Bazar ertəsi günü, 09 noyabr 2026
     

Xaricə həkim axını ağrılı problemə çevrilməyə başlayır...

Image


Son zamanlar müxtəlif məqsədlər üçün xarici ölkələrə üz tutan azərbaycanlıların sayında artım müşahidə olunur. Bu sıraya daxil olanlar əsasən təhsil səviyyəsini artırmaq istəyənlər, fərqli yaşam tərzi axtaranlar və ya işlə təmin olunmaq arzusunda olanlardır…

Bu gün xaricə müalicə almaq üçün gedən xəstələrlə  yanaşı, işləmək üçün müraciət edən həkimlərin də sayı az deyil. Məsələn, Almaniyada işləmək üçün müraciət edənlərin siyahısında azərbaycanlı həkimlərin də az olmadığı aşkara çıxıb. 

Almaniya Tibb Assosiasiyasının məlumatına görə, 2022-ci ildə 1359 həkim işləmək üçün bu ölkəyə üz tutub. 2019-cu ildə bu rəqəm 877, 2021-ci ildə isə 1028 nəfər təşkil edib.

Almaniyada yaşayan “Helios Klinikum Siegburg”da həkim olaraq işləyən Elvin Hüseynov da bununla bağlı sosial şəbəkə hesabından paylaşım edib.

Bildirib ki, çalışdığı klinikanın rəhbərliyinə iş üçün Azərbaycandan çoxlu sayda həkim müraciət edir: “Yaxın on-on beş il ərzində Azərbaycanda tibb sektorunda faciəvi şəkildə kadr çatışmazlığı olacaq. Əsasən də regionlarda. Dövlətimiz və xalqımız son illərdəki beyin axınının fəsadını ödəyəcək”.

Həkimlərin xarici ölkələrə üz tutmasının səbəblərinə gəlincə, mütəxəssislər bunu daha çox maaşların azlığı ilə əlaqələndirirlər.

Onu da qeyd edək ki, Azərbaycandan xaricə həkim axını ölkəmizdə bir sıra sahələrdə ixtisaslı həkim qıtlığı yaradıb. Bu özünü daha çox regionlarda göstərir. 

  • Adil Qeybulla: "Xarici ölkədə işləmək və yaşamaq məqsədilə qalanlar üçün Azərbaycanda lazımi şərait yaratmalıyıq ki, onlar ölkəmizə qayıtsın"

Professor, tibb üzrə ekspert Adil Qeybulla "Bakı-Xəbər" ə açıqlamasında bildirib ki, tibb təhsilinin ən yüksək mərhələsi rezidentura hesab edilir. Rezidentura sistemi yalnız icbari tibbi sığortanın kifayət qədər təşəkkül tapdığı ölkələrdə, xəstə bazasının çox olduğu yerlərdə effektiv olur.

Onun sözlərinə görə, tələbələr daha çox xəstə görməlidir ki, işləri də effektiv olsun:  "Hazırda ölkədə səhiyyə sektorunda müxtəlif islahatlar aparılır. Amma təəssüflər olsun ki, bu sahədə problemlər də var. Bizdə tibb təhsilini bitirənlər məcburdur ki, rezidentrura təhsili üçün başqa ölkələrə getsinlər. Bu ölkələr də əsasən Türkiyə və Almaniyadır. Həkimlərimizin bu ölkələrə daha çox üz tutmasının bəlli səbəbləri də var. Azərbaycanda həkimlərə diqqət və qayğı çox aşağı səviyyədədir. Xarici həkimlərin maaşları 5 qat artıq verildiyi halda, Azərbaycanda koronavirusdan ölən həkimlərin ailələrinə heç kompensasiya da ödənilmir.

Onu da deyim ki,  Almaniyada müəyyən qədər həkim çatışmazlığı var,  Türkiyə ilə dilimiz eyni, oxşarlıqlarımız çox olduğundan həkimlərimiz daha çox bu ölkələrə axın edir. Lakin Fransa, İngiltərə kimi ölkələrə də axın var"

A.Qeybullanın sözlərinə görə, xarici ölkədə işləmək və yaşamaq məqsədilə qalanlar üçün Azərbaycanda lazımi şərait yaratmalıyıq ki, onlar ölkəmizə qayıtsın.

  • Müşfiq Məmmədli: "Həmin həkimlərin tibb sahəsində bilik-bacarıqlara yiyələndikdən sonra onu ölkəmizdə tətbiq etməsinə şərait yaradılmalıdır"

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki,  gənc həkimlərin regionlarda işə cəlb olunmasına daha çox ehtiyac var: "Azərbaycandan Almaniyaya gənc həkimlərin axınını biz də müşahidə edirik. Gənc həkimlərin Almaniyanın səhiyyəsində yeni bilik-bacarıqlar əldə etməsi, sosial baxımdan bu ölkəyə üstünlük verməsi təbii haldır. Hər bir mütəxəssis irəli can atır. Əsas odur ki, həmin həkimlərin tibb sahəsində bilik-bacarıqlara yiyələndikdən sonra onu ölkəmizdə tətbiq etməsinə şərait yaradılsın. İnanıram ki, zamanla əks istiqamətdə axını müşahidə edəcəyik".

  • Pərvanə Mustafayeva: "Almaniyanın istənilən bölgəsinə, rayonuna getsəniz, Azərbaycandan gedən həkimlərlə rastlaşmaq mümkündür"

Həkim ekspert Pərvanə Mustafayeva "Bakı-Xəbər" ə açıqlamasında bildirdi ki, həkimlərin axınının isə çox elementar səbəbi var. Burada kllinikada işləyib 300 - 400 manat maaş ala bilmək üçün gərək 30-40 min manat pul verəsən ki, səni işə götürsünlər. Xaricdə isə tam fərqlidir. Həkimlər ya əvvəlcə Türkiyəyə gedib uzmanlıq alırlar, ya da birbaşa Almaniyaya gedib orada işləyirlər. Maaşları təxmini olaraq, 5000 - 8000 avro aralığındadır. Həyat şəraitləri isə bundan da yaxşıdır: "İstənilən halda onların hamısına vətəndaşlıq verilir. Almaniyanın isə tibbə ehtiyacı var. Çünki Avropada təhsil alan gənclər tibbi oxumaq istəmirlər. Düşünürlər ki, bu daha əziyyətlidir. Əvvəllər bu boşluğu Türkiyə, indi isə Azərbaycan həkimləri doldurur. Hər il ən azı 150-200 nəfər həkimimiz oraya gedir. Almaniyanın istənilən bölgəsinə, rayonuna getsəniz, Azərbaycandan gedən həkimlərlə rastlaşarsınız.

Türkiyədə isə bu bir az daha çətindir. Çünki orada tibb Amerika sistemidir. Uzmanlıq almaq üçün əlavə imtahanlar verirlər, diplomun təsdiqini edirlər və daha sonra 5 il uzmanlıq oxuyurlar".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ