çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Şəhid qardaşlar” kitabı - VII YAZI

Image


Cavidin həyat yoldaşı Türkan yazır...
Tarix yazanlar

Şəhidlərin qanı yerdə qalmadı. Bu gün şəhidim mənə əmanətləri ilə birgə yaşayır. Onların atası tarix yazan qəhrəmandı. Mən Çingizin şəhid olacağını o vaxtlar bilsəydim, yenə onunla ailə qurardım. Bu gün bizim dik durmağımız onun şəhadətinə bağlıdır. Ağrımız hər zaman bizimlədir. Hər zaman ürəyimizin yarası qanayır. Amma şəhidlərimizlə fəxr edirik, qürur duyuruq. Mən də gələcəyin iki əsgər anası olacam. Oğlanlarımı atası, əmisi kimi qəhrəman şəxsiyyət yetişdirəcəyəm. İnşallah, şəhidlərimizə layıq övladlar olarlar.

Hərbçilərin çox əsəbi, ailəyə qarşı qəddar olduğunu deyirlər, amma Çingiz qədər ürəyiyumşaq, ailəyə bağlı insan görmədim. Ürəyi çox saf idi. Əzizləri, dəyər verdiyi insanlarla çox mehriban idi.

Çingiz şəhiddi, amma o, mənimçün həmişə yaşayır. Həyatımızın ağrılı-acılı anlarında Allah bizə güc verdi, Çingizin xatirələri ilə yaşadıq. Çingizin gülər üzünü və baxışını ürəyimə həkk etmişəm. Hər an gözümün önündə canlanır. Gecələr mənim sirdaşım olur. Heç vaxt evindən onun gülüş səsləri getməyəcək. Mən gülərüzlü şəhidimin gülüş səslərini evimizin hər yerindən eşidirəm, duyuram. Xatirələrini evimizdə axtarıram. Evdən axırıncı dəfə çıxdığını hər gün xatırlayır, üçrəngli bayrağa bükülü tabutunun gəldiyi, son mənzilə getdiyi yollara gündə neçə dəfə baxıram.

Həyatın ağrılı-acılı günləri ilə birlikdə 8 illik xoşbəxtlik onunla getdi. Çingiz mənə ağır və məsuliyyətli, ancaq şərəfli bir yol qoyub getdi.

Televizorda şəhidlərin dəfninə baxa, tabutlara, şəhid məzarlarına dözə bilmirəm. Hər dəfə şəhid tabutlarını görəndə elə bilirəm ki, o tabut bizim evə gəlir. O anları, o acıları təzədən yaşayıram. O ağrı o qədər dərinə işləyib ki, heç bir təsəlli onu unutdura bilmir. Ancaq qürurluyam. Bilirəm ki, Çingizim Vətən, Torpaq üçün şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların qarşısında baş əyirəm.

Şəhid Məmmədov Cavid İlham oğlunun həyat yoldaşı Türkan xanımın dediklərindən

Şəhidimiz Cavid haqqında günlərlə danışsam az olar. Biz bir-birimizi uşaqlıqdan tanıyırdıq, əmioğlu-əmizıyıq. Demək olar ki, bütün uşaqlığımız bir yerdə keçib.

Atamı iki yaşında itirmişəm. Atanın nə olduğunu bilməmişəm. Anam da məni atıb, başqası ilə ailə həyatı qurub. Məni ata nənəm saxlayıb. Sonra Cavidlə bir-birimizi sevdik. Mən ilk dəfə idi kimisə bu qədər sevirdim. Cavid sanki mənə ata oldu. Ata, ana sevgisini mənə yaşatdı. On üç ildən sonra xoşbəxtliyi mənə anlatdı. Arxa-dayaq oldu. Həyatın nə olduğunu göstərdi. Yaşadığım pis günləri mənə unutduracağına söz verdi. Nişanllandıq. Bir il sonra ailə həyatı  qurduq. Evlilikdən üç il sonra öz istəyi ilə hərbi seçdi. Cavid vətəninə, torpağına, ata-anasına bağlı bir oğul və yaxşı həyat yoldaşı, eyni zamanda gözəl ata idi.

Beş il canından çox sevdiyi vətəni bir hərbiçi kimi qorudu. Əvvəlcə Tovuzda, sonra isə Naftalanda gizir kimi hərbi xidmətdə oldu. Sonra öz istəyi ilə düşmənlə üzbəüz postda xidmətini davam etdirdi. Hər dəfə evə gələndə “Postda nə qədər başı aşağı gəzəcəyik? Öz torpaqlarımıza səngərdən boylanacağıq? Niyə müharibə olmur ki, torpaqlarımızı birdəfəlik azad edək? Şəhidlərimizin, Xocalının intiqamını alaq?” - deyirdi.

Cavid axırıncı dəfə sentyabrın 9-da qızımız Damlanın ad gününə gəlmişdi. Həm də hərbi həkimlərin verdiyi sənədlə əməliyyat olunmalıydı. Ayağında damar genişlənməsi vardı. Anası da, mən də dedik ki, get əməliyyat olun. Dedi: “Müharibə başlayacaq. Mən əsgərləri tək qoya bilmərəm. Torpaqları azad edək, sonra əməliyyat olunaram”.

Gözəl bir ad günü keçirdi. Sentyabrın 15-də hərbi hissəyə qayıdanda oğlumuz Elcanı yanına çağırıb dedi ki, mən vətənə olan borcumu yerinə yetirməyə gedirəm. Bacını və ananı sənə tapşırıram. Bundan sonra mənə bir şey olsa, başını dik tut. Evin kişisi sənsən. Şəhid olsam ruhum həmişə sizinlə olacaq.

Müharibənin olacağını bilirdi, ancaq bizə bildirmirdi ki, pis olarıq.

Evimizin bütün xoşbəxtliyi Cavidlə getdi. Cavid evin böyük oğlu olduğundan biz başqa evdə yaşayırdıq. Bir il idi öz evimizə köçmüşdük.

Cavid sentyabrın 26-sı iki dəfə zəng elədi. Anası da bizdə idi. Görüntülü zəng eləmişdi. Dedi: ”Sizi də, uşaqları da görmək istəyirəm. Sabah müharibə ola bilər”. İnternet olmadığından görüntülü danışa bilmədik. Düşmənin hücum edəcəyindən xəbər tutmuşdular.

Sentyabrın 27-də zəng elədi ki, müharibə başladı.

Tərtərin Talış istiqamətində döyüş gedirdi. Saat 12-də  Cavid yenə zəng etdi. Dedim: “Özünü qoru. Mənim səndən başqa heç kimim yoxdur. Nə atam var, nə anam, nə qardaşım, bacım”. “Mən şəhid olsam, sənin arxanda Azərbaycan xalqı olacaq. Sən tək deyilsən, oğlumuz Elcan və qızımız Damla sənə əmanətdir. 7 kənd azad etmişik, amma şəhidlərimiz var. Onların qanını yerdə qoymayacağıq. Son damla qanımıza qədər vuruşub torpaqlarımızı azad edəcəyik. Allaha əmanət olun! Mən şəhid olsam, başınızı dik tutun. Vətən sağ olsun!” – deyib telefonu söndürdü. Səsindən hiss etdim ki, vəziyyət yaxşı deyil. Bilirdim ki, Cavid qorxan deyil, nə olur-olsun qisasını alacaq.

Cavidin telefonuna nə qədər zəng etsəm də, zəng çatmadı. Axşamüstü xəbər gəldi ki, qolundan yaralanıb. Sən demə, evimizin çırağı əbədi sönübmüş. “Mübariz” postuna bayraq sancarkən Cavidi snayperlə qarın nahiyəsindən vurublar. Yaralanıb. Cavidin yaralandığı yer minalı sahə olduğundan dostlarını qoymayıb gəlib onu götürələr. Yaralı ola-ola tək döyüşüb. Sonda düşmənin atdığı mərmi nəticəsində Cavid şəhadətə qovuşub.

Cavid Məmmədov o postda şəhid oldu ki, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan xalqının sevimlisi, cəsur döyüşçü Mübariz İbrahimov həmin erməni postuna girib çoxlu sayda ermənini məhv etmişdi. Ermənilərin uydurduğu “döyüşkən erməni” mifini dağıtmışdı. Azərbaycan ordusunun bir döyüşçüsünün-gizirinin etdiyi bu qəhrəmanlıq erməniləri lərzəyə salmışdı. Mübarizin qəhrəmanlığı gənclərimizə vətənpərvərlik çağırışı idi. Hamı onun kimi olmaq, onun kimi qəhrəmanlıq göstərmək istəyirdi. 2016, 2020-ci illərdəki döyüşlərdə döyüşçülərimizin mətinliyində, ölümün gözünə dik baxaraq döyüşə girib qələbə qazanmasında Mübarizin qəhrəmanlığı böyük rol oynadı. Onun qəhrəmanlığı dillərdə dastan oldu. Azərbaycan xalqı və dövləti öz qəhrəman övladlarının adını hər zaman uca tutur və böyük hörmətlə yad edir.

Mübariz postunu almaq, o posta Azərbaycan Bayrağını sancmağı hər bir döyüşçü özünə ümdə borc bilirdi. O cümlədən, vətənini canından çox sevən, torpaqlarımızı işğaldan azad etmək üçün həmişə döyüşə hazır olan, ona daim can atan igid, qorxmaz gizir Cavid Məmmədov da. Cavid qulluq etdiyi hərbi hissəni 20 gün əvvəl öz ərizəsi ilə döyüş bölgəsinə dəyişmişdi. Sanki müharibənin olacağı ürəyinə dammışdı. Vətəndaşlıq, övladlıq borcunu şərəflə yerinə yetirərək düşməndən şəhidlərimizin qisasını almağa gəlmişdi. Cavid Məmmədovun arzusu ürəyində qalmadı, o buna nail oldu. Son damla qanına qədər düşmənlə qəhrəmancasına döyüşdü. Və şəhid oldu.

Budur, Vətən sevgisi! Budur, övladlıq borcu! Budur, qəhrəmanlıq!

Qəhrəmanımız Cavid Məmmədov da Mübariz İbrahimov kimi həmin postda ermənilərlə təkbaşına döyüşərək şəhidlik zirvəsinə yüksəldi. Azərbaycanın iki qəhrəman oğlu, Azərbaycan Ordusunun iki giziri. 

Cavid 6 gün neytral zonada qaldı. Sonra döyüşçülərimiz onun meyitini götürə bildilər. Oktyabrın 4-ü Cavid doğulduğu Yeniabad kəndində torpağa tapşırıldı.

O anı ömrüm boyu unutmayacağam.

Mən Cavidimi canımdan çox istəyirdim. Cavid mənə - atasız bir qıza ata oldu. O, 17 ildən sonra mənə yaşamağı öyrətdi. Kimsəsiz olduğumu bilə-bilə mənimlə ailə qurdu. Mənə bütün xoşbəxtliyi yaşatdı. Şükür edirəm ki, Cavidin mənə iki övlad yadigarı var.

Hər qapı açılanda elə bilirəm gələn Caviddi. Hər gün gözüm onun yolunu gözləyir. Mən onun yoxluğuna heç cür inanmıram. Hətta qəbrini ziyarət edib gələndən sonra da. Gecələr uşaqların üstünü örtəndə də elə bilirəm ki, Cavid də mənimlə bərabər uşaqların üstünü örtür. Üzlərindən öpür. Uşaqların yuxulu təbəssümlərində onu hiss edirəm.

Gecələr Cavidin ruhu evimizi dolaşır. Mən bir gün də Cavidsiz olmadım. Hər gecə onunla danışıram, olanları-keçənləri bölüşürəm.

Bu gün Cavidin iyini o iki övladımızdan alıram. Hər dəfə uşaqlara baxanda, Cavidi xatırlayıram. Ona görə də Cavid həmişə mənimlədi, bizimlədi.

Mənimçün çox çətindir... Amma nə yaxşı ki, iki yadigar balamız var.

Evimizin iki şəhidi – doğmalarım Cavidlə, Çingizlə qürur duyuram!

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Od götürüb odlanan

Yollar yandırdı məni,

Toylarda yellənməyən

Qollar yandırdı məni.

 

Həsrət ata baxışı

Uşaqların üzündə,

Toyda kişilər süzər

Dul gəlinlər gözündə.

Şəhidlər heç zaman ölmürlər, qəlblərdə yaşayırlar.

Şəhidlər qanları ilə tarix yazdılar. Başımızı uca etdilər. Nə qədər Azərbaycan var, onlar da yaşayacaqlar. Gələcək nəsillərə onların qəhrəmanlıqları haqqında danışılacaq.

Cavidim, sən:

Ucaltmaq istədiyin bayraq qədər ucaldın.

Bu sevginin ən yüksək məqamıdı.

Şəhidlər ölümüylə ucalır.

Torpaq qanla suvarıldıqca Vətən olur. Müqəddəsləşir.

Bayrağın yüksəldiyi yerdi Vətən zirvəsi.

Sən şəhidliyinlə insanlığın, vətəndaşlığın ucala biləcəyi zirvəsən.

Sən tarix yazdın. Tarix səninlə yazılacaq.

Belə şəhid yoldaşları olan vətən basılmaz. Hər bir kişinin arxasında güclü qadın dayanır, deyirlər. Vətən üçün canını fəda edənlər qürur duyduqları belə cəsur, mətin xanımların həyat yoldaşlarıdır. Onlar bilirdilər ki, arxalarında onların adını yaşadacaq, övladlarını atalarının adına layiq böyüdəcək xanımları, analar var.

(ardı var)

Rəfail TAĞIZADƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ