Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Liya Bayramovanın təyin olunduğu bildirilir.
A.Qədirli Trend-ə bildirib ki, o, 9 il çalışdığı vəzifəsindən öz ərizəsi ilə azad edilib. Səbəb isə onun başqa vəzifəyə keçirilməsidır: "Mən başqa vəzifəyə keçirilməyimlə əlaqədar vəzifəmdən azad olunmaq üçün ərizə yazmışam”.
A.Qədirli gələn həftədən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində yeni yaradılan ictimaiyyətlə əlaqələr şöbəsininin müdiri vəzifəsində çalışacağını deyib.