbaycan-Türkiyə alimlərinin ortaq tarixi faktoloji materialları daha çoxdur. Bura həm türk etnosunun formalaşması, türk dövlətçiliyinin təşəkkülü, inkişafı və həm də vahid qüvvə olaraq bölgədə nüfuz qazanması və s. daxildir. İnanıram ki, konfransda çıxış edən alimlər bir sıra məsələləri gündəmə gətirəcəklər”.

A.Aşırlı qeyd etdi ki, “Şərqi və qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda beynəlxalq konfransın 15 sentyabr ərəfəsində keçirilməsinin böyük tarixi əhəmiyyəti var: “Türk dünyasının kiçik “NATO”su şəklində formalaşmış Qafqaz İslam Ordusu  15 sentyabr tarixində 18 min erməni-bolşevik birləşməsinin müqavimətini qırıb Bakını işğaldan azad etmişdi. Konfransın bu ərəfədə keçirilməsinin özü də əlamətdar tarixi hadisədir. İnanıram ki, bu konfransda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və s. respublikaların alimlərinin də iştirakı təmin olunub. Çünki Qazaxıstanın özündə də bu sahədə xeyli işlər görülüb. Bu yaxınlarda Qazaxıstanda keçirilən beynəlxalq tədbirdə də müşahidə etdik. Bu gün orada türkçülüyün araşdırılması üçün böyük işlərə başlanıb. Burada həm arxeoloji tədqiqatlar aparılır, həm də türk etnosunun tarixi, mədəniyyəti ilə bağlı işlər görülür. Bu baxımdan, düşünürəm ki, Özbəkistan, Qırğızıstan, Qazaxıstan alimlərinin də bu işə çox böyük faydası olacaq. Bilirsiniz, ortaq türk ədəbiyyatı antalogiyası çap olunub, amma ortaq türk tarixi antalogiyası yazılmayıb, yoxdur. Hesab edirəm ki, bu konfransların keçirilməsi bir sıra problemlərin həllinə doğru atılan çox ciddi addımlardan biri ola bilər. Yəni ortaq türk tarixi yazılmalıdır. Ortaq türk tarixinin yazılması prosesini həyata keçirməyə qadir olan kifayət qədər elmi-intellektual qüvvələr var.   Məsələn, Qazaxıstanda Beynəlxalq Türk Akademiyası var. Bu qurum kifayət qədər sanballı işlər görür. Azərbaycanda Akademiyanın Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu fəaliyyət göstərir. Özbəkistanda da bu sahədə işlər aparılır. Bu yaxınlarda bir özbək alimi ermənilərin Orta Asiyada törətdiyi qırğınlar haqqında yazmışdı. Tariximizdə baş verən hadisələri, faktları birləşdirmək lazımdır. Ümumiyyətlə, ortaq türk tarixinin yazılmasına çox ciddi ehtiyac var”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ