Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qlobal istiləşmənin daha bir fəsadı - alimlər xofa düşdülər...

Image


Qlobal iqlim dəyişikliyinin sürətləndiyi bir vaxtda alimləri qorxudan tamam başqa bir hadisə baş verməkdədir. Söhbət okeanların gözlənildiyindən də sürətlə qızmasından gedir. ABŞ sinoptikləri bu fonda iddia edirlər ki, dünyada anomal istilər gələn ilin fevralına qədər davam edəcək. ABŞ-da sinoptiklər planetdə orta temperaturun artmasına səbəb olan "El Nino" hadisəsinin 2024-cü ilin fevralına qədər davam edəcəyinə 95 faiz əmindirlər.

"El Nino" və "La Nina" Sakit Okeanda bütün dünyada hava şəraitinə təsir edə bilən iqlim nümunələridir. İyul ayında ekvatorial Sakit okeanda səth sularının temperaturu orta səviyyədən yüksək olub ki, bu da "El Nino" hadisəsinin davam etdiyini göstərir.

Ümumdünya Meteorologiya Təşkilatı hava şəraitinin qlobal temperaturun artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Bununla yanaşı, 2023-cü ilin iyul ayı tarixdə ən isti ay olub. Alimlər hesab edirlər ki, bu, planetdə son 120 min ilin ən isti dövrü ola bilər. Qeyd edək ki, 2023-cü il iyulunun tarixdə ən isti ay olacağı haqqında xəbərlər insanları təşvişə salıb, alimləri isə yox. Günün istisi onların iqlim modelləri ilə tamamilə uzlaşmışdı, lakin okeanlarla bağlı bunu demək mümkün deyil. Dənizin dibi az qala hər gün həyəcanlı xəbərlər verir. Alimlər bildirir ki, Atlantik okeanı  isti vanna temperaturunadək qızıb. Antarktika Argentina ölçüsündə buz parçasını itirib. Yeni modellər isə “Qolfstrim” cərəyanının əvvəllər düşünüldüyü kimi gələn əsrdə deyil, çox ehtimal ki, artıq cari əsrin ortalarında dayanacağını vəd edir, bu isə Avropada iqlim böhranı doğura bilər. İyul ayı ilə bağlı anomaliyanın iki səbəbi məlumdur: insanın səbəb olduğu qlobal istiləşmə və güclənməkdə olan Sakit okean səthinin qızmasının fenomeni olan "El Nino". Baş verənlər alimləri narahat edir, çünki bu, potensial isinmənin sürətlənə biləcəyinə işarə edir, indiki proqnozları, o cümlədən təbii kataklizmlərin səbəb və nəticələrinin yumşaldılmasına dair bəyan edilmiş planların adekvatlığını şübhə altına qoyur. Hər iki həyəcanlandıran fakt iqlim üçün önəmli əhəmiyyət kəsb edən okeanla bağlıdır, çünki Yer səthinin 70 faizini örtür və son onilliklərdə qlobal istiləşmənin 90 faizini özünə çəkib. Cəmi bir neçə on metr dərinliyində bütün Yer atmosferində olduğu qədər istilik saxlanır. Okeanın temperaturu nə qədər artırsa, onun enerji hopdurmaq və planet üzərində temperatur artımını əngəlləmək qabiliyyəti bir o qədər aşağı düşür. NASA-nın məlumatlarına görə, son onillik ərzində suyun temperaturu ən azından 200 il üçün rekord səviyyədə, 2022-ci ildə isə bütün müşahidə tarixində ən yüksək hərarət olub. Artıq üç aydır ki, dəniz səthinin orta temperaturu planetdə ilin bu zamanı üçün əvvəlkilərdən xeyli yüksəkdir. Arktika və Antarktikada okeanın əks etdirən buz örtüyü səthinin həcmi azalır və deməli, okean da sürətlə qızır, bütövlüklə planet də. İyulda arktik dəniz buzunun sahəsi peyk müşahidələri başlanandan bəri ən balaca həcmdə olub. Bu arada Arktikada buz öz adi sürətilə əriməkdə davam edir. İstiləşməni dayandırmaq üçün dünya istixana qazlarının havaya tullanmasını azaltmaq razılığına gəlib. Lakin hətta onlar dərhal neytrallaşdırılsa belə, artıq atmosferdə yığılmış qazlar kifayətdir ki, nəticələri, min illərlə olmasa da, bir neçə yüz il ərzində hiss olunsun, ilk növbədə bu, temperatura və okean səviyyəsinə, eləcə də buz qabığına aiddir. Lakin tullantılar ixtisar edilməzsə və səma indiki templərlə istilənərsə, iqlim qiyaməti nəinki qaçılmazdır, o, yaxın keçmişdə düşünüldüyündən də xeyli tez başlaya bilər.

Suyun Atlantik dənizdə dövriyyəsi planetin bu hissəsinin iqlimini müəyyən edir, lakin qlobal iqlim dəyişikliyi, öz növbəsində, isti səth sularının Karib dənizindən Avropa sahillərinə və soyuq səthaltı suların əks istiqamətdə cənuba cərəyan etmə sürətinə təsir edir. Alimlər bu okean konveyerini “Amoc” adlandırırlar, geniş kütləyə məlum olan isə onun başlıca elementi olan “Qolfstrim” cərəyanıdır. Onun sayəsində Avropanın şimal-qərbində, ilk növbədə Britaniya adalarında iqlim qitənin eyni paralellərində olduğundan daha mülayimdir. Berlin və ya Kiyevdən fərqli olaraq, Londonda uzun çəkən şaxtalı və qarlı qış olmur, çəmənliklər həmişə yaşıl, tropik bitkilər isə özlərini evlərində kimi hiss edirlər. Ümumiyyətlə, son illər “Qolfstrim”in və “Amoc”un zəifləməsi haqqında alimlər dəfələrlə xəbərdarlıq ediblər. Ancaq Hökumətlərarası İqlim Dəyişmə Qrupunda toplanmış dünya ekspertlərinin rəyləri göstərir ki, 21-ci əsrdə kollaps olmayacaq. Danimarka alimləri onların modellərini yoxlayaraq bu qənaətə gəliblər ki, əvvəlki proqnozlar natamam məlumatlara əsaslanıb, çünki cərəyanların tamdəyərli ölçmələri 2004-cü ildə başlayıb və planetin rekord sürətlə qızmasına dair ən təzə məlumatları nəzərə almayıblar. Onların məlumatlarına görə, hər şey daha da pisdir, Atlantikada dövretmə proqnozlardan daha tez zəifləyir və artıq bu əsrdə dayanacaq. Danimarkalılar 95 faiz əmindirlər ki, kollaps haradasa 2025-2095-ci illər arasında baş tutacaq və yəqin ki, əsasən 2050-lərdə baş verəcək. Onların "Nature Communications"da dərc olunmuş tədqiqatında deyilir ki, Atlantik cərəyanlar sistemi dönüş məqamına yaxınlaşıb, bundan sonra sonra o, yeni normaya düşəcək. Bu norma istər kontinentin şimalında, istərsə də cənubunda avropalıların xoşuna gəlməyəcək. Avropanın şimal-qərbində iqlim - qışı sərt, yayı quraqlıq – kəskin kontinental olacaq. Cənubda qapanmış isti və rütubətli hava kütlələri isə mussonlara və tropiklərdə yağıntının intensivliyinə təsir edəcək. Atlantik okeanda “Amoc”un dövretməsinin yavaşımasını alimlər qlobal istiləşmə ilə əlaqələndirir. Bu, Arktikada buzların əriməsini sürətləndirir, duzsuz su şimal dənizlərinin duzluluğunu azaldaraq, soyumuş səthi suların dərinə batması və onların əks istiqamətdə cənuba səthaltı cərəyanın intensivliyini azaldır. Digər tərəfdən, planet üzərində ümumi istiləşmə tropik suların arktik soyudulma prosesini yubadır, onunla bağlı küləklərin zəifləməsi isə isti Atlantik cərəyanların əks istiqamətdə sürətini azaldır. Bu anomaliyanın bəzi əlamətlərini alımlər son üç ayda qeyd edirlər. Dünya okeanı qızır, lakin onun bir hissəsi xüsusilə seçilir. Dünya Meteorologiya Təşkilatı iqlim tədqiqatları şöbəsinin başçısı Mayk Sparrao qeyd edir: “Şimali Atlantikada suyun temperaturu indiyədək görülməmiş həddədir və ciddi narahatlıq doğurur. O, bizim modellərin proqnozlaşdırdığından çox yüksəkdir. Bu, ekosistemlərə də, balıqçılığa da, havaya da öz təsirini göstərəcək”. Havanın temperaturu qütblərdə buzların əriməsini sürətləndirir. Son illər Arktika planetin digər yerlərindən dörd dəfə tez qızır və alimlər çoxdan vəd edirlər ki, 2050-ci ilin sonuna kimi heç olmazsa bir dəfə Arktikada buzlar yayın sonunadək tamamilə əriyəcək.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ