Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycanda vərəm xəstəliyini çoxaldan nədir... - MÜSAHİBƏ

Image


Dünyada ən təhlükəli infeksiyalardan hesab olunan vərəm xəstəliyindən hazırda təqribən 20 milyona yaxın insan əziyyət çəkir. XX əsrin əvvəllərində insan ölümünün əsas səbəblərindən sayılan bu xəstəlik son günlərdə yenidən gündəmə gəlib. Azərbaycanda da xeyli sayda insanın yoluxduğu vərəm xəstəliyi artıq uşaqlar arasında da geniş yayılmaqdadır.

Açıqlanan statistik rəqəmlərə əsasən, ötən il Azərbaycanda vərəmə yoluxanların sayı artıb. 2022-ci ildə Azərbaycanda 686 yeni vərəm xəstəsi aşkarlanıb.

  • “Vərəm xəstəliyinə tutulma artıq yeni bir situasiyadır ki, bu xəstələrə ciddi şəkildə nəzarət olmalıdır”

Mövzu ilə bağlı professor, həkim ekspert Adil Qeybulla ilə həmsöhbət olduq.

- Adil müəllim, vərəm xəstəliyinin əlamətləri nədir?

- Vərəm üçün mütləq patoqnomik olan bir əlamət yoxdur. Vərəmin lokalizasiyasından asılı olmayaraq, istər ağ ciyər, istərsə də digər orqanların vərəmi üçün xas olan nisbi patoqnomik əlamətlər mövcuddur ki, bu əlamətlər axşamlar zəif subfebril hərarətin (37,2-37,4 °S) olması, gecələr səhərə yaxın boyun, ənsə və kürək nahiyəsinin tərləməsi, ümumi halsızlıq, zəiflik əlamətlərinin özünü qabarıq büruzə verməsidir. Bu xəstəlik ən çox tənəffüs orqanlarını zədələyir. Ağ ciyər vərəminin müxtəlif formalarında müşahidə edilən əlamətlər – 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrı, təngnəfəslik və qanhayxırmanın olmasıdır. Təbii ki, bu əlamətlərin bir və ya bir neçəsinin olması heç də həmin insanın vərəmlə xəstə olmasını sübut etmir.

- Vərəm xəstəliyi tam sağalırmı?

- Vərəm tam sağalan xəstəliklərdəndir. Onun dərmanlara həssas və davamlı növləri var. Əsas odur ki, xəstəliyi vaxtında aşkarlayıb, vərəm çöpünü tapıb, onun həssas və ya dərmana davamlı olduğunu araşdırasan. Xəstəyə lazımi müalicə müddəti təyin edəsən. Vərəmin ən qısa müalicəsi 6 ay, ən uzun dərmanlara davamlı formasının müalicəsi isə 24 ay çəkir. Həmin müddət bitdikdə xəstəlik sağalır.

- Dediz ki, vərəmin ağırlaşmış formaları olur ki, müalicəsi iki il çəkir. Düzgün müalicə aparılarsa, xəstə hansı müddətdə özünü sağlam hiss etməyə başlayır?

- Vərəm xəstələrinin vəziyyətlərinin ağırlaşmasının səbəbkarı onların özləridir. Çünki müayinəyə gec gəlirlər. Əgər onlar müalicə olunsalar, 2-3 həftəyə, maksimum 1 aya özlərini yaxşı hiss edirlər. Ancaq müalicə bununla bitmir. İnsanlar müalicəni yarımçıq qoyduqda vərəm mikrobakteriyası mutasiya olur və davamlı vərəm forması yaranır.

- Bəzi xəstəliklər var ki, insanlar onların adını eşitdikdə həyəcanlanır və xəstəliyin sağalmayacağını düşünürlər... Vərəmli insan müalicə etdirməsə, yaşama şansı varmı?

- Elə hallar olar ki, xəstəlik özü də sağala bilər. İnsan xəstələndiyini bilməyib, müalicə almayıb, amma sağalıb. Buna özü sağalma deyilir. Yəni insan orqanizmi güclüdürsə, başqa xəstəlik yoxdursa, o, özü-özünə sağala da bilər. Düzdür, bəzi xəstəliklər var ki, adı çəkiləndə insanlar onu sağalmayan xəstəlik kimi anlayır. Vərəm infeksion xəstəlikdir, dərhal özünü büruzə vermir. İnsan özündən asılı olmayaraq, xəstə olduğunu bilmir, cəmiyyətin içində öskürərək vərəm mikrobakteriyalarını ifraz edir.

- İnsanlar arasında vərəmin daha çox hansı növünə rast gəlinir?

- Vərəm xəstəliyinə ən çox tənəffüs orqanlarında, ağ ciyərlərdə rast gəlinsə də, orqanizmin bütün orqan və sistemlərinin vərəm mənşəli zədələnməsi mümkündür və buna praktik olaraq rast gəlinir. Belə ki, sümük-oynaq sisteminin, limfa düyünlərinin, uroginekoloji orqanların, qarın boşluğu orqanlarının, dərinin, gözün və s. orqanların vərəm xəstəliyi təcrübədə müşahidə edilən patologiyalardandır.

- Kimlər risq qrupunda hesab olunur?

- İİV ilə yoluxanlar, şəkərli diabet xəstəliyi olan, hemodialız alan xəstələr, kimyaterapiya alan onkoloji xəstələr, hormonal preparatlar qəbul edən, orqan köçürülməsi əməliyyatları icra olunmuş şəxslər, qidalanması, yaşayış şəraiti aşağı səviyyədə olanlar, zərərli vərdişləri (alkoqol, siqaret və narkotik aludəçiləri) və s. olan şəxslər bu xəstəliyə daha çox tutulur. Vərəm xəstəliyi nə qədər erkən aşkar edilib, tez bir zamanda düzgün müalicəyə başlanılarsa, nəticəsi bir o qədər effektli olar.

- Vərəm xəstəliyinin yaranmasında yaşayış tərzinin rolu olduğunu dediniz. Bu fikir nə dərəcədə əsaslıdır?

- Vərəm xəstəliyi yaradan sosial amillərdən biri də yaşayış tərzi və qidalanma faktorudur. Qapalı yerlərdə çalışan adamlarda xəstəliyə yoluxma risqi yüksəkdir. Sosial vəziyyəti aşağı olan ailələrdə, cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan məhbuslarda vərəmə yoluxma faizi daha yüksəkdir və bu fakt ətrafdakıların da xəstəliyə yoluxma risqini artırır. Onu da nəzərə almaq lazımdır ki, vərəm xəstələri üçün düzgün qidalanma əsas şərtdir. Həmçinin, havanın təmizliyinin vərəmli xəstələr üçün əsas şərtlərdən olduğunu da unutmaq olmaz.

- Bu xəstəliyin Azərbaycanda artmasının səbəbi nədir?

- Vərəm xəstəliyinin əsasında dayanan faktorlardan biri immun sisteminin aşağı olması, xroniki aclıq, soyuqdəymələr və sairə ola bilər. Nəzərə alaq ki, vərəm çöpləri əksər adamlarda tapılır. Amma vərəm xəstəliyinə tutulma artıq yeni bir situasiyadır ki, bu xəstələrə ciddi şəkildə nəzarət olmalıdır. Çünki bir müddətdən sonra vərəm yoluxucu xarakter daşıyır və ətraf üçün təhlükə mənbəyinə çevrilir.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ