çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Məktəb direktoru Fatma Bayramova bəlkə haqlı deyil? - müəllimə hara, şalvar hara...

Image


Məktəbdə nizam-intizamın yüksəlməsində, müəllim obrazının cəmiyyətə təqdim olunmasında, simasının, görkəminin nümunəyə çevrilməsində geyimin rolu böyükdür. Müəllimin geyiminin şagirdlərin, tələbələrin tərbiyəsinə təsiri daha çox vurğulansa da, onun təhsilin keyfiyyətinə mənfi təsirini söyləyənlərin də fikirlərində həqiqət var. Belə ki, geyim təhsilin keyfiyyətinə təsir göstərən amillərdən biri ola bilər.

Azərbaycanda müəllimlərin geyim kodeksi yoxdur. Yəni müəllimlərin sinfə hansı geyimlə daxil olması hərhansı bir qanun və ya qayda ilə tənzimlənmir.

Buna bəzən məktəb direktorları, çox zaman isə müəllimlər özləri qərar verirlər. Bəzi müəllimlər işlərinin məsuliyyətini anlayıb uyğun qarderob seçsələr də, müəyyən qisim şagirdlərə örnək olmayacaq tərzdə geyinir. Bu da uşağın tərbiyəsi ilə yanaşı, təhsilə də təsir edir. Mütəxəssislər iddia edirlər ki, müəllimlərin də digər peşələr kimi xüsusi forması olmalı, şalvar, qısa ətək qadın müəllimlərin qarderobundan uzaq olmalıdır.

Qeyd edək ki, bu günlərdə sosial şəbəkələrdə Sumqayıtda yerləşən 14 nömrəli məktəbin direktoru Fatma Bayramovanın səs yazısı yayılıb. Səs yazısında direktor qadın müəllimlərə hədə-qorxu gələrək bildirir ki, heç kəs məktəbə şalvar geyinməsin. Əks halda onları şagirdlərin yanında təhqir edəcək.

  • Təhsil Nazirliyi: “Direktor tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bir neçə qadın müəllim yenə həmin geyimdə…”

Təhsil Nazirliyindən bildirildi ki, səs yazısı Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoruna aiddir: “Direktor izahatında qadın müəllimlərdən birinin səhhətində ciddi problemlər olduğu üçün direktordan şalvar geyinmək üçün müvəqqəti icazə aldığını, digər müəllimlərin də bundan istifadə edərək müəllimə yaraşmayan geyimdə (dar şalvarda) məktəbə gəldiklərini bildirib. Bununla bağlı valideynlər məktəb direktoruna müraciət edərək şagirdlərin evdə qadın müəllimlərin geyimlərini müzakirə etdiyini bildiriblər. Direktor tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bir neçə qadın müəllim yenə həmin geyimdə məktəbə gəldikləri üçün direktorun vatsap qrupuna səs ataraq onlara ciddi iradını bildirdiyi məlum olub. Direktorun izahatı alınaraq bir daha belə hallara yol verilməməsi ilə bağlı xəbərdarlıq edilib”.

Onu da bildirək ki, mütəxəssislər məktəbdə çalışan pedaqoqların geyim tərzinin şagirdlərə örnək olmasının vacib olduğunu bildirir.

  • Nizami Hüseynov: “Şalvar qadın müəllimlərin qarderobunda olan geyim növü deyil”

Təhsil eksperti Nizami Hüseynov qeyd etdi ki, hər bir insan haqqında ilk təsəvvür yaradan vacib faktorlardan birincisi onun xarici görünüşü, geyimidir: "Düşünürəm ki, müəllim bir tərbiyəçi kimi öncə xarici görünüşü ilə öz daxili aləmi, mədəniyyəti haqqında rəy formalaşdırmaqla yanaşı, eyni zamanda qarşısındakını da bu yolla tərbiyə edir. Buna görə də müəllimin geyim tərzi onun üçün həm də bir tərbiyə vasitəsidir. Elə müəllimlərimiz var ki, yaşından, sosial durumundan, həyat və peşə təcrübəsindən asılı olmayaraq istər rəsmi, istərsə də qeyri-rəsmi şəraitdə, hətta küçədə gedərkən belə, onların müəllim olduğu müəyyənləşir. Sanki çöhrəsindən, davranışından, danışığından, ədəb-ərkanından və ən başlıcası görünüşündən ziyalı, müəllim təbəqəsinə aid olduğu aydın görünür. Təbii ki, bu müəllimlər həmişə hamı tərəfindən sevilib, cəmiyyətdə böyük nüfuz və hörmət sahibi olmaqla yanaşı, yetirmələri onlara daim pərəstiş edib, həmin müəllimləri özlərinə kumir seçiblər. Bəzi müəllimlərimiz də var ki, onların xarici görünüşü şagirdlərdə yanlış təsəvvür, zövqsüzlük tərbiyə edir. Bu müəllimlər açıq-saçıq, "təhsil və tərbiyə ocağı" adlanan məktəbə qətiyyən uyğun olmayan geyimləri, həddən ziyadə bər-bəzəkləri və davranışları ilə şagirdlərə yanlış və eyni zamanda mənfi təsir göstərirlər. Bununla yanaşı, qeyd edim ki, belə müəllimlər arasında da çox səriştəli, peşəsinin vurğunu, yüksək elmi savada malik insanlara rast gəlmək olar. Lakin geyim tərzi və ümumilikdə xarici görünüş hər şey demək deyilsə də, qeyd etdiyim bir çox faktorları güclü səciyyələndirir. Ümumiyyətlə, məktəbdə müəyyən çərçivə  olmalıdır. Məktəbdə çalışanlar yetişməkdə olan yeni nəslin tərbiyəsi ilə məşğul olduqlarını bir an belə unutmamalıdırlar. Məhz bu faktor təlim-tərbiyə ocağında çalışan hər bir insana bu məsələyə çox ciddi yanaşmaq və xarici görünüşünü düzgün tənzimləmək üçün yetərli əsas verməlidir”.

Ekspert hesab edir ki, qadın müəllimlər birdəfəlik şalvardan imtina etməlidirlər: " Şalvar qadın müəllimlərin qarderobunda olan geyim növü deyil. Qadın müəllimlər qısa yubkalardan, bər-bəzəkli parçalardan tikilmiş geyimlərdən uzaq olmalıdırlar.

  • Könül İsmayılova: “Müəllim öz imicini düzgün formalaşdırmalı, gələcək nəsillərə nümunə olacaq bir geyim və davranış nümayiş etdirməlidir”

Psixoloq Könül İsmayılova bildirdi ki, şagirdlər hələ uşaq yaşlarından evdə valideynlərindən, məktəbdə isə müəllimlərindən istər davranış, istərsə də geyim baxımından örnəklər alır və bunu tətbiq etməyə çalışırlar. Bu baxımdan təhsil ocaqlarında müəllimlərin geyiminə xüsusi diqqət verməsi vacibdir: “Müəllim öz imicini düzgün formalaşdırmalı, gələcək nəsillərə nümunə olacaq bir geyim və davranış nümayiş etdirməlidir. Qadın müəllimlər açıq-saçıq geyimdə məktəbə gəlməməlidirlər. Onların məktəbə dar şalvar geyinib gəlməsi də tədris mühitinə mənfi təsir göstərir. Qadınlar məktəbə dar şalvar geyinib gəldikdə qız şagirdlər də ona baxıb elə geyinə bilərlər. Bundan başqa, müəllim öz xarici görünüşü ilə öz şəxsiyyətinə, fənninə və onun incəliklərinə maraq yarada bilər. Əks halda isə yəni açıq-saçıq geyimlər və cəlbedici aksessuarlarla şagirdlərin qarşısına çıxarsa onların diqqəti tezliklə yayınar və dərsə qarşı maraq azalar. Bundan başqa, müəllim təkcə geyiminə deyil, həmçinin səliqəyə və təmizliyə də xüsusi fikir verməlidir. Bu kimi hallar şagird şəxsiyyətinin formalaşmasında çox mühüm rol oynayır. Onların gələcəkdə bir şəxsiyyət kimi cəmiyyətdə yer tutmasına müsbət təsir edir”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ