Bazar günü günü, 15 noyabr 2026
     

Azər oğlu İbrahim

Image


İnsanlar hələ qədim çağlardan ətrafında gördüyü varlığa maraq göstərib, yaşamına təsir edən hadisələrin yaranma səbəbini anlamağa çalışıb, xeyir və ya ziyan verən hadisələrə təsir etmə yollarını axtarıblar.

Dünyanın hansı guşəsində olursa olsun, onu və yanındakıları qoynunda yaşadan təbiətin müəyyən bir qüvvə tərəfindən idarə olunduğunu dərk edən insan şüuraltı qorunma instiktilə firavan yaşamağa yardım edən və dərd-bəladan qurtara bilən ibadətgahlar yaradıb. Çünki qədim insanlar hər şeyin bir sahibi, idarə edəni, bir sözlə, hər bir varlığın yiyəsi olduğuna inanırdılar. Onlar daşın, suyun, meşənin, ildırımın, quşun yiyəsi ilə təmas qura bilən kahinlərə, xüsusilə dastanlarımızda “ağzı dualı” deyilən mediumlara da hörmətlə yanaşıblar. Qədim insanlar yiyələrin də bir yaradıcısı ola biləcəyi qənaətinə varıb, bütün varlığı və onların yiyələrini yaradanı Tanrı adlandırıblar. Beləcə, tanrıçılıq inamına ibadət edənlərdə Tək Tanrıçılıq inancı ortaya çıxıb.

Tək Tanrıya ibadət etməyi təbliğ edən səmavi din zaman keçdikcə daha geniş sahəyə yayılaraq bir çox xalqın inancına çevrilib. Səmavi din dedikdə ayrı-ayrı zamanlarda səmadan mələklər vasitəsilə peyğəmbərlərə çatdırılan Tanrı deyimlərinə ibadət edilən din nəzərdə tutulur. Tək Tanrı dininə ibadət edən insanlar sonralar parçalanıb uydurduqları hansı dinə girsələr də, yeni inancları içində qədim tanrıçılıq dininin əsas xüsusiyyətlərini yaşatmağa davam ediblər.

Bu gün Tək Tanrıçılığı özündə ehtiva edən mədəniyyətlərin vahid bir məcraya yönəldilməsinə çox böyük mənəvi ehtiyac var. Bu, insanlığın psixologiyasında yeni bir mərhələnin – qardaşlığın başlanğıcı olar. Bu formalaşma yer üzünün, insanlığın ayaqda qalmasına yardım edər. Hesab edirik ki, bu gün dünyada təbii fəlakətlərin və  qırğınların baş verməsinin başlıca səbəbi insanlığın Tək Tanrıçılıq dini-mənəvi dəyərlərinə qulluq etməməsindədir...

Tarixi şüur tarixi dövrlərin, zamanların, daha döğrusu, keçmişlə indinin, indi ilə gələcəyin əlaqəsini ehtiva edir. Tarixi şüurda elə müxtəlif formalar əhatə edilir ki, insan bu formalarda keçmişini və gələcəyini dərk edir. Ona görə də insanlıq qeyri-adi düşüncələrə sahib elm adamlarının düşüncə və təkliflərini layiqincə dəyərləndirməli, keçmişinə laqeyd olmamalıdır. Çünki “keçmişinə güllə atsan, gələcək səni topa tutar”.

İslam mənbələrində Hz.İbrahimin atası Azərin aranlı (haranlı) olduğu göstərilir. O zamanlar aranda quraqlıq olduğuna görə o, ailəsi ilə birlikdə Babil hökmdarı Nəmrudun yaşadığı şəhərə köçür.

Bir gün Babil hökmdarı Nəmrud tez-tez müşavirə etdiyi münəccimlərini qəbul etdikdə onları bikef görür və:

– Sizə nə olub, niyə bikefsiniz? – deyə soruşur.

– Sultanım, bizi bağışlayın, ulduzlardan əldə etdiyimiz məlumat o qədər də xoş deyil. Bu il doğulacaq uşaqlar arasından biri sizin dininizi tərk edəcək və bütləri sındıracaq.

– Siz nə dediyinizi bilirsinizmi?

– Hələ deyəcəyimiz bununla da bitmir, amma söyləməyə dilimiz gəlmir.

– Demək o uşağın görəcəyi pis işlər bununla da bitmir eləmi? Söyləyin görək.

– Üzülərək deyirik ki, iş sizin ölümünüzə uzanır.

Nəmrud titrək səslə:

– Siz bundan əminsinizmi? Yanlış xəbər vermiş olmayasınız, yoxsa...

Bu ifadə təhdid yüklü idi, “Yanlış bir xəbərlə qarşıma çıxmışsınızsa, vay halınıza” deməkdi. Görüş burada bitir.

Sabahısı gün küçələrdə səslənən elanlar üzlərdə qorxu izləri buraxır: “Bugündən etibarən doğulacaq oğlan uşaqları sultanımızın əmrilə öldürüləcək. Qarşı çıxan və ya uşaqlarını gizləyənlər edam ediləcək.” Bu elandan sonra küçələrdə nəzarətçilər gecə-gündüz dolaşmağa başlayir. Doğum sancısı çəkən qadınların fəryadlarını eşitdikdə evlərə girir, ilk nəfəsini almaqda olan oğlan uşaqlarını elə oradaca öldürürlər.

Bu acı səhnələr məzlum anaların ciyərini dağlayır. Gücləri isə, sadəcə göz yaşlarına yetir. Əlləri-qolları bağlı insanlar övlad acısıyla kədərlənir, bəd dualar edirlər.

Babil şəhərinin tanınan bütçüsü Azərin xanımı da hamilə idi. O da uşaq gözləyirdi. Ancaq doğulacaq uşağın erkək ola bilməsi qorxusu onları da vahiməyə salır. Amma bu qadının hamilə olduğu görünüşdə heç bilinmirdi. Hətta özləri də hiss etmirdilər. Və bir gecə qadın doğacağını hiss etdikdə evini tərk edir. Küçələrdə gəzən uşaq cəlladları onun hamilə olduğunu fərq etmir. Qadın evlərindən çox uzaqda olmayan bir mağaraya girdi və orada uşağını dünyaya gətirir. Gəldiyinə peşman deyildi. Çünki doğulan uşaq oğlan uşağı idi. Aylar boyu sürən hamiləlik zamanında hiss etmədiyi sıxıntıları uşağı doğarkən də hiss etmir. Tək başına, kimsənin yardımına ehtiyac duymadan doğduğu körpəsini bükərək əmizdirib mağaranın bir küncünə qoyur. Gücü çatdıqca mağaranın girişini bağlamağa çalışır. İçini gəmirən min cür qorxu içində oradan ayrılır.

Azər xanımının dönməsini həyacanla gözləyir və dərhal vəziyyəti sorur, qadın isə “ölü doğduğunu” deyərəkməsələni müvəqqəti olaraq qapadır.

O gündən sonra Azərin xanımının gündə bir dəfə də olsa evdən çıxması, mağaranın olduğu yerə gedib-gəlməsi kimsənin nəzərini cəlb etmir. Yəqin ki, Uca Yaradan hələ çox kiçik olan sevimli elçisini qorumaq üçün insanların zehnini belə düşüncələrə dalmağa buraxmırdı. Adı anası tərəfindən İbrahim qoyulan bu uşaq bambaşqa bir yaradılışda idi. O, bir gündə bir aylıq məsafə qət etmiş kimiydi. Bir həftəsi tamam olanda sanki yeddi aylıq bir uşaq olmuşdu. Tez-tez barmağını ağzına alır və əmirdi, bu əmmək onu doyururdu. Artıq ananın nəfəsi genişlənmiş, könlünə rahatlıq gəlmiş, uşağının mənəvi qüvvələr tərəfindən qorunduğunu anlamışdı. Bu uşaq daş və torpaqdan ibarət olan mağarada ağlayıb-sızlamadan anasını gözləyir, bəzən barmağını ağzına alır, Uca Yaradanın bir ikramı olaraq qarnını doyururdu.

Çox sürətlə böyümüşdü. O ildə doğulan bir uşaq olduğunu anlamaq mümkün deyildi. Artıq onu mağaradan çıxarmaq olardı. Ana bir gün Azəri qarşısına oturdub, olub-keçən hər şeyi bir-bir anladır. Uşağın təzə doğulan olduğunun hiss olunmadığını da deyir. Azər çaşıb qalmışdı. Bir oğlu olduğuna sevinirdi, amma başına bəla gələcəyi qorxusu ürəyini titrədirdi. Nəhayət o, oğlu İbrahimi mağaradan çıxarır. Mağara həyatından başqa heç bir şey bilməyən İbrahim gördüyü əşyanı və heyvanları soruşur, adlarını öyrənirdi. Azər onun suallarına cavab verir, bu qoyundur, bu dəvədir, bu toyuqdur... deyirdi. Evə yaxınlaşdıqda Azər bu uşaqdan heç gözləmədiyi bu sözlərdən diksinir: “Bunların mütləq bir yaradanı vardır”...

Bax, belə başladı Hz.İbrahimin ev həyatı. Bundan sonra o, büt düzəldən bir atanın övladı olaraq ortaya çıxacaq, o evin havasını alacaq, lakin o evin, o atanın tərbiyəsi ona təsir etməyəcəkdi...

Yəhudilərlə xristianlar öz aralarında mübahisə edirdilər. Yəhudilər Hz.İbrahimin yəhudi, xristianlar isə xristian olduğunu iddia edirdi. Hər iki tərəf də iddialarını sübut etmək üçün dəlillər gətirməyə çalışırdı. Halbuki, Uca Yaradan Müqəddəs Kitabımız Qurani-Kərimin Ali İmran surəsinin 65 və 67-ci ayələrində bu mövzuya açıqlıq gətirir:“Ey Kitab əhli! Nə üçün İbrahim barəsində çəkişirsiniz? Tövrat da, İncil də ondan sonra endirildi. Bunudamı anlamırsınız?” “İbrahim nə yəhudi, nə də xristian idi. O, hənif bir müsəlman idi, müşriklərdən deyildi.” Yəni yuxarıdakı  ayələrdə də bildirildiyi kimi, Hz.İbrahim nə yəhudi, nə də xristian ola bilərdi, çünki Tövrat da, İncil də ondan sonra nazil olub, hər iki din Hz.İbrahimdən sonra ortaya çıxıb.

Hz.İbrahim Tək Tanrıya ibadət edən bir hənif idi. Tanrı evi Kəbəni ucaldan, həcc ziyarətini ortaya qoyan bir müsəlman idi. Bu səbəbdən İslam mənbələri onu “Tanrının dostu” (Xəlilullah) şərəfinə yüksəldiblər. Bütün insanlar, hansı dinə mənsub olmalarına baxmayaraq, Hz.İbrahimin Hebrondakı məzarını birlikdə ziyarət edirlər. Yəni Tək Tanrıçılığı qəbul edirlər. Bu da bir həqiqətdir ki, bütün peyğəmbərlər Uca Yaradanın bir olduğunu təbliğ edib. Heç şübhəsiz, bir Yaradanın bir dini olar. Halbuki, bu gün dünyada sitayiş edilən dinləri saymaqla bitməz.

Hz.İbrahimin Azərbaycanla əlaqəsi haqqında müəyyən fikir irəli sürmək üçün əvvəl Oğuznamələrdə, türklərin mifologiyasında, qədim dil sənədləri və soy şəcərəsində, o cümlədən Hz.İbrahimin atası Azərin adında və İbrahimoğullarında həmin əlaqəyə işıq tutan faktlardan bir qismini nəzərdən keçirək.

Oğuznamə müxtəlif variantlarda qələmə alınsa da, bəzi ümumi məqamları fərqlənmir və bu məqamlarda Oğuz xanla Hz.İbrahim arasında paralellik görünür. Belə ki, oğuz türklərinin patriarxı Oğuz xan obrazında Hz.İbrahimin cizgiləri var. Atası tərəfdən türklərlə bağlı olan Hz.İbrahim oğlanlarını türk ellərinə göndərdiyi kimi, Oğuz xan da həmin elləri bölüb oğlanlarına verir. Hz.İbrahim öz ölkəsindən çıxıb, yeni dini yaymaq üçün Şama köçür. Oğuz xan da Şamda olur, lakin o ora fateh kimi gəlir.

Hz.İbrahimin erkən yaşlarına aid bəzi əlamətlər Oğuz xanda təkrar olunur. Belə ki, hər ikisi illərlə deyil, günlərlə böyüyüb yetkinlik yaşına çatır və hər ikisi öz cəmiyyətinin dini inancını rədd edib Tək Tanrı inamına tapınır. Bu hadisədən ilk xəbər tutan onların anası olur. Hər ikisi bir dinin yolunda öz ataları ilə mübarizə edir: Oğuz Qaraxanı öldürür, Hz.İbrahim də nə qədər çalışırsa, atasını Tək Tanrı inancına döndərə bilmir, Azər bütpərəst olaraq ölür. Bu kontekstdə Hz.İbrahimlə Oğuz xan arasındakı oxşar cəhətlər, hər iki patriarxın öz cəmiyyəti arasında Tək Tanrı inancına ilk tapınan hənif olmaları, hər ikisinin də Şam şəhərinə təxminən m.ə.XVIII əsrdə (Oğuz zamanında) getməsi kimi məsələlər biri digərini təkrar edir.

Gəlin əsas mövzuya keçək, yəni Müqəddəs Kitabımız Qurani-Kərimin Ənam surəsinin 74-cü ayəsində ifadə edilən Azər adına. Öz-özümüzə sual verib cavablandıraq: Siz necə bilirsiniz, bu ad kimə, hansı millətə aiddir? Bu ki aksiomadır, bu ad ancaq və ancaq Azəri türkünə aiddir. Yaxşı, bəs aran bölgəsi kimə, hansı millətə aid bir bölgədir?  Bu da aydındır, yəni aran bölgəsi Azərbaycan bölgəsidir, yəni Azəri türkünə aiddir, doğrudur, Türkiyənin cənub bölgəsinin az bir sahəsi də aran adlanır. Ancaq dünyanın harasına getsəniz və Azər isminin kimə, hansı millətə aid olduğunu sorsanız, Azər isminin ancaq və ancaq bizim millətə aid olduğunu eşidərsiniz, deyilmi? Qəbul edirsinizmi? Siz gəlin indi məni dinləyin və ciddi-ciddi fikirləşin. Siz ki Uca Yaradanın buyruqlarına tam əməl edirsiniz və Müqəddəs dinimizə aid həqiqətləri dünya ictimaiyyətinə açıqlayırsınız, Uca Yaradanın Kəlamını təbliğ edirsiniz. Baxın, Uca Yaradan Ənam surəsinin 74-cü ayəsində: “Bir zaman Hz.İbrahim öz atası Azərə belə demişdi: “Doğrudanmı  sən  bütləri tanrılar olaraq qəbul edirsən? Mən səni və sənin camaatını apaçıq azmış görürəm.” Yəni Hz.İbrahimin atasının adı Azər olub, bu ad isə ancaq və ancaq bizə, yəni Azəri türkünə aiddir! Bu sizə nə deyir? Bəli, bəli Uca Yaradanın elçisi Hz.İbrahim əleyhissalam Azəri türkü olub! Yəni bizim millətin nümayəndəsi imiş. Mən bunu əminliklə iddia edir, Tanrı elçisini ehtiramla, göz yaşlarımla yad edirəm! Doğrudur, bəzi “elm adamları” və bəzi “ilahiyyatçılar” müxtəlif fikirlər irəli sürür. Amma İbrahim əleyhissalamın atasının adını Azər kimi verən Uca Yaradanın Kəlamı Müqəddəs Qurani-Kərimə kim qarşı çıxa bilər?

Sevimli Peyğəmbərimiz Hz.Məhəmməd əleyhissalamın babası, peyğəmbərlərin atası, Uca Yaradanın dostu Hz.İbrahimə bitməz-tükənməz salamlar olsun! 

Fazil QARAOĞLU
Professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ