çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Şagirdlərin narkotestdən keçirilməsi - mübahisələr və narazılıqlar nəyə söykənir...

Image


Azərbaycanda narkomaniya cavanlaşır. Artıq 13-14 yaşlı məktəblilər arasında da narkotik istifadəçilərinin sayı artır. Bu, rəsmi məlumatlarda da qeyd olunur. Məktəblilər arasında bu bəlanın yayılmasının qarşısını almaq istiqamətində müəyyən işlər görülsə də, nəticə elə də ürəkaçan deyil.

Bu səbəbdən də təklif edilir ki, məktəblilər narkoloji test müayinəsindən keçsin. Milli Məclisin ötən iclasında “Narkoloji xidmət və nəzarət haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı məlum məsələ gündəmə gətirilib. Qeyd edilib ki, məktəblərdə, ümumiyyətlə, aşağı yaşdan başlayaraq narkotiklə bağlı testlər aparılsa yaxşı olar.

Bu təklif valideynlər arasında narazılığa səbəb olub. Valideynlər qeyd edir ki, onların övladı narkotik istifadəçisi ola bilməz, bu səbəbdən də məlum fikri absurd adlandırırlar.

Ancaq ekspertlər fərqli düşünür. Mütəxəssislər hesab edir ki, məktəblilər arasında narkoloji test keçirilməlidir. Bu testin keçirilməsi icbari olmalıdır. Ola bilər ki, hansısa valideyn övladının məlum testdən keçməsini istəməyəcək və qeyri-qanuni yolla testin cavabını əldə edəcək.

  • “Məktəblilər arasında narkotikə meyl edənlər var, bu səbəbdən də şagirdlərin narkoloji testdən keçirilməsində heç bir qəbahət yoxdur”

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, məktəblilər arasında narkoloji testin keçirilməsi sağlam gələcək üçün önəmlidir: “Açıqlanan məlumatlarda qeyd olunur ki, narkotik istifadəçiləri, ötən illərdən fərqli olaraq, gəncləşib. Təəssüf ki, məktəblilər arasında da buna meyl edənlər var. Bu səbəbdən də şagirdlərin narkoloji testdən keçirilməsində heç bir qəbahət yoxdur. Ümumiyyətlə, məktəblərdə narkotik maddənin zərəri barədə şagirdlər maarifləndirilməli, narkomaniyanın insan üçün gətirdiyi bəlalar təlqin olunmalıdır. Maarifləndirmə elə aparılmalıdır ki, narkomaniyanın  mahiyyətini və zərərini anlasınlar. Narkotikə meyilli uşaqlarla iş aparılmalı, onların valideynləri ilə sıx əlaqələr qurulmalıdır”.

Birlik sədri qeyd etdi ki, narkotik maddələrdən istifadə edən gənclər fərqli zövqlər dadmaq eşqinə düşənlərdi: “Valideynləri tərəfindən bütün istəkləri yerinə yetirilən, heç bir məhdudiyyətlə qarşılaşmayan gənclər “Görəsən, dünyada başqa hansı ləzzət, zövq var” deyərək axtarışa çıxırlar və narkotik maddələrlə tanış olurlar. Onlar düşünürlər ki, həzzin hər üzünü görəndən sonra narkotik maddələrdən də istədikləri vaxt imtina edə biləcəklər. Amma elə olmur. Düşünürəm ki, narkomaniya ilə mübarizə günü-gündən güclənməlidir. Təbliğat kampaniyaları aparılmalıdır. Çünki bu gün narkomaniyaya barmaqarası yanaşmaq gələcəyimizin, övladlarımızın məhvi deməkdir. Daha sağlam həyat üçün narkomaniyaya hamılıqla “yox” deməliyik".

Həmsöhbətimiz onu da əlavə etdi ki, "patı" adlandırılan metamfetamin, amfetamin insana olduqca mənfi təsir edir, onun davranışını dəyişir, əsəbləri pozulur. Normal insanda beyin açıq çəhrayı rəngdə olur. Narkotik vasitə, o cümlədən "patı" qəbul edənlərin beyni qapqara və sanki qırma ilə deşik-deşik edilmiş formadadır: “Təkcə beyinlə iş bitmir, sinir, immun, endokrin sistemləri, qara ciyər, ağ ciyərlər, böyrəklər zədələnir. Bütün sistemlər prosesə cəlb olunur, orqanizmdə elə bir hüceyrə, toxuma qalmır ki, funksiyası pozulmasın. Son vaxtlar belə zərərli maddələrin müştərək qəbulu artıb. Yəni xəstə bir neçə maddəni eyni vaxtda qəbul edir. Bu isə xəstədə böyük patologiyalar, fəsadlar əmələ gətirir, şəxsiyyət pozulmaları müşahidə edilir. Əfsuslar olsun ki, qızlar arasında da narkotik vasitələrdən, "patı"dan istifadə edənlərin sayı artıb. Bu da maariflənmə yetərsizliyi ilə bağlıdır. Qızlar, qadınlar "patı"nı hansısa tanışının məsləhəti ilə arıqlamaq məqsədilə qəbul etdiklərini deyirlər. Onlar məlumatlandırılmalıdır ki, bu, qeyri-sağlam üsuldur. Arıqlamaq üçün kifayət qədər sağlam və düzgün üsullar mövcuddur. Həmçinin, gənclər imtahana yaxşı hazırlaşmaq adı ilə də metamfetindən istifadə edərkən doğrudan da beyinin iş qabiliyyəti artır. Beyin daim fəaliyyətdə olduğundan, aktiv iş rejiminə öyrəşir. Normaya qayıtdıqda isə normanı qəbul edə bilmir”.

Birlik sədrinin sözlərinə görə, küçələrdə yaşayan, valideyn himayəsindən məhrum olan uşaqlar var ki, onlar əksər hallarda narkotikdən istifadənin birinci mərhələsinə başlayır və gələcəkdə narkoman kimi yetişirlər. Bunu, əlbəttə ki, inkar etmək olmaz.  Eyni zamanda, belə uşaqların statistikasını da aparmaq mümkün deyil.

F.Hacıbəyli bildirdi ki, narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsas istiqamətlərindən biridir: “Son günlər mətbuatda və sosial şəbəkələrdə gənclərin, xüsusən də anaların, qadınların bu narkotik vasitələrin təsiri ilə düşdükləri acınacaqlı vəziyyətin görüntülərini tez-tez görürük . Gün ərzində onlarla insan narkotik və psixotrop maddələrin satışından saxlanılır. Vəziyyət çox pisdir. İnsanlar sanki narkomaniya və onun fəsadlarından, narkotiklərin ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlərdən xəbərsizdir. Halbuki, bununla bağlı dövlət səviyyəsində xeyli maarifləndirmə işləri aparılıb, tədbirlər keçirilib”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ