çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Şəhid qardaşlar” kitabı - VI YAZI

Image


(Əvvəli ötən saylarımızda)

İnsan atasına, anasına, qardaş-bacısına, əziz dostuna demədiyi, deyə bilmədiyi sözünü həyat yoldaşına deyir. Həyatını bölüşdüyü yarısıyla bölüşür ən mühüm məqamlarını, sirlərini. Könül verdiyinə açır ürəyini, dərdini. Onu özü-özünü dinləyirmiş kimi dinləyir, istəyini öyrənir. Dərdləşir, dərdini bölüşür həyatına yoldaş olan yoldaşıyla, dərddaşıyla, sirdaşıyla... Gələcək haqqında xəyallar qurur. Birgə gələcək haqqında...

Deyirlər Portuqaliyada, İtaliyada və başqa dənizsahili ölkələrdə balıqçılar hər dəfə dənizə çıxanda doğmaları ilə vidalaşırlar. Bilirlər ki, geri qayıtmaya bilərlər.

Eynən müharibəyə, döyüşə gedən döyüşçülər kimi... Gözünün içinə baxıb nələr düşündüyünü, o anda nələr yaşadığını, bağrına basıb ürək döyüntülərini, arxasınca baxıb son addım səsini yaddaşına əbədi köçürürərək.

Şəhid Məmmədov Çingiz İlham oğlunun həyat yoldaşı Kifayət xanımının dediklərindən

Çingiz haqqında günlərlə danışsam az olar. Şəhidimlə tanışlığım, evlənməyimiz, həqiqətən, Allahın qismətidir. Qardaşım Naxçıvanda Çingizin əsgəri idi. Ailəmiz Çingizi qonaq çağırmışdı. Onda görmüşdük bir-birimizi. Bir ildən sonra Çingiz məni qaçırtdı.

2014-cü ildə toyumuz oldu. Səkkiz ildi hərbiçi ailəsiyəm. Bu hər kəsə nəsib olmur. Şəhidimin mənə iki oğul yadigarı var. Elgizimiz 8, Uğurumuz isə 3 yaşındadır.

Çingiz yaxşı həyat yoldaşı, yaxşı ata, yaxşı oğul idi. Vətəninə, torpağına çox bağlıydı. Hərb peşəsini çox sevirdi. İşğalda olan torpaqların geri qaytarılmasını, bəlkə də o hamıdan çox istəyirdi.

Çingiz 5 il Naxçıvanda PDM komandiri oldu, sonra Tovuzda və Şəmkirdə həmlə taborunda qulluq elədi.

Naxçıvanda olanda çox vaxt tək qalmalı oldum. Çoxadamlı evdən çıxmış adamın tək qalması və buna adaptasiya olunması çox çətindi. Saatlarla, bəzən günlərlə tək qalmalı olursan. Ən çətini də gecələr. Tanımadığın yerdə gecə sənə ancaq xəyallar qurmaq qalır.

Hərbçi yoldaşı olmağın ağırlığını onda anlamağa başladım. Çingizə baxıb onun qədər cəsarətli olmağa çalışırdım. Zaman keçdikcə çox seylərə öyrəşdim. İnsan çətin məqamda, bərkə-boşa düşəndə möhkəmlənir.

Hər dəfə Naxşıvanı yada salanda Aprel döyüşləri yadıma düşür. Həyatımın ən çətin, ən ağrılı, dözülməz, sözlə ifadə olunmayan 4 günü.

2016-cı il, 2 aprel... Gecə saat 3-4 arası olardı, həyəcan siqnalı verildi. Çingiz tez geyinib getdi. Hərdən belə çağırışlar olduğundan qorxmadım. Onda biz Naxçıvanda Hərbi Şəhərcikdə yataqxanada qalırdıq. Səhər açılırdı, saat 7 olardı Çingiz gəldi. Lazım olan  şeyləri, paltarlarını yığdı. Soruşdum ki, nə baş verir? Sağollaşıb, “ola bilər bizi döyüşə aparsınlar. Müharibə başlayıb. Əmr gözləyirik. Şəhidlərimiz var”, dedi.

O an nələr yaşadığımı bir Allah bilir. Çox qorxdum, çünki Naxçıvanda tək idim, heç kimim yox idi. Əlimdən ancaq Allaha dua etmək gəlirdi. Hərbi yataqxanadakı bütün kişilər getmişdi, təkcə qadınlar qalmışdı. Biz o dörd ağır günü bir-birimizə dəstək olaraq, dua edərək yaşadıq. Onlardan heç bir xəbər yox idi. Telefon da işləmirdi. Çingizgil dörd gün əmr gözlədilər. Dörd gündən sonra görüş üçün evə gəldilər. Onda hərbiçi peşəsinin necə ağır olduğunu daha yaxşı anladım. Çingiz şəhidlərimizə görə o qədər üzülmüşdü ki, müharibənin dayanmasını, şəhidlərimizin qanının yerdə qalmasını istəmirdi. Şəhidlərimiz üçün mən də çox üzüldüm. Onların dəfnini televizordan izlədikcə ağlayırdım. Müharibənin gec, ya tez olacağı hiss olunurdu. O dörd gün Çingizlə bərabər bütün hərbçilər sırada əmr gözlədilər. Hamı kimi Çingizin də şəhidlərimizə görə düşmənə nifrəti daha da artmışdı. Bilməzdim ki, nə vaxtsa mənim də şəhidim olar. Yoxsa günlərin hər anı üçün xatirələr yazardım.

Naxçıvandan gedəndən sonra bu hadisəni ikinci dəfə Tovuz döyüşündə yaşadım. Yenə həyəcan siqnalı verildi. Onda artıq Çingizlə bərabər Cavid də döyüşə gedirdi. Bir evdən iki nəfər, iki hərbçi...

Bu hadisədə də çox darıxdım. Müharibənin olacağına inamim artırdı. Yenə Çingiz 2 gün sırada əmr gözlədi. Evə zəng vurub bizimlə sağollaşdı, bizi çox sevdiyini və vəziyyətin gərgin olduğunu, hər an döyüş başlaya biləcəyini dedi. Şahidlərimizin olduğuna çox sarsılmışdı.

Üçüncü hadisə 2020-ci ilin sentyabrında başladı...

Çingiz sonuncu dəfə evə 2020-ci il sentyabrın 25-də gəldi. Mənə zəng vurdu ki, yemək hazırla. Gəldi. Ac idi, amma yeməyi az yedi, kədər sanki onu doyuzdurmuşdu.

Böyük oğlumuz məktəbə gedəcəkdi. Ona paltar almışdım, Çingizə də hədiyyə köynək. Baxdı, inşallah, gedim-qayıdım, Elgizi məktəbə özüm aparacam, dedi. Sevinirdi oğlunun məktəbə getdiyinə, ancaq gözlərində kədər vardı. Ona aldığım qara köynəyi də bəyəndi. Geyinib baxdı, mənə necə də yaraşır, çox sağ ol, dedi. Sadə rəngdə paltarı sevərdi. O köynəkdə elə gözəl görünürdü ki... Əynindən çıxarmadı, o paltarla bir saat yatdı. Oyatdım ki, qalx gedirsən, bir az da bizimlə vaxt keçir. Qoy bir saat da öz yerimdə yatım, dedi. Sanki bilirdi öz yatağında son yatışı olduğunu. Çox pis oldum, ağladım. Hiss etdim ki, onu itirəcəm. Sənsiz mən neyləyərəm, deyəndə, məni zarafatla sakitləşdirdi. Mənə heç nə olmaz, mən şirəm, dedi. Həmişəki kimi yenə deyib-gülürdü ki, narahat olmayaq, nigaran qalmayaq. Amma gözlərində kədər vardı. Bir də doğmalarını, balalarını görməyəcək kədər. O son gün həyatımın ən ağır və ən sevincli günü kimi yaddaşımda qaldı. O günün hər saniyəsi mənim üçün dəyərlidir. O kədərli baxışları, o gedişi heç vaxt unutmaram.

İnsan başına gələcəkləri əvvəlcədən hiss edir.

Evdəkilərlə sağollaşdı, uşaqlarla görüşdü. Uşaqları tapşırdı, özünüzdən muğayat olun, dedi.

Müharibənin başlayacağını deyib, bizimlə vidalaşıb müharibəyə getdi.

Qardaşı Cavid də müharibədə olduğu üçün bir-birindən narahat idilər. Tez-tez əlaqə saxlayırdılar.

Çingiz Cavidin şəhid olmasını sentyabrın 28-dən bilirmiş. Həmin gün bizimlə danışdı, amma heç nə demədi. Səhərisi yenə danışdı, anasına heç nə demədi, sonra mənimlə danışdı, uşaqları soruşdu. Onları çox istəyirdi. Döyüşə gedəcəyini söyləyib, vidalaşdı.

Çingizin qulaq yaddaşıma yazılan sonuncu danışığını hər gün eşidirəm. İki dəfə Cavidi, iki dəfə də Elgizi soruşdu. “Elgiz evin kişisidi. Narahat olma, uşaqlar yanındadır. Mən rahatam. Onlar səni, sən də onları qoru, bir-birinizi buraxmayın. Sizinləyəm”, - deyib sağollaşdı. Mən də dualarımız səninlədi, dedim.

O an hiss etdim ki, o bir daha geri dönməyə bilər. Nə qədər ağır olsa da, Çingizin səsini bir daha eşitməyəcəyimə, şəhid olacağına özümü hazırladım. Çünki hərbçinin xanımı bu həyatı seçəndə hər şeyi gözə alır. Bir gün şəhid xanımı olacağını da fikirləşir.

Qaynım Cavid oktyabrın 4-də üçrəngli bayrağa bükülərək Şəmkir rayonu Yeniabad kəndinə ilk şəhid olaraq gətirildi. Qəhrəman şəhidimiz doğulub boya-başa çatdığı doğma kəndində dəfn olundu. Cavidin acısını yaşayırdıq, sən demə Çingiz də şəhid olubmuş, xəbərimiz olmayıb. Çingizin döyüş yoldaşları, komandiri Cavidin şəhid olmasını bildikləri üçün Çingizin geri qayıtmasını təklif ediblər, o isə ağrısını ürəyinə sıxıb. Düşmənə nifrəti daha da artan Çingiz qardaşının və bütün şəhidlərin qanını alacağını deyib, döyüşə atılıb. Düşmənə nifrəti daha da artdığından ölümün gözünün içinə dik baxaraq qəhrəmancasına döyüşüb. Bir neçə dəfə düşmən pusqusundan xəbər tutaraq əks hücumla düşməni susdurub, döyüş postunu almaqda qəhrəmanlıq göstərib. Döyüşçü dostları Çingizin qəhrəmanlığından, mübarizliyindən, mərliyindən çox danışırlar.

Çingiz oktyabrın 4-də aldıqları posta ermənilər tərəfindən atılan mərmi zərbələri nəticəsində döyüşçü dostları ilə birgə qəhrəmancasına şəhid olaraq şəhadətə qovuşub.

18 nəfər şəhid yoldaşı ilə birlikdə Çingizin basdırıldığı yer 78 gündən sonra döyüşçülərimiz tərəfindən tapılıb.

Biz isə Cavidin yasını verə-verə Çingizi axtarırdıq. Demək olar ki, bütün günümüz gözüyaşlı keçdi. Çingiz DNT testindən keçirildi və öz kəndində - Yeniabadda, qardaşının yanında dəfn edildi. Kəndin ikinci şəhidi də bu evdən oldu. Şəhid tabutlarından biri yox, ikisi bizim evə gəldi. Bir ailənin iki qəhrəman övladı, iki şəhidi: Məmmədov Cavid İlham oğlu və Məmmədov Çingiz İlham oğlu.

Şəhidimi son mənzilə öz çiynimdə apardım. Sanki o şərəfli gün Allah mənə əlavə güc vermişdi.

Bizim üçün çox ağır oldu. O ağrı həmişə hiss olunacaq. O vaxt kiçik oğlumuz Uğur 1 yaş 2 aylıq idi. Uğur Çingizimə ata deyə bilmədi. Çingizim onun ata kəlməsini eşitmədi. Uğur atasını tanımadı. Övladlarımız Çingizsiz böyüyür. Amma vətənsiz, torpaqsız olmadıq.

Şəhidlər xiyabanı…

Nələr gördüm,

nələr, nələr -

neçə-neçə, cavan-cavan

ata gördüm,

oğul səsi eşitməmiş,

arzulara yetişməmiş.

Ata gördüm ümidlərdə

inamlarda yaşayası,

ataya oğlun tanıdan

gəlin ana -

əlində xına yarası.

(ardı var)

Rəfail TAĞIZADƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ