Bazar ertəsi günü, 09 noyabr 2026
     

Böyük tərəqqidə gender bərabərliyinin müstəsna rolu təsdiqlənir...

Image


Müasir dünyada gender bərabərliyi cəmiyyətin nə qədər inkişaf etdiyini və orada insan hüquqlarının qiymətləndirilib-qiymətləndirilmədiyini göstərən əsas faktorlardan biri kimi qəbul edilir.

Bu, rifaha nail olmaq və yoxsulluğun aradan qaldırılması üçün əsasdır, çünki bu hal cinsindən asılı olmayaraq eyni imkanlar hər kəsə öz potensialını reallaşdırmağa imkan verir.

  • Dünyada gender problemi hələ də təhlükəli həddədir, Azərbaycanda isə...

Ötən dövrlərlə müqayisədə dünya artıq gender bərabərliyinə nail olmaq yolundadır, lakin hələ də həllini gözləyən bir çox problemlər var. Çünki müasir dünyada gender bərabərsizliyi problemi hələ də tam çözümünü tapmayıb. Gender bərabərsizliyi mədəniyyət və dil, din kimi bir çox amillərin təsiri altında formalaşır. Sterotiplər də buarada rol oynayır. Məsələn, mənzilin təmizlənməsi və ya paltarların yuyulması haqqında danışırıqsa, qadın adətən süjetin mərkəzindədir. Və böyük bir korporasiyada uğurlu karyera haqqında bəhs olunursa, ekranda dərhal bir kişi görünür. Stereotiplər bununla da insanların hüquqlarını pozan bir çox problemlərə yol açır. Amma digər təhlükəli məqamlar da var. Məsələn, dünya üzrə 6-17 yaş arası təxminən 132 milyon qız məktəbə getmir. Erkən nikahlar təhsil və özünü təsdiq yolunda ciddi maneəyə çevrilir. Hər il milyonlarla yetkinlik yaşına çatmayan qız öz iradəsi əleyhinə ailə qurur. Təhsildə gender fərqinə görə qadınların elmlə məşğul olma ehtimalı azdır. Belə ki, təbiət elmləri, mühəndislik, texnologiya və riyaziyyat fakültələrinin məzunları arasında kişilər qadınlardan 3-4 dəfə çoxdur. Üstəlik, texniki təhsil alan yalnız hər dördüncü zərif cinsin nümayəndəsi öz ixtisası üzrə işləyir.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə, qadınlar gün ərzində 4 saat 25 dəqiqə vaxtını ödənişsiz işə, o cümlədən uşaq baxımına və müxtəlif ev işlərinə sərf edirlər. Kişilər ev işlərinə üç dəfə az vaxt ayırırlar - orta hesabla 1 saat 23 dəqiqə.

Hər bir ailənin kimin valideynlik məzuniyyəti alacağına və ev işləri ilə məşğul olacağına müstəqil qərar vermək hüququna malik olmasına baxmayaraq, əksər hallarda ev işləri qadınlara həvalə olunur. Buna görə də onlar işlə təminatdan imtina etmək məcburiyyətində qalırlar. Qadınların orta hesabla eyni əmək keyfiyyətlərinə malik olan kişilərdən 28% az qazandığı bildirilir. Bu, əksər xanımların daha az gəlirli fəaliyyətləri seçməsi ilə bağlıdır. Məsələn, qadınların çoxunun çalışdığı xidmət, mədəniyyət və təhsil sektorlarında maaşlar əsasən kişilərin olduğu sənayelərdəkindən aşağı olur. İnsan alveri qurbanlarının təxminən 70%-i qadınlar və qızlardır. Onlar cinsi istismar və ya məcburi əmək üçün satılır. Eyni zamanda, əksər hallarda kişilər insan alverçisi kimi çıxış edir. Dünyada hər üçüncü qadın ən azı bir dəfə fiziki və ya cinsi zorakılığa məruz qalıb. Gender əsaslı zorakılığa daha çox inkişaf etməkdə olan ölkələrdə rast gəlinir. Məsələn, Efiopiyada bu rəqəm 70%-ə, Yaponiyada isə 15%-ə çatır. Bundan əlavə, bəzi ölkələrdə, o cümlədən Afrika və Yaxın Şərqdə qadın sünnəti hələ də həyata keçirilir. Təxminən 200 milyon qız bu şikəstedici prosedurdan keçib. Gender ayrı-seçkiliyi çox vaxt doğumdan əvvəl başlayır. Belə ki, Hindistanda, Çində və bəzi başqa ölkələrdə hələ də cinsiyyətə görə abortlar edilir. “Journal of the American National Academy of Sciences” jurnalında dərc edilən araşdırmaya görə, 23 milyon qız uşağı yalnız valideynlərinin uşağın cinsiyyətindən razı qalmadığı üçün doğulmayıb. Bu, Finlandiya və Danimarkanın əhalisindən dörd dəfə çoxdur. Özü də hələ bunlar yalnız rəsmi rəqəmlərdir. Dünyada özünü göstərən gender problemlərinin əksəriyyəti Azərbaycanda çoxdan həllini tapsa da,bu xüsusda ölkəmizdə çatışmazlıqlar da var. Məsələn, cinsiyyətə görə abortlar problemi ölkəmizdə də aktuallığını qoruyur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkədə 58 min abort qeydə alınıb. Halbuki, 2021-ci ildə isə bu göstərici 46 min 877 olmuşdu. 2020-ci ildə isə bu rəqəm 34 min 719 təşkil edib. Azərbaycanda qanunvericilik selektiv abortlar istisna, digər abortlara qadağa qoymur. Lakin kriminal abortlarla bağlı məsələ Cinayət Məcəlləsində yerini tapıb. Xəstəxanadan kənar aborta görə cərimə nəzərdə tutulur. Hətta bu zaman ehtiyatsızlıqdan ölüm halı baş verərsə, 5 ilə qədər həbs cəzası da verilə bilər. Hesab edilir ki, əslində bütün abortlara qadağa qoyulması zəruridir, bu sahədə təkliflər irəli sürülsə də hələ ki, onlar qanunvericilik səviyyəsində reallaşmayıb.

  • Artan boşanmalar problemi

Gender stereotipləri bütün ölkələrin büdcələrinə baha başa gəlir. Hesablaçmalar göstərir ki, qadınlar qlobal ÜDM-in yalnız 36%-ni yaradır. Halbuki, kişilərin say üstünlüyü qadınlarla müqayisədə 0,8%-i keçmir. “McKinsey” Qlobal İnstitutunun 96 ölkədə apardığı araşdırmaya görə, hər iki cinsin bərabər məşğulluğu dünya ÜDM-ni 26%, yəni 28 trilyon dollar artıra bilər. Bununla belə, Dünya İqtisadi Forumunun ekspertləri qadın və kişi bərabərsizliyinin yalnız 136 ildən sonra aradan qaldırılacağını iddia edirlər.

Bundan əlavə, dünyada gender bərabərsizliyi birbaşa yoxsulluqla bağlıdır. Tək anaların problemi bütün ölkələr üçün aktualdır. Bir çox tək valideynli ailələr uşaqlarına yaxşı təhsil və ya keyfiyyətli tibbi xidmət almağa kömək edə bilmirlər. Gender bərabərliyinin təmin edilməsi BMT-nin 2030-cu ilə qədər olan dövr üçün müəyyən etdiyi 17 davamlı inkişaf məqsədindən biridir. Qadınların və qızların keyfiyyətli təhsil almaq imkanı olmalı, cəmiyyətdə və qərarların qəbulunda onlar kişilərlə bərabər iştirak etməlidir. Düzdür, Azərbaycanda bu müstəvidə hansısa ciddi problem yoxdur. Ölkədə qadınların ictimai və siyasi fəallığının artırılmasına yönəlik tədbirlər davamlı xarakter daşıyır, mütəmadi olaraq həyata keçirilir.  Azərbaycan qadını ictimai həyatın bütün sahələrində fəaldır, ictimai rəyin yaranmasında və formalaşmasında da  iştirak edir. Ölkədə gender bərabərliyi üzrə 2019-2024-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib, uğurla icra edilir. Lakin bunlar fonunda ailə dəyərlərinin qorunmasına daha çox diqqət ölkəmiz üçün də aktualdır. Məsələn, Bu ilin ilk beş ayında Azərbaycanda boşanmaların sayı artıb. Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 19381 nikah və 9040 boşanma halları qeydə alınıb və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-ə qədər artıb. Bu kimi məsələlərin qarşısı qadın və kişilərin birgə fəaliyyəti ilə alınmalıdır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ