Bazar ertəsi günü, 09 noyabr 2026
     

Gender bərabərliyi - irəliləyişlər də çoxdur, problemlər də...

Image


Aparılan araşdırmalar göstərir ki, dünya boyu ciddi gender problemləri hələ də qalmaqdadır. Bu problemlər fiziki zorakılıqdan və maddi məhrumiyyətlərdən tutmuş məşğulluq və ya siyasi həyatda qeyri-bərabər imkanlara qədər geniş spektri əhatə edir. Eyni zamanda problemlər  əhatə dairəsi və forması baxımından ölkələr arasında dəyişir.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, indiki gedişlə dünyada hər üç qadından biri həyatı boyu zorakılığa məruz qalacaq. Gender bərabərsizliyi həm də iqtisadi həyatda tam iştirak etmək üçün qeyri-bərabər imkanlarda özünü göstərir. Gender bərabərsizliyinə mədəniyyət, dil və din kimi bir çox amillər təsir edir. Burada stereotiplər də rol oynayır. Ancaq başqa təhlükəli məqamlar da var. Məsələn, dünyada 6-17 yaş arası təxminən 132 milyon qız məktəbə getmir. Erkən nikahlar təhsil və özünütəsdiq üçün ciddi maneəyə çevrilir. Hər il milyonlarla yetkinlik yaşına çatmayan qız öz iradəsi əleyhinə ailə qurur. Azərbaycanın bu səviyyədə ciddi problemi yoxdur, amma belə hallar hələ tam aradan qalxmış deyil. Ölkədə qadınların ictimai-siyasi fəallığının artırılmasına yönəlmiş tədbirlər daimi xarakter daşıyır və mütəmadi olaraq həyata keçirilir. Azərbaycan qadını ictimai həyatın bütün sahələrində fəaldır, ictimai fikrin yaradılmasında və formalaşmasında iştirak edir. Lakin bu fonda ailə dəyərlərinin qorunmasına diqqətin artırılması ölkəmiz üçün də aktualdır. Məsələn, Azərbaycanda boşanmaların sayı artır, selektiv abortlar hələ də icra olunur. Bu arada qeyd edək ki, Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2022-ci il üzrə “Gender bərabərliyinin təminatları haqqında” hesabatını Milli Məclisə təqdim edib. Hesabatda deyilir ki, 2022-ci ildə Azərbaycanda 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfərdir. Bu, 2021-ci illə müqayisədə 361 nəfər çoxdur. Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb. Məlumata görə, 2022-ci ildə ölkədə doğulan 122,846 nəfərdən 64,940-ı oğlan, 57,906-sı qızdır. Cinslər arasındakı fərq 7,034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir. 2022-ci il ərzində qeydə alınan abortların sayı 31,747 təşkil edib, 2021-ci ildə bu rəqəm 46,877 olub. Komitə bildirir ki, 2022-ci ildə ölkədə 269 erkən evliliyin qarşısı alınıb. Sənəddə qeyd edilir ki, komitənin “Qadın Dəstək Xətti”nə müxtəlif problemlərlə bağlı 2,050 müraciət daxil olub. Bunların 676-sı ailədaxili münaqişə, 361-i məişət zorakılığı, 182-i boşanma prosesinə dəstək və digər sahələrlə bağlı olub. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova deyib ki, qız uşaqlarına münasibətdə mövcud ayrıseçkiliyin qarşısının alınması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması məsələsi narahatlıq yaradır: “Qadın və kişilərin bərabər iştirakçılığı, gender mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın, məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən layihələr, tədbirlər bir daha göstərir ki, ölkədə gender bərabərliyinin təmin edilməsi ildən-ilə yüksəlir. Lakin əlbəttə ki, qarşımızda dayanan vəzifələr var. Bizi narahat edən məsələlərlə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib”.

İnsan hüquqları sahəsində ixtisaslaşan vəkil Zibeydə Sadıqova “Amerikanın Səsi”nə bildirib ki, hesabatda qaldırılan problemlər reallığı əks etdirir: “Azərbaycan həqiqətən də beynəlxalq hesabatlarda selektiv abortlara görə birinci yerdədir. 100 qız, 112 oğlan. Bu onu sübut edir ki, qız cinsinə qarşı selektiv abort daha geniş yayılıb. Bunun səbəbləri ailədə qadınlara qarşı basqılar və həyat tərzidir”. O,  həddi-büluğa çatmayan qızlardan doğulan uşaqların sayının artmasının ürəkağrıdıcı olduğunu deyib: “Hətta 14-17 yaş arasında olan qızlardan da doğuş edənlər var. Bu, birincisi, təhsildə boşluqlarla bağlıdır. Məktəbdə uşaqlar bu məsələlərlə bağlı maarifləndirilmir. İkincisi isə erkən nikahlar geniş yayılıb. Nəticədə erkən doğuşların sayı artır. Bu hallarda zorakılıq halları da baş verir”. Vəkil hesab edir ki, yerli qurumlar bu halları dərhal araşdırıb, hüquqi qiymət verməlidir: “Əslində, həddi-büluğa çatmayan qızlarda doğuş halları olan kimi dərhal bu cinayət faktları araşdırılmalıdır”. Qadınların cinayət qurbanına çevrilməsi hallarının artmasına gəlincə, vəkil deyib ki, bu halda məişət zorakılığı məsələsi aktualdır: “Bu, həm də onunla bağlıdır ki, qadınlar ayrıseçkiliyə məruz qalırlar. Düzdür, “Məişət zorakılığılna qarşı mübarizə haqqında”, “Gender bərabərliyinin təmin edilməsi haqqında” qanunlar var. Amma bu qanunlar nə mükəmməl, nə də işlək deyil. Nəticədə qadınlara qarşı məişət zorakılığı cinayət kimi qeydə alınmır. Polisdə həll olunur. Yəni bu hallara ciddi yanaşmırlar. Həm də cəmiyyətdə “qadın şikayət edə bilməz”, “qadın polisə gedə bilməz” kimi təfəkkür var. Bu hallarda qadına qarşı basqılar olur. Şikayət edəndə isə araşdırma yox, barışdırma hərəkətləri başlayır. Nəticədə qadın yenidən zorakılıqlarla üzləşir və ya cinayət qurbanına çevrilir”. Sadıqova qadınlar arasında intihar hallarından danışarkən deyib ki, bu hallar əsasən sosial problemlərlə bağlı baş verir: “Bu, həm də qadının cinsinə görə baş verən pozuntularla bağlı olur. Məişət zorakılığı, ayrıseçkilik halları vaxtında araşdırılmayanda intiharlara yol açır”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ