Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İki kimsəsiz azərbaycanlı bacı təhsil üçün Ukrayna od-alovundan Azərbaycana necə qayıtdı?
Tarix: 07.05.2015 / 01:53
Bölmə: Sosial
Babamız Barat Əsgərovun sağlığında uşaq olduğumuzdan onun müharibə haqqında danışdıqlarını indi xatırlamırıq. Lakin hər dəfə babamızdan söz düşəndə Telman dayımız böyük fəxrlə atasından eşitdiyi epizodlardan, müharibədə əsgərlərimizin üzləşdikləri çətinliklərdən, onların heç bir ölçüyə gəlməyən rəşadətlərindən ağızdolusu danışır və hər dəfə də kövrəlir, sanki həmin günləri babamla birlikdə yaşayır.
O, qürurla babamızın şəkilləri olan albomu, təltiflərini, orden və medalları bizə göstərir. Bunların arasında I dərəcəli "Vətən müharibəsi ordeni", "Leninqradın qəhrəmancasına müdafiəsində iştirakına görə" , "1941-1945-ci illərin Böyük Vətən müharibəsində fədakar əməyinə görə ", "Döyüş xidmətinə görə", "1941-1945-ci illərin Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə"... medalları və digər mükafatlar var.
Telman Əsgərovun dediklərindən:
- Sovet Azərbaycanı SSRİ-nin tərkibində olaraq hələ 1939-cu ilin payızından müharibəyə cəlb olunmuşdu. Həmin vaxt Azərbaycanın da igid oğul və qızları Sovet-fin müharibəsinə getmişdilər. Onlar arasında atam Barat Əsgərov da var idi. 1941-ci ilin iyununda atam fin cəbhəsindən Vətənə dönərkən yolda almanların SSRİ-yə hücum xəbərini eşidir və könüllü olaraq yenidən ön cəbhəyə qayıdır.
O illərdə faşistlərlə döyüşlərdə rəşadət göstərmiş 193-cü diviziyanın 896-cı atıcı alayının əsgəri olan atam Qafqazdan Berlinə qədər uzun və şərəfli döyüş yolu keçmişdi. O, dəfələrlə ölümün pəncəsindən qurtulmuş, 2 dəfə ağır yaralanmış və müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıtmışdı. Atam sonralar tez-tez Böyük Vətən müharibəsi veteranı kimi yubiley tədbirlərinə dəvət olunurdu.Yaxşı yadımdadır, təhsil aldığım 62 nömrəli orta məktəbdə belə tədbirlərin birində atam növbəti dəfə müharibə ilə bağlı xatirələrini danışarkən dedi: "Əziz balalar, gördüyüm günləri heç birinizə arzulamıram. Arzu edirəm ki, sakit və mavi səma altında atalı-analı (O, valideynlərini 1 yaşında itirmişdi) böyüyüb Vətənə dəyərli övlad olasınız".
Mənim üçün həmişə əzəmət və vüqar rəmzi olan atamın bu məqamda necə kövrəldiyini heç zaman unuda bilmirəm. Bir dəfə anamdan atam həmişə müharibədən danışanda niyə kövrəlir,-deyə xəbər alanda o dedi ki, atan gördüyü faciələrin heç bir faizini belə dilinə gətirib danışa bilmir.
Dayımız babamızın döyüş yolundan hər dəfə söz açanda mütləq bu günümüzə də toxunur:
- Torpağa, Vətənə bağlılıq məhz belə fədakar insanlardan keçib bizə. Bu gün torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanan əsgərlərimiz də həmin od-alovun içindən mərdliklə, hünərlə çıxan igidlərin nəvələri, nəticələridir. Biz müharibə veteranlarını həmişə anmalı, xatırlamalıyıq. O kişilərin davamçıları kimi gənclərimizə nümunə göstərməliyik. Doğma torpaqlarımızın müdafiəsinə qalxan hər bir əsgər bilməlidir ki, bu müqəddəs yolda zəhmət çəkənlər, canını belə fəda etməkdən çəkinməyənlər heç vaxt unudulmur.
Biz bacıların birgə təhsil aldığımız Bakı Dövlət Universitetində də faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə bir sıra tədbirlər həyata keçirilir. Təbii ki, bu da gənclərdə vətənpərvərlik hissinin daha da artmasına, ictimai amalın formalaşmasına kömək edir.
Babamız, sanki biz bacıların başına gələnləri öncədən duyub bu ifadələri işlətmişdi: "Həyat çox qəribədir!" Biz onun rastlaşdığı faciələrlə hələ dinc dövrdə üzləşdik. Körpə ikən baba-nənəmizi, sonra çox erkən yaşda valideynlərimizi itirdik. Uşaqlıq illərimiz isə Qarabağ müharibəsinə təsadüf etdi.
Biz əvvəllər də müharibə mövzusunda çəkilmiş filmlərə çox baxmış, bu mövzuda yazılmış bədii əsərləri mütaliə etmişik. Müharibənin törətdiyi faciələrin, qiyabi olsa da, şahidi olmuşduq. Lakin heç vaxt ağlımıza gəlməzdi ki, əsl müharibənin nə olduğunu məhz gözlərimizlə görəcəyik. Biz döyüş bölgələrində yaşamasaq da, onun ağrı-acısını yaxından duyduq...
Orta məktəbi bitirdikdən sonra tale bizi Ukraynanın Luqansk şəhərinə aparıb çıxardı. Burada üç il tələbəlik həyatı yaşadıq. Bu ölkədə siyasi durum gündən-günə gərginləşirdi və bildiyimiz kimi, sonda münaqişə müharibə ilə nəticələndi. Luqanskda müharibənin başlanması hər şeyi alt-üst etdi, təhsilimizi yarımçıq qoydu və təcili Bakıya qayıtmalı olduq. Son qərar artıq verilmişdi.
Qeyd etmək istəyirik ki, ulu Tanrı həmişə bizi xeyirxah insanlarla qarşılaşdırıb. Ata-ana qayğısının şirinliyini dadmasaq da daim dövlət himayəsini ,əzizlərimizin yoxluğunu bizə unutdurmağa çalışan insanların xoş münasibətini hiss etmişik. Ukraynadan qayıtdıqdan sonra Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və Milli Məclisin deputatı, BDU-nun rektoru, akademik Abel Məhərrəmova müraciətimiz cavabsız qalmadı. Biz artıq Bakı Dövlət Universitetinin tələbələriyik və ömrümüzün axırına kimi minnətdar olacağımız insanlara dərin ehtiramımızı bildiririk.
Telman dayı bizi tez-tez babamızın qəbrini ziyarətə aparır. Qələbə bayramı ərəfəsində onun ruhunu yad etmək üçün yenə buradayıq. Axı o təkcə baba olmayıb, həm də bu qələbənin qazanılmasında payı olanlardandır. Əlimizdə gül-çiçək dəstəsi sükuta dalıb babamızla yanaşı uyuyan nənəmizin soyuq məzarını qürur və ehtiram hissləri ilə sükut içərisində seyr edirik. Birdən Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, dayımız oğlu Muradın pıçıltı ilə söylədiyi misralar bizi sanki ayıldır:
Bir ömrün qəm karvanı mənzilə çatıb burda,
Durun, rəhmət oxuyun, bir baba yatıb burda!
Od- alovlar içindən, çıxmış bir igid yatır.
Məna dolu gözüylə, soyuq daşlardan baxır.
Sənin bayramındı bu, doqquzu may, babacan.
Sizlər bir mayaksınız bizlərə, ay babacan.
Evə dönəndə qəlbimizdən yalnız bu fikirlər keçirdi: Biz də çalışmalıyıq ki, babamız kimi şərəfli bir ömür yaşayaq.Bir arzumuz da var: Qarabağ torpaqları erməni qəsbkarlarından azad edilsin və bu Qələbə münasibətilə ziyarətinə gələndə "Bayramın mübarək, Barat baba" deyək.
Fatmaxanım və
Hilalə DADAŞOVALAR
BDU-nun tələbələri
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ