Çoxlarımıza tanış olan bir hiss var. Aylarla, illərlə üzünü görmədiyimiz insan(lar)la hər gün, hər saat ruhən,qəlbən bir yerdə olursan sanki... Nəinki bir yerdə olurmuş kimi, hətta məsləhət alırsan, baxışlarını üzərində hiss edirsən... küsürsən, barışırsan və ən gözəli də o ki, belə insanlar haqq karvanına qoşulub bizi cismən tərk etdikdən sonra da heç vaxt onlarla felin keçmiş zamanı kimi yox real həyatda var olan əziz adam kimi müraciət edirsən.
Eynən tanıdığım vaxtdan adını böyük hərflə ürəyimə yazdığım dəyərli ziyalımız Yavər Əbülhəsənov kimi. Yavər bəy təpədən dırnağa ziyalılıq mücəssəməsi idi. Hardan keçdisə orda bizlərə örnək iz saldı.Polkovnik idi. Müxtəlif vəzifələrdəki əmək fəaliyyətiylə, ictimai-siyasi həyatdakı təmənnasız mövqeyilə,ətrafdakı insanlara davranışıyla ,zaman-zaman çəkdiyi əziyyətlərə,sıxıntılara rəğmən gözəl ailəsiylə örnək Yavər bəy..
ŞƏHİD QARDAŞI...
Bu dəyərli ziyalımızın əbədiyyətə qovuşmasından qırx gün ötür. Xatirələrim çox olsa da illər öncə Şəhidlər Xiyabanındakı görüşümüzü xatırlatmaq istəyirəm. Yavər bəyin qardaşı İlqar Əbülhəsənov 20 Yanvar şəhidlərimizdəndir. Türkiyədən gələn qonaqlarımı Şəhidlər Xiyabanına ziyarətə aparmışdım. Yavaş addımlarla əziz ruhların qarşısından keçirdik. Yavər bəy qardaşının məzarı başında dayanmışd,yaxınlaşanlara mane olmamaq üçün bir qədər geri çəkldi.Hiss etdim ki məni görmədi .Bu vaxt qonaqlardan Mehmet Köme Yavər bəyə tərəf bir-iki addım irəliləyərək “Abi ,çok keçmiş olsun. Ancaq topraqlar zaımların əlindən alınmazsa daha kötü olur.Biz kardeşiz,sizlərə həp duaçıyız və sakın unutmayın kəndi əllərinizlə başarmalısız ,inanıyoruz ki başarırsız” deyincə Yavər bəy bir neçə saniyə dayandı və sonra “Əlbəttə ,başqa cür ola da bilməz. Bəlkə bizim nəsil o günü görməsin ancaq o gün mütləq olacaq abi,bunu da bilin”
Neçə gündür mənim də yeganə təsəllim o oldu ki əziz Yavər bəy o günü gördü,qardaşının da bütün şəhidlərimizin də qanı yerdə qalmadı.
PS..Yavər bəyin ömür-gün yoldaşı əzizim Gülnara xanım günlərdir rahatlıq ,təskinlik tapa bilmir.”Darıxıram,dözə bimirəm,bir-birimizə oqədər bağlı idik ki ...uşaqlar da nəvələri də darıxır..barışa bilmirəm bu itkiylə “ deyir. Əlbəttə, bu itkinin ağırlığını başa düşürük. Təsəlli üçün deyil sadəcə bir həqiqəti xatırladıb Gülnara xanımı və üç gözəl övladına azca təskinlik tapsınlar deyə bu kiçicik yazını belə bitirirəm. ”Ziyalı olmurlar, ziyalı doğulurlar” bu müdrik kəlam əziz Yavər bəy haqqında dediyim son yox axarıncı söz olsun. Belə adı daşımaq hər kəsə nəsib olmur. Rahat uyu, böyük insan.
Jalə CƏFƏROVA