çərşənbə axşamı günü, 10 noyabr 2026
     

XAN QIZI NATƏVANIN İRƏVAN XANLIĞI İLƏ QOHUMLUĞU

Image


Prezident İlham Əliyev martın 14-də Xurşidbanu Natəvanın 190 illik yubleyi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir: “Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır.”

Natəvanın doğulduğu və əsası ulu babası Qarabağın ilk xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri 2020-ci ilin 8 noyabr tarixində işğaldan azad edildikdən sonra Xan qızının ruhu da sakitlik tapdı.

Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi, Şuşa şəhərinin qurucusu Pənahəli xanın nəticəsi, əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də Şuşa şəhərində doğulub. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Natəvanın dünyaya gəlişi ailəsinə və Şuşa camaatına Tanrının sanki bir töhfəsi idi. Çünki Natəvan dünyaya gələndə Mehdiqulu xan 60 yaşında idi. Natəvan onun illərlə gözlədiyi övladı idi. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sonuncu varisi olduğu üçün, onu sarayda “Dürrü yekta” (“Tək inci”), el arasında isə “Xan qızı” çağırıblar.

Xurşidbanu ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir. Anası Bədircahan bəyim Cavad xanın nəvəsi, Uğurlu bəyin qızıdır . Natəvan iki böyük nəslin - Cavanşirlərin və Ziyadoğlu Qacarların qanını daşıyırdı.

Xurşidbanunun fitri istedadının üzə çıxmasında Şuşa ədəbi mühiti böyük rol oynamışdır. Natəvan şairliklə yanaşı, istedadlı rəssam idi. AMEA  Məhəmməd Füzuli  adına  Əlyazmalar İnstitutunda M-117 şifri altında mühafizə olunan  “Gül dəftəri” albomu bunu təsdiqləyir .

Natəvanın rəsmləri barədə tədqiqatçı  Bəylər Məmmədov  yazır: “Xurşidbanuya qədər rəssamlar dini, romantik mövzular ətrafında dolanır, div, pəri və əsatiri döyüşlər çəkməklə kifayətlənirdilər. Lakin Natəvanın naturadan işlədiyi “Budaq”, “Üzüm salxımı”, “Ağac”, “Ev”, “Gül”, “Çiçək” təsvirləri Azərbaycan incəsənətində yenilik hesab olunurdu”.

AMEA Əlyazmalar İnstitutunda saxlanan bu albomun cildindəki tirmə üzərində rəngli saplarla bir tərəfdən nərgiz, qızılgül və miladi tarixlə “1886-cı il”, digər tərəfdə isə küknar, qovaq, şam ağacı və hicri tarixlə “1304-cü il” toxunmuşdur.

Rəsmlər Şərq ornamentləri ilə haşiyələnmişdir. Şeirlərin düzülüşündə klassik ədəbiyyatın qaydalarına riayət edilməmişdir. Dəftərin VIII səhifəsinə qədər nəstəliq, şikəstə xətti ilə Mirzə Rəhim Fəna, Məşədi Əyyub Baki və Natəvanın növhə, sinə zən və çarparələri yazılmışdır.

Sonra “Gül”, “Yasəmən”, Qərənfil”, “Süsən”, “Lalə” və s. rəsmlərin ardınca 214-cü səhifəyə qədər müxtəlif peyzaj, miniatür və etüdlər çəkilmiuşdir. Xan qızı Natəvan bunları nazik karandaş ilə çəkmişdir. Albomdakı mənzərə şəkillərin Tiflisdə çəkilmiş  “Kür qırağı”, “Metex qalası”, “Narınqala”, “Müctəhid bağı”, “Şeyx Sənan dağı” xüsusilə diqqətəlayiqdir.

Əlyazmalar İnstitutunda saxlanan  “Gül dəftəri” adlı albomundakı rəsmlər  repro­duk­siyaları ilə birlikdə “Neçin gəlməz” kitabına daxil olunmuşdur.Bu kitab  2012-ci ildə “Təhsil” nəşriyyatında nəfis şəkildə çap edilmişdir. Əlyazmalar  İns­titutunda saxlanan “Gül dəftəri”i albomunu  Xan qızı Natavan 1886-cı ildə tərtib etmişdir .

Əlyazmalar İnstitutunun arxivində Xurşidbanunun qız nəvəsi Əkbər xan Nax­çı­vans­kinin nənəsi haqqında xatirələri saxlanılır. Bu xtirələr “Neçin gəlməz” kitabına “Əkbər xan Naxçıvanskinin  Xurşidbanu Natəvan haqqında xatirələri”  adlı başlıqla salınmışdır . Əkbər xan Naxçıvanski  xatirələrdə nənəsinin zahiri görünüşü, xasiyyətləri, şəxsi insani keyfiyyətləri, onu əhatə edənlərlə rəftarı, ədəbiyyata, ana dilinə, musiqiyə münasibəti, mu­ğamatı gözəl bilməsi barədə elə dəyərli faktlar söyləmişdir ki, bunların Natəvanın həyat və yaradıcılığını tədqiq edənlər üçün böyük maraq kəsb edəcəyi şübhə doğurmur. Bu xatirələrdə Natəvanın həyat yoldaşı Xasay xan Usmiyev, övladları Mehdiqulu xan Vəfa, Xanbikə, nəvəsi Ağbikə, “Məclisi-üns”ün üzvləri – İskəndər bəy Rüstəmbəyov, Əbdüssəməd bəy, Mirzə Rəhim Fəna, qohumları və yaxınları barədə çox dəyərli məlumatlar vardır. 

Natəvanın övladlığa götürdüyü, əslən Qubadlı seyidlərindən olan Mir Həsən Mir Haşım oğlu Ağamirovun (1871-1953) xatirəsində “Məclisi-üns”ün yeddi məclisindən danışılsa da, görünür ki, burada o, məclislərin ayrı-ayrı fraqmentlərini yazıya köçürməyə çalışmışdır.

Öz gözəlliyi ilə dillər əzbəri olan Xurşidbanu həyatda öz xoşbəxtliyini tapa bilməmişdir. Xurşidbanu özünə “Natəvan” sözünü (yəni kimsəsiz, köməksiz) təxəllüs götürmüşdür. Tale onu qəribə sınaqlarla üz-üzə qoymuşdur. Natəvanın yaşadığı dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi, xan ailələri üzərində nəzarəti gücləndirmiş və Xurşidbanu Xasay bəy Usmubəylə izdivaca məcbur edilmişdir. Bəzilərinə görə isə Vorontsovun şəxsi yavəri Xasay bəy Tiflisdə onlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşidbanuya evlənmək təklifi etmişdir. 1850-ci ildə Xasay bəy Şuşaya gəlib toy etmiş, sonra isə Xurşidbanunu Dağıstana doğma kəndinə, oradan da Tiflisə aparmışdır. 18 yaşlı Natəvan həyatının çiçək açdığı bir dövrdə vətənindən uzaqda yaşamağa məcbur olmuş, çox vaxt tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdir. Gənc ailənin bir müddət övladlarının olmaması Natəvana bir dərd olmuşdur. Deyilənlərə görə, Natəvan müqəddəs ocaqlara ziyarətə getdikdən  (1854-cü il Bakının Şıx kəndindəki Bibixanım məscidi) 5 il sonra onun bir oğlu dünyaya gəlir. Adlını Mehdiqulu qoyurlar (1855). Sonra isə qızı Xanbikə (1856) dünyaya gəlir . Bəzi mənbələrdə Xanbikənin adı Fatmabikə kimi verilib.

O, qızı Xanbikəni İsmayıl xan  Naxçıvanskinin böyük oğlu Əmanulla xan Naxçıvanskiyə verir. Çünki Xan qızının  atası Qarabağ xanları olmuş Cavanşirlərdən, anası isə Ziyadoğlu Qacarlardan olan Gəncə xanı Cavad xanın nəvəsi Bədircahan bəyim idi. Aman xanın atasının nənəsi Tükəzban xanım İrəvan xanlarından – Dəvəli Qacarlardan olduğundan Kəngərlilərlə bu tayfalar arasında qohumluq, bir növ, təzələnmişdir. Elə bu səbəbdən də Xurşidbanu Natəvan qızını ata-babalarının (hər iki tərəfdən) qohumları və sədaqətli dostları olan general İsmayıl xanın oğlu Aman xana ərə vermişdir.

Əmanulla xan Naxçıvanski 15 iyun 1845-ci ildə Naxçıvanda anadan olmuş, 1865-ci ilin  may ayında  hərbi xidmətə başlamışdır. 1869-cu ilin 21 avqustunda oradakı xidmət müddətini bitirib, ordu süvariliyinə yüksəldilmişdir. O, “Alihəzrət İmperator Aleksandr Nikolayeviçin konvoyunda xidmətə görə” gümüş medal ilə mükafatlandırılmış və Anninskaya lenti hədiyyə olunmuşdur. 1877-ci ildə Rus-Türk müharibəsinin  başlamasından sonra yenicə yaradılmış İrəvan Süvari Qeyri-Nizami Alayına qəbul edilmiş və 6 iyun 1877-ci ildə Bəyazid döyüşündə ciddi formada yaralanmışdır. O, 23 günlük Bəyazid mühasirəsinin iştirakçısı olmuşdur. Həmin ilin 19 iyununda xidmətdə göstərdiyi igidliyə və cəsarətə görə qılıncla birlikdə III dərəcəli  Müqəddəs Anna ordeni ilə mükafatlandırılmış, 19 dekabr 1877-ci ildə imperial əmrlə  Kazak alayına təyin edilmişdir. 28 mart 1882-ci ildə Kazak Alayının korneti olan Əmanullaxan Naxçıvanski Qafqaz Hərbi Dairəsinin təklifi ilə leytenantlığa, 9 aprel 1889-cu ildə isə ali sərəncam ilə Ştabs-rotmistr rütbəsinə yüksəldilmişdir. Əmanulla xan Naxçıvanski məşhur azərbaycanlı şairə,  Qarabağ xanları nəslindən  olan Xurşidbanu Natavanın qızı Xanbikə xanım Usmiyeva (1855–1921) ilə ailə həyatı qurmuşdur. 

Amanxan Naxçıvanski ilə Xanbikə xanım Usmiyevanın nikahından Bəhramxan, Əkbərxan, Xaqanxan, Kamran xan, Ənvər xanım, Sənubər xanım adlı övladları olmuşdur. Amanxan Naxçıvanski təxminən 1891-ci ildə Naxçıvan şəhərinin cənubunda yerləşən, İmamzadə türbəsinə bitişik olan I Kalbalı xan Kəngərlinin ailə sərdabəsində dəfn edilmişdir .

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin İrəvan və Naxçıvan xanlığı haqqında müdrik kəlamı var: “...İrəvan xanlığı var, Naxçıvan xanlığı ilə İrəvan xanlığı bir-biri ilə çox bağlı idi. İndi ermənilər deyirlər ki, yox, orada ermənilər olubdur. Amma, həqiqətən, İrəvan xanlığıdır. Naxçıvan xanlığını siz dərindən öyrənəndə, mütləq İrəvan xanlığına gedib çıxacaqsınız. İrəvan xanlığı haqqında materialları Rusiyanın arxivlərində, Sankt-Peterburqda, rus imperiyasının arxivlərində tapacaqsınız və görəcəksiniz ki, dünyada nələr var”.

Naxçıvanskilərnən olduğu kimi Xan qızının İrәvanski vә Makinskilәr nәsillәri ilə də qohumluq əlaqələri var.

Azər­bay­can Milli ElmlərAkademiyasının Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Ofeliya xanım Bağırbəyova Abbasqulu xan İrәvanski, Pәnah xan Makinskinin nәticәsi, Әli xan vә Tacı xanımın nәvәsidir. Ofeliya xanım anası İrәvan şәhәrinin iki mәşhur zadәgan ailәsinin – İrәvanskilәr vә Makinskilәr nәsillәrinin nümayәndәsidir. Azәrbaycanda  yeganә “İzotop geologiyası vә geoxronologiya” laboratoriyasının yaranmasında Ofelyaa xanımın böyük әmәyi olmuşdur. Apardığı radio xronoloji vә geoloji analizlәrin hәm nәzәri, hәm dә praktiki baxımdan mühüm әhәmiyyәti olmuşdur. O,üç monoqrafiyanın vә 110-dan çox elmi mәqalәnin müәllifidir. Rusiyada, Türkiyәdә, İranda, Yunanıstanda, Çindә, Avstraliyada vә digәr ölkәlәrdә keçirilәn beynәlxalq elmi konfransların vә simpoziumların iştirakçısı olmuşdur.

Ofelya xanımın elmi fәaliyyәti ilә yanaşı, pedaqoji sahәdә, gәnclәrin elmi bilik vә bacarıqlarının artmasında, tәlim-tәrbiyәsindә mühüm xidmәtlәri olmuşdur. Bakı şәhәrindә yerlәşәn Nәcib Xanımlar Kollecindә direktor müavini vәzifәsindә çalışmışdır . Ofeliya xanım Bağırbəyova hazırda  Azər­bay­can Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda işləyir.

 İrәvanskilәr vә Makinskilәr də öz növbәsindә Naxçıvanskilәrlә yaxın qohum idilәr . Hәmin nәslin nümayәndәlәrindәn olan Pәnah xan Makinski 1905-ci ildә İrәvanda ermәnilәr tәrәfindәn azәrbaycanlıların qәtliamı ilә bağlı dövlәt vә hökumәt orqanları qarşısında çıxış etmiş vә bu mәsәlәyә öz münasibәtini kәskin formada bildirәn şәxslәrdәn olmuşdur. Ofelya xanımın babası Әli xan Makinskinin Azәrbaycanın mәdәni hәyatında, o cümlәdәn teatr sәnәtinin inkişafında mühüm xidmәtlәri olmuşdur . İrәvanda ilk Azәrbaycan tәhsil ocağı olan Haşım bәyin mәktәbinin yaradılmasında da Abbasqulu xan İrәvanski vә Pәnah xan Makinskinin kömәyi olmuşdur. Abbasqulu xan Mehbalı xan oğlu İәrvanski tarixә İrәvanın qurucu xanı kimi adı yazılan Hüseynәli xanın nәslinin nümayәndәsidir. Hüseynəli xan 1776-cı ildə İrəvanda Göy Məscidi tikdirmişdir.Bu məscidə Hüseynəli xan məscidi də deyilir.Hazırda İrəvanda  İrəvan xanlığından qalan yeganə abidədir.

Ofelya xanımın ulu babası Abbasqulu xan İrәvanskinin iki həyat yoldaşı olmuşdu: Bilqeyis xanım və Tərlan xanım. Tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Tarixi fotoşəkil ən yaxşı tədqiqat əsəridir”  adlı məqaləsində Abbasqulu xan İrәvanskinin  Bilqeys xanım, Tərlan xanım və Zərrintac bəyim adlı üç  həyat yoldaşı olduğunu  yazır . Abbasqulu xanın iki həyat yoldaşı: Tərlan xanım, Zərrintac bəyim Naxçıvanlı olub. Tərlan xanım-general İsmayıl xan Naxçıvanskinin; Zərrintac bəyim isə geniral – mayor II Kalbalı xan Naxçıvanskinin qızlarıdır.

Bu tarixi fotoşəkildə Abbasqulu xan İrəvanski ortada əyləşmişdir.Abbasqulu xandan sağda əyləşən qızı Gövhərtac xanımdır,qucağındakı uşaq oğlu Əziz xandır.İkinci cərgədə solda ayaq üstədə dayanan ikinci şəxs Gövhərtac xanımın həyat yoldaşı Bəhrəm xan Naxçıvanskidir.Bəhrəm xan 1872-ci ildə Naxçıvan şəhərində İsmayıl xanın oğlu Aman xanın ailəsində anadan olmuşur.Anası xanbikə Xurşidbanu Natəvanın qızıdır. Uşaqlıq illəri 1886-cı ildən etibarən Şuşada keçmişdir. Bəhrəm xandan  sağda ayaq üstə duran Abbasqulu xanın oğlu Həsən xandır.Onun qarşısında oturan qadın həyat yoldaşı Nuraleyin xanımdır.Ön cərgədə soldan birinci Abbasqulu xanın oğlu Xanlar xandır, qucağındakı oğludur.Abbasqulu xanın qarşısında əyləşən isə sonbeşik qızı Tacı xanımdır.Tacı xanım Pənah xan Makinskinin oğlu Əli xan ilə ailə qurmuşdur.Arxa cərgədə solda aya üstə dayananan Rəhim xan Naxçıvanskinin balaca qızı Xurşidə,ondan sağdakı isə Fəxrəntac xanımın həyat yoldaşı Cəfərqulu xan Naxçıvanskidir.Fəxrəntac xanımın yanındakı Cəfərqulu xanın ikinci həyat yoldaşıdır.Fəxrəntac xanımın qarşısında oturanlar onun qızı Nazbəyim,oğlu III Klbalı xandır.Abbasqulu xan İrəvanski 1905-ci ildə İrəvnda və Naxçıvanda xalqı başına toplayaraq erməni daşnaklarına qarşı vuruşmuş,müsəlmanların İrəvandan köçürülməsinin qarşısını almışdır.Abbasqulu xan hər iki tərəfin ağsaqqalı sayılırdı.

Tərlan xanımın 6 övladı olub. 3 oğlu; Böyük oğlu Həsən xan , Kərim xan, Xanlar xan və 3 qızı: Fəxrəntac xanım , Gövhərtac xanım, Tacı xanım (Ofelya Bağırbəyovanın nənəsidir.Qeyd edək ki, Ofeliya xanım Bağırbəyova bu nəsildən qalan yeganə yadigardır). Digər mənbələr isə 7 övladı: 4 oğlu Kərim, Əli, Həsən və Xanlar xan və 3 qızı Fəxrəntac, Gövhərtac və Tacı xanım olduğunu yazır .

Ofelya xanım Bağırbəyovanın ana nənəsi olan Tacı xanım Pənah xan Makinskinin oğlu Əli xan Makinski ilə alə qurmuşdur. 

Bu izdivacdan Süleyman xan adlı bir  oğlu, Tamara, Səltənət və  Dövlə xanım adlı üç qızları olur.

Ofelya xanımın anası Dövlə xanım Xan qızı Natəvan ilə ana tərəfdən qohum olurlar. Dövlə xanımın xalası Gövhərtac xanım Əmənullah xanın oğlu Bəhrəm xan ilə ailə qurur. Bəhram xan 1872-ci ildə Naxçıvan şəhərində İsmayıl xanın oğlu Aman xanın ailəsində anadan olmuşdur. Anası Xanbikə Xurşidbanu Natəvanın qızıdır. Beləliklə Əziz xan Abbasqulu xanın nəvəsi, Xan qızının isə nəticəsidir.

Rübabə Şirinova
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutu

[email protected]



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ