Bazar ertəsi günü, 09 noyabr 2026
     

Peşə təhsilinə maraq artır, amma...

Image


Məlumdur ki, Azərbaycanda şagirdlərin müəyyən hissəsi orta məktəbi bitirdikdən sonra heç bir təhsil almır. Bununla da onlar ixtisassız işçiyə çevrilirlər. Ölkənin əmək bazarında belə işçilərin sayı heç də az deyil.

Ekspertlər isə hesab edirlər ki, bu problemi ilk növbədə peşə məktəblərinin köməyi aradan qaldıra bilər. Həmçinin, bir çox ixtisasa yiyələnmək və gələcəkdə ona uyğun iş tapmaq üçün universitet təhsili vacib deyil. Ümumiyyətlə hesab olunur ki, universitet təhsili o ixtisaslar üzrə vacibdir ki, orada tələbənin ciddi nəzəri biliklərə yiyələnməsi zəruri olsun. Özü də  bu nəzəri biliklərin universitetdən kənar əldə edilməsi qeyri-mümkün və ya olduqca çətin olsun. Digər hallarda ixtisaslı işçi olmaq üçün peşə təhsili də bəs edir. Bu arada qeyd edək ki, Hesablama Palatası peşə məktəbi bitirənlərin əmək bazarında iştirakını araşdırıb. Rəsmi rəqəmlərə görə, 2020 və 2021-ci ildə Azərbaycandakı peşə məktəblərindən toplam 23 min 790 nəfər məzun olub. Palatanın araşdırmasında bildirilir ki, onlardan cəmi 31.6 faizinin, yəni 7 min 510 nəfərin əmək müqaviləsi var. Qalan 16 min 280 nəfər, yaxud 68.4 faiz isə hazırda rəsmi olaraq çalışmır. Məzunların daha 949 nəfərinin aktiv VÖEN-i var. Amma onlardan 677 nəfər 2020-2022-ci illərdə gəlir əldə etməsi ilə bağlı hər hansı bəyannamə təqdim etməyib. Açıqlanan məlumatlardan bəlli olur ki, ən çox məzunun qeydə alındığı ixtisaslar aşpaz (1 min 300 nəfər), dərzi (1 min 200 nəfər) və elektrik qaz qaynaqçısı ixtisaslarıdır (min nəfər). Ən az məzun sayı isə parketçi (2 nəfər) və alətçi-çilingər (4 nəfər) peşələri üzrə qeydə alınıb. Məzunların yaş qrupları üzrə göstəricilər də açıqlanıb. 2020 və 2021-ci illərdə peşə məktəbi bitirənlərin 57 faizinin yaşı 20-ni ötməyib. Yaşı 21-30 arası olanlar 29 faizdir. Məzunların daha 11 faizi 31-40 yaş aralığında, 3.2 faizi isə 40 yaşdan yuxarıdır. Yuxarı yaş qrupundakı məzunlar xalçaçı, aşpaz, dərzi ixtisaslarında daha çoxdur. Bu da həmin yaş qrupundan bəzi ixtisaslara tələbatın daha yüksək olduğunu göstərir. Ayrı-ayrı peşə məktəblərinin məzunları arasında məşğulluq göstəricisini gözdən keçirərkən ən yaxşı göstərici Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki peşə məktəbində qeydə alınıb. Bu peşə məktəbini bitirənlərin 71.2 faizi çalışır. İkinci ən yaxşı göstərici Bakı Turizm Peşə Məktəbindədir. Bu təhsil ocağı məzunlarının 57.1 faizi işləməkdədir. Məzunların iş tapması baxımından üçüncü ən yaxşı göstərici Xızı Peşə Məktəbində (53.8 faiz) qeydə alınıb. Neftçala, Daşkəsən və Füzuli rayonlarındakı peşə məktəblərinin məzunları arasında da çalışanların payı 50 faizi aşır.Məzunların iş tapması baxımından ən zəif göstərici 17 saylı Bakı Peşə Məktəbində qeydə alınıb. Bu təhsil müəssisəsindən məzun olanların cəmi 11.1 faizi işləyir. İkinci ən zəif göstərici Masallı Peşə Məktəbi ilə bağlıdır (16.1 faiz). Bakıdakı 18, 19, 22 saylı peşə məktəblərinin, eləcə də Şəmkir, Salyan və Cəlilabaddakı peşə məktəblərinin məzunları arasında da məşğulluq 20 faizdən aşağıdır.

Araşdırma üzə çıxarıb ki, məzunlar arasında işləyənlərin sayı az olmaqla yanaşı, onların da bir çoxu təhsil aldığı sahədə çalışmır. Ən çox qeydə alınan iş satıcılıqdır. Çalışan peşə məktəbi məzunlarının təxminən 20 faizi (1 570 nəfər) satıcıdır. Daha 1 291 məzun hazırda fəhlədir. Peşə məktəbi məzunlarının ən çox iş tapdığı üçüncü istiqamət ofisiantdır (840 nəfər). Daha 462 peşə məktəbi məzunu isə aşpaz olaraq fəaliyyət göstərir. Dərzi, aşpaz, kompüter operatoru, dizayner, qaynaqçı və digər bu tipli daha çox məzunun qeydə alındığı ixtisaslara yiyələnən və hazırda çalışan məzunların cəmi 21 faizi öz ixtisası üzrə çalışmaqdadır. İşləməyənlər də daxil, bu ixtisaslardan bütün məzunlar hesaba qatılanda onların cəmi 7.2 faizinin öz ixtisasına uyğun işdə çalışdığı üzə çıxır. “Azadlıq” radiosunun məlumatına əsasən, ən yüksək aylıq əməkhaqqı (1 500 manat və daha çox) "Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru", "Avtomatika üzrə usta", "Üzümçülük və şərab ustası", "Veb-dizayner və proqram təminatçısı", "Sənayedə quraşdırma işləri üzrə usta", "Aşpaz", "Mehmanxana inzibatçısı", "Elektrik qaz qaynaqçısı", "Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər", "Mebel ustası", "Əməliyyatçı-mühasib", "Mühafizəçi", "İnşaat ustası", "Neft və qazçıxarma operatoru", "Turizm təşkilatçısı", "Bitkiçilik mütəxəssisi", "Mühasib" ixtisaslarına ödənilir. Ən az əməkhaqqı (minimum maaş – 345 manat məbləğində) "Heyvanlarda süni mayalanma üzrə texnik", "Növbə motorçusu", "Texnoloji avadanlığın sazlayıcısı" ixtisasları üzrə qeydə alınıb. Peşə Təhsili üzrə Dövlət Agentliyi və peşə təhsili müəssisələri bir sıra işəgötürənlə əməkdaşlıq barədə bilgilər açıqlasa da, rəsmi rəqəmlərdən aydın olur ki, bu anlaşmalar bir o qədər səmərə vermir. 2020 və 2021-ci illərdə peşə məktəblərindən məzun olan 23 min 790 nəfərdən cəmi 141-i özünə bu anlaşmalara uyğun iş tapa bilib. Lakin hesab edilir ki, peşə təhsilinə diqqət artırılsa, bu sahədə daha mühüm nailiyyətlər əldə etmək mümkündür. Düzdür, ölkədə peşə təhsilinə maraq əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə artmaqdadır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasından sonra son illərdə peşə təhsilinə üz tutanların sayında müəyyən qədər artım müşahidə edilir. Bunun başlıca səbəblərindən biri də  peşə təhsili alanlara subbakalavr dərəcəsinin verilməsidir. Digər tərəfdən peşə təhsili şəxslərin gələcəkdə işlə təminatı baxımından ən uyğun təhsil formasıdır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ