Dərsliklərdəki bəzi mövzuların yenidən işlənməsini zəruri sayan Y.Mahmudov Trend-ə bildirib ki, tarix dərsliklərində Azərbaycan tarixi ilə bağlı məlumatlar lazımınca işıqlandırılıb. Amma dərsliklərdə başqa ölkələrin tarixi olduğu kimi təqdim edilməyib: "Biz Çar Rusiyasının, ABŞ-ın, Fransanın siyasəti ilə bağlı məsələlərə yenidən baxmalıyıq. Yəni Azərbaycana basqı mövqeyindən yazılmış materialları yenidən işləyərək dərsliklərdəki paraqrafları, fəsilləri dəyişib yeni şəkildə təqdim etməliyik. Çünki o ölkələrin əksəriyyəti Azərbaycana sərvət dalınca, buraya möhkəmlənməyə, işğal etməyə gəlib. Ölkələrin bu siyasətləri isə dərsliklərdə düzgün verilməyib”.