Bazar ertəsi günü, 09 noyabr 2026
     

İqlim dəyişikliyi fəlakətə çatdı - Azərbaycan da tədbirlər görür

Image


BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bildirib ki, qızmar temperatur Şimal yarımkürəsinin böyük hissəsini bürüyür, aramsız yağışların səbəb olduğu dağıdıcı daşqınlar isə insanların həyat ritmini pozur və dolanışıq vasitələrini məhv edir.

Bütün bunlar iqlimlə bağlı daha çox tədbirlərin görülməsinə təcili ehtiyac olduğunu göstərir. ÜMT-nin məlumatına görə, iyunda rekord səviyyədə ən isti qlobal orta temperatur qeydə alınıb və istilik dalğaları iyulun əvvəlinə qədər davam edib.

ABŞ, Yaponiya, Çin və Hindistanda leysan yağışları və daşqınlar onlarla insanın ölümü ilə nəticələnib, milyonlarla təsərrüfata və infrastruktur obyektlərinə ziyan vurub. Qeyd edilənlər fonunda ÜMT-nin baş katibi Petteri Taalas bildirib: “Ekstremal hava şəraiti bizim istiləşən iqlimimizdə getdikcə daha tez-tez baş verir və insan sağlamlığına, ekosistemlərə, iqtisadiyyatlara, kənd təsərrüfatına, enerjiyə və su təchizatına böyük təsir göstərir”. O qeyd edib ki, bəşəriyyət bu kataklizmlərə uyğunlaşa bilmir və iqlim şəraiti yeni normal halına gələnə qədər insanların ona adaptasiya olmasına kömək etmək üçün səylər artırılmalıdır. Təşkilat, həmçinin vurğulayıb ki, inkişaf etmiş ölkələr xəbərdarlıq və daşqınların idarə edilməsi kimi hazırlıq səviyyəsini artırsa da, aşağı gəlirli dövlətlər bu sahədə həssas olaraq qalır. ÜMT-nin hidrologiya, su və kriosfer üzrə direktoru Stefan Uhlenbruk bildirib: "Planet istiləşdikcə, gözləntimiz ondan ibarətdir ki, biz getdikcə daha intensiv yağış hadisələri görəcəyik və bu da daha güclü daşqınlara səbəb olacaq. Yaponiya kimi inkişaf etmiş ölkələr son dərəcə ayıqdır və daşqınla mübarizə tədbirlərinə də çox yaxşı hazırlaşırlar. Lakin bir çox aşağı gəlirli ölkələrdə heç bir xəbərdarlıq, daşqından müdafiə strukturu və inteqrasiya olunmuş daşqın idarəsi yoxdur. ÜMT bu vəziyyəti yaxşılaşdırmaq öhdəliyinə sadiqdir”. Amma qeyd edilməlidir ki, iqlim dəyişikliyi bəzi inkişaf etmiş ölkələrin də buna qarşı effektiv mübarizəsinə əngəl olur. Məsələn, İtaliya ərazisində müşahidə olunan anomal istilərlə əlaqədar 16 şəhər üçün “qırmızı” xəbərdarlıq elan edilib. İtaliya hökuməti “qırmızı” xəbərdarlıq siqnalının verildiyi ərazilərdəki hər kəsə səhər 11:00-dan axşam 18:00-a qədər birbaşa günəş işığından uzaq durmağı, yaşlılara və ya həssas insanlara xüsusi qayğı göstərməyi tövsiyə edib. İspaniyanın cənubunda, İtaliyanın cənub-şərqində və ola bilsin ki, Yunanıstanda temperaturun 47 dərəcəyə yüksələcəyi gözlənilir. Yunanıstanda termometrlər artıq 40 dərəcədən çox göstərir. Ölkənin ən məşhur turistik məkanı olan Afinadakı Akropol ən isti saatlarda turistlər üçün qadağan edilib. Mütəxəssislər bildiriblər ki, Avropada isti dalğalarının səbəbi məhz iqlim dəyişikliyidir. Ümumdünya Meteorologiya Təşkilatı ekstremal temperaturların ilin sonuna qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Ekspertlər əlavə ediblər ki, xüsusilə Şimali Atlantikada dəniz səthinin temperaturunda görünməmiş yüksəliş olduğu üçün BMT-nin müvafiq qurumları həyəcan təbili çalıb. ÜMT-nin iqlim monitorinqi şöbəsinin rəhbəri Omar Baddur bildirib: “İyulun ilk yeddi günü dünyada son əsrlər ərzində ən isti dövr və ya indiyədək qeydə alınan ən isti həftə hesab edilə bilər. İyulun 7-də qlobal orta temperaturun 17,24 dərəcə Selsiyə yaxın olması ciddi narahatlıq doğurur”. ÜMT-nin eksperti əlavə edib ki, Şimali Atlantikada gündəlik iyun ayının orta temperaturu əvvəlki göstəricilərlə müqayisədə kəskin şəkildə qalxıb, Antarktikada dənizdəki buz səviyyələri isə peyk müşahidələri başlayandan bəri ən aşağı həddə düşüb. Orta rəqəmlərdən 17 faiz aşağı olan builki göstəricilər 2022-ci ilin iyun ayı rekordunu əhəmiyyətli fərqlə qırıb və Antarktidada dəniz buzunun həcmində həqiqətən dramatik bir azalma – təxminən 2,6 milyon kvadrat kilometr itirilmiş dəniz buzlağı ilə nəticələnib. Ümumdünya İqlim Tədqiqatları Proqramının rəhbəri Maykl Sparrou Antarktida ətrafında dəniz buzunun bu cür azalmasının həqiqətən də görünməmiş bir hadisə olduğunu vurğulayıb: “Antarktika bölgəsi adətən nisbətən sabit hesab edilir və başqa ərazilərdən qat-qat soyuqdur. Biz Antarktidada deyil, Arktikada dəniz buzunun bu böyük səviyyədə azalmasını görməyə öyrəşmişik”. ÜMT bildirib ki, təkcə suyun səthinin deyil, bütün okeanın getdikcə istiləşməsi və yüz illər boyu orada qalacaq enerji udması prosesi baş verir. Omar Baddur bununla bağlı əlavə edib: "Tropik tsiklonlar baş verdikdə, sahillərdə hər şey, o cümlədən balıqçılıq, həm də daxili ərazilər təsirlənir. Bu, itkilərə, əhalinin yerdəyişməsinə və digər mənfi hallara səbəb ola biləcək güclü yağıntı ilə müşayiət olunur. Beləliklə, bu dramatik dəyişiklik, həmçinin ekstremal hava və iqlim hadisələrinin artması deməkdir”. ÜMT  2024-cü ildə rekord istilər ola biləcəyini istisna etmir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus  isə qeyd edir ki, 2023-cü ilin ikinci yarısında özünü büruzə vermə ehtimalı çox yüksək olan El Nino təbiət hadisəsi vəziyyəti daha da pisləşdirə bilər. Qeyd edib ki, bu təbiət hadisəsi planetin bir neçə bölgəsində temperaturun artmasına səbəb olur. Beləliklə, iqlimşünas alimlər yüksək ehtimal ilə müxtəlif təbii fəlakətlərin artan tendensiyası barədə xəbərdarlıq edirlər. Qütb və yüksək dağlıq bölgələrdə baş verən istiləşmə bütün planetə təsir edir. Bütün bu proseslər isə bizim regiondan da yan keçmir. Azərbaycanda dəyişən hava, artan sel fəalkəti, bu qəbildən olan digər hallar qeyd edilənlərin təsdiqidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məsələ ilə bağlı AzərTAc-a bildirib ki, artıq planetin tarixində bu ilin ən isti illərdən biri olacağı proqnozlaşdırılır: “Bu səbəbdən bölgəmizdə isti hava dalğalı dövrlər də müşahidə olunacaq. Bu il Ümumdünya Meteorologiya Konqresi sürətli iqlim, sosial və texnoloji dəyişikliklər dövrü üçün yeni, əsas strateji prioritetləri təsdiqləyib. ÜMT-in əsas məqsədi 2027-ci ilin sonuna qədər Yer kürəsində hər bir insanın Erkən Xəbərdarlıq Sistemləri vasitəsilə təhlükəli hava hadisələrindən qorunmasını təmin etmək üçün beynəlxalq kampaniyanın həyata keçirilməsi olacaq”. Nazim Mahmudovun sözlərinə görə, ölkəmizdə hidrometeoroloji xidmətin modernləşdirilməsi mərhələli şəkildə aparılır: “Dövlət investisiyaları hesabına müşahidə şəbəkəsi avtomatlaşdırılır, eyni zamanda meteoroloji stansiyalarımızdan məlumatlar həm beynəlxalq, həm də regional məlumat mübadiləsinə ötürülür. Beynəlxalq əməkdaşlıq daha da genişlənir. Çoxillik tərəfdaşlarımız olan Türkiyə Meteoroloji Xidməti ilə yanaşı, tvinninq layihələri çərçivəsində mütəxəssislərimiz Finlandiyanın qabaqcıl Meteoroloji Xidmətlərindən birində təlim keçirlər”. Xidmət rəisi onu da qeyd edib ki, bu ilin sonuna qədər yeni “SmartMet” platformasının işə salınması planlaşdırılır ki, bu da hava şəraiti ilə bağlı yenilənmiş proqnozlar və xəbərdarlıqların keyfiyyətini və əlçatanlığını artıracaq.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ