Bazar ertəsi günü, 09 noyabr 2026
     

Puşkin muzeyində tarixə qarşı rəzalət - Urartunun ermənilərə nə dəxli...

Image


Rusiya və Ermənistanın aparıcı muzeyləri tərəfindən  Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində "Urartu krallığı. Qədim Ermənistan irsi. Uraştu – Harminuya – Armina” adlı sərgi təşkil olunub. Erməni mediasının yazdığına görə, sərgini sözügedən muzey keçirir, Rusiya və Ermənistan muzeyləri də ona dəstək verir.

Məlumatda qeyd edilir ki, Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi sərgiyə dəstək verdiyi üçün “Artis Futura” Fonduna, Asmik Çaxmaxçyana və Araksi Muşeqyana təşəkkür edir. Qeyd edək ki, “Artis Futura” Fondu dünyada “Ermənistan irsini” təbliğ edən bir təşkilatdır. İndi də Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində belə bir saxtakarlıq dolu sərginin təşkil edilməsində aktiv olub.

Bildirilir ki, sərgi “Qədim Ermənistan”ın “zəngin mədəniyyət tarixinə” həsr olunub və burada onun “incəsənətinin mənşəyi”nə – “Urartu dövlətinin irsinə” (e.ə. IX-VII əsrlər) xüsusi baxış təqdim edilir. Urartu dövləti ilə ermənilərin heç bir əlaqəsi olmadığı halda sərgidə Ermənistan  “qədim tayfalarının” (II-I minilliklər) Urartudan əvvəlki ənənəsindən tutmuş, Urartunun sonrakı dövrünə (VI-IV əsrlər) “qədim erməni incəsənətinin formalaşmasına”  qədər olan “eksponatlar” sərgilənir. Guya bunlar “qədim erməni mədəniyyəti”nə aid nümunələrdir (?) 

Vurğulanır ki, Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində “Erebuni” və “Teişebaini” qalalarından “tapılan” Urartu “incəsənəti və mədəniyyətinin zəngin”  kolleksiyası saxlanılır. “Sərgidə ilk dəfə olaraq Rusiya İmperiyası dövründə aparılmış qazıntılar zamanı aşkarlanan əşyalar, eləcə də 2010-cu illərdə aparılan qazıntılar zamanı erməni arxeoloqlarının tapdığı abidələr nümayiş etdirilir”-deyə vurğulanır.

Puşkin muzeyinin kolleksiyasının əsasını 1952-1978-ci illərdə Ermənistan SSR Elmlər Akademiyası və Puşkin Dövlət Təsviri İncəsənət Muzeyinin birgə ekspedisiyasının 1952-1978-ci illərdə “Erebuni şəhərinin” və “Urartian qalasının” “yerləşdiyi”  “Arın-Berd” təpəsində apardığı ekspedisiyanın tapıntıları təşkil edir. İddia edirlər ki, İrəvanın “ən qədim tarixi mərkəzi məhz Erebuni şəhəridir”. “Urartiya kralı I Argishti - e.ə. 782-ci ildə şəhərin təməlinin qoyulduğu tarix İrəvan tarixinin başlanğıc nöqtəsi hesab olunur”-kimi iddialarda da bulunurlar. Özlərinə aid olmayan dövlət və tarix barədə saxtakarcasına danışan ermənilər nədənsə bizim bölgədə yerləşməyən Urartunu gətirib düz Qafqaza çıxarır. Onlar Rusiya və bəzi Qərb tarixçi və şərqşünaslarının fitvası ilə Urartu irsinə iddia edirlər, halbuki, bu irsin onlarla heç bir bağlılığı yoxdur.

  • “Urartu irsinin ermənilərə aidiyyəti yoxdur”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin Puşkin adına muzeylə birgə təşkil etdiyi sərgi birbaşa saxtakarlığın təbliğinə xidmət edir. Q.Hacıyev qeyd etdi ki, “Erabini” məsələsini də, “Van çarlığı” uydurmasını da ermənilərin “tarixinə” Boris Borisoviç Piotrovski  gətirib və onun yazdıqlarının əvvəli də, sonu da saxtakarlıq, cəfəngiyatdır. “Ermənilər nə yazıblarsa əvvəli saxtadır, yerdə qalanı uydurma. Bu elə-belə söz deyil, bu özünü təsdiqləmiş bir fikirdir. Ermənilər tarixdə elə bir qədim mənbə  yoxdur ki, onu öz adlarına çıxmasınlar. Bu, Urartuya və başqa məsələlərə də aid edilir. Ermənilərin urartular haqqında yazdıqları hamısı cəfəngiyatdır. Bütün dünya tarixçiləri bu yazılanların saxta olduğunu bilirlər, amma bunu demirlər. Urartu haqda ermənilərin düzüb-qoşduqları saxtakarlığın mahiyyətində onların özlərini “qədim xalq” elan etmək məqsədi dayanır. İndiki Ermənistan  ərazisində Urartu irsinin “tapılması” gülməli görsənir. Bilirsiz ki, Urartu dövləti Şərqi Anadoluda mövcud olub, böyük və güclü dövlət kimi tarixdə qalıb. Urartu ermənilərlə bağlı deyil. Vətəni, yeri-yurdu, gerçək tarixi olmayan ermənilər Urartuya iddia etməklə özünə “qədim dövlət” icad edib. Mən bir məqamı deyim ki, Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində Sovet dövründə arxeoloji qazıntılar aparılarkən həm ərazilərin adları, həm  tarixi, həm dövrü, həm də eksponatların mənşəyi saxtalaşdırıldı, süni şəkildə erməniləşdirildi. Bu saxtalaşdırma işində Sovet dövründə Ermitaja rəhbərlik etmiş və arvadı erməni olan, ermənipərəst akademik  Boris Borisoviç Piotrovski çox böyük rol oynayıb. O, ermənilər üçün saxta tarixlər yazıb. Onun kitabları haqda məlumatınız var. “Van çarlığı” kitabını yazmışdı, o çarlıq hara, ermənilər hara? Ümumiyyətlə, Sovet dövründə Rusiya tarixçiləri ermənilərə saxta irs düzəldirdilər. Bütün bunlar bölgədə Azərbaycan türklərinin tarixini silməyə görə idi. Bu torpaqlara sonradan gələn ermənilərə burada “vətən” düzəldirdilər. Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində sərgilənən saxtakarlığın əsası  Piotrovski və başqaları tərəfindən qoyulub. Orada sərgilənən eksponatların hamısının ekspertizası keçirilərsə, bütün saxtakarlıqlar ifşa olunar. Nə Erebuni, nə Karmir blur gerçəklikdir, onlar da ermənilərin Urartu xəyalı kimi bir mifdir, saxtakarlıqdır. Bu saxtakarlığın arxasında Sovet tarixşünaslığı dayanırdı və onlar xristian həmrəyliyindən istifadə edərək bölgənin xristianlıq irsini ermənilərlə bağladılar. Guya Urartu dövləti “qədim Ermənistan” ərazisində olub. Ağ yalandır. Rusiya tarixçiləri də bilirlər ki, Urartu dövrünə aid eksponatlarla ermənilərin heç bir əlaqəsi yoxdur, amma illər əvvəl etdikləri saxtakarlıqdan əl çəkə bilmirlər. Bu gün Rusiya muzeylərində, xüsusən də Ermitajda Qərbi Azərbaycan ərazisindən tapılan abidələr, eksponatlar “erməni irsi” kimi təbiğ edilir. Bunun da əsası rus tarixçiləri, şərqçünasları tərəfindən qoyulub.  Rusiya muzeyinin gerçəyi bilə-bilə erməni saxtakarlığına şərik olması təəssüf doğurur”-deyə Q.Hacıyev bildirdi.

Q.Hacıyev qeyd etdi ki, ermənilərin Urartu iddialarının kökünün kəsilməsi vacibdir, bunun üçün də region dövlətlərinin tarixçiləri bir araya gəlməli, faktları ortaya qoymalıdır. O hesab edir ki, hazırda Rusiya tarixçiləri də yeni araşdırma aparmaq əvəzinə köhnə dövrdə düzəldilən ermənipərəst mənbələrə istinad edirlər, bu da yanlışlığa səbəb olur. Erməniərin Şərqi Anadoluya, orada yerləşmiş olan Urartuya, Van çarlığına iddia etməsinin əsassız olduğunu deyən Q.Hacıyev bildirir ki, onlara Rusiyanın, Şimali Qafqazın bəzi tarixçiləri “ilham verir”. “O sərgini təşkil edənlərə bir sual vermək lazımdır ki, nə üçün reallığı qoyub uydurma, mifik bir iddianın arxasınca gedirsiniz? Siz nə üçün ermənilərin Urartu irsini öz adlarına çıxmasına şərait yaradırsınız? Bilirsiz ki, erməni fondları o muzeylərə dəstək olur. Nə qədər ki, Ermitajın direktoru  Piotrovskinin ermənidən olan oğludur, o qədər də Rusiya muzeylərində belə üzdəniraq sərgilər təşkil ediləcək. Çünki  Ermitajın direktoru Mixail Piotrovsi erməni saxtakarlığını Rusiya muzeylərində yayır. Neçə il bundan əvvəl konfans da keçirilmişdi. Ermənilər bu yolla tarixlə oynayırlar. Orada Urartu yazılarından nümunə göstəriblər, amma Qərbi Azərbaycan qalalarından, bütövlükdə arxeoloji qazıntı sahələrindən aşkarlanan artefaktların heç birinin ermənilərə aidiyyəti yoxdur. Ermənilər ora XIX əsrdə köçürülüblər. Orada o tarix, o arxeologiya var, amma erməniyə aidiyyəti yoxdur. O torpaqlarda Urartu yazıları ola bilər, amma bu, ermənilərlə bağlı deyil. Hesab edirəm ki, bizim arxeloq və tarixçilər gələcəkdə Qərbi Azərbaycan ərazisində erxeoloji qazıntılar apararsa gerçəkliyi tamamilə dünyaya sübut edə bilərlər ki, Urartu irsinin ermənilərə heç bir aidiyyəti yoxdur” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ