çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Özəl avtobus şirkətləri “çox yaxşı işləyirdilər”, üstəlik haqqı da qadırmaq istəyirlər...

Image


Bakıda şəhərdaxili sərnişin daşımaları ilə məşğul olan bir qrup şirkət bu sahədə yaranmış vəziyyət və qiymətlərlə bağlı hökumətə müraciət edib. Bu barədə Sputnik Azərbaycan yerli saytlara istinadən xəbər yayıb. Qeyd edilənə görə, sahibkarlar müraciətdə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflərin qəbul edilməsini və müvafiq qurumların onlara dəstək olmasını istəyiblər.

Onlar avtobusları ölkəyə yüksək qiymətə (orta 120-150 min avro) gətirdiklərini, digər xidmətlər üzrə qiymət artımının olmasını və bunun da şirkətə əlavə xərclər yaratdığını bildiriblər.

Müraciətdə bildirilir ki, dünyada gedən qlobal proseslər, məhsul və xidmətlərin dəyərinin durmadan yüksəlməsi nəticəsində Azərbaycanda və region ölkələrində son aylar qiymətlər ciddi şəkildə artmaqdadır. Hazırkı şəraitdə Azərbaycanda qiymət artımının olmadığı nadir sahələrdən biri müntəzəm sərnişindaşıma xidmətidir.

Şirkətlər bildirir ki, Azərbaycanda dövlətin nəzarət etdiyi və Tarif Şurası tərəfindən müəyyən edilən ictimai nəqliyyatda gediş haqqı artırılmayıb:

"Bununla belə, ictimai nəqliyyat sahəsindəki qurumların xərcləri kifayət qədər artıb. Ümumi qiymət artımı, xarici ölkələrdən alınan mal və xidmətlər, həmçinin işçilərin sosial təminatı, sığortası və sairlə bağlı xərclərin son 2-3 ildə kifayət qədər artması ictimai nəqliyyat fəaliyyəti göstərən dövlət və özəl şirkətləri çətin duruma salıb".

Məsələ ilə bağlı "Ayşən LTD" MMC-nin rəhbəri İradə Əliyeva bildirib ki, hazırda nəqliyyat şirkətləri ağır vəziyyətdədir.

Onun sözlərinə görə, indiki iqtisadi vəziyyətlə müqayisə edəndə ictimai nəqliyyat ödənişi çox aşağı səviyyədədir:"Yerli idarəedici orqanlardan həmişə diqqət görmüşəm. Lakin yaxşı olar ki, dövlət dəstəyi bir az da artırılsın. Həm kreditin əldə edilməsi asanlaşsın, həm də gediş qiymətləri artırılsın. Çünki bu gün qiymətlər çox aşağı səviyyədədir. Avtobusların gətirilməsi ilə bağlı ciddi tələblər var. Bu tələblərə əsasən ölkəyə gətirilən avrobusların qiyməti 120 – 150 min avro ətrafındadır. Bu da yüksək qiymətdir, buna baxanda bugünkü gediş ödənişinin aşağı qiymətdə olduğunu düşünürəm. O qiymətlə 150 min avroluq avtobusu gətirmək çətindir. Bu, həm də sahibkar üçün böyük risq deməkdir".

Şirkətlər qiymət artımı ilə bağlı qonşu ölkələrdəki vəziyyəti xatırladır:"2022-ci ilin geridə qalan 3 ayı ərzində Türkiyə, Rusiya, İran və Gürcüstanda ictimai nəqliyyatda gediş haqqı artıb. Belə ki, Türkiyənin Ankara şəhərində ictimai nəqliyyat xidməti 44 faiz, Gürcüstanda 2 dəfə, İranın Təbriz şəhərində 30 faiz, Rusiya paytaxtında isə 15 faiz nisbətində artırılıb".

Daha bir nəqliyyat şirkəti "Çinar Trans" MMC-nin nümayəndəsi İsmayıl Hüseynov da hazırki gediş haqqının nəqliyyat şirkətləri üçün çətinlik yaratdığını bildirib.

İ.Hüseynov bildirib ki, bu gün daşımalarda tətbiq edilən 30 qəpiklik gediş haqqı yalnız yanacaq və sürücünün əmək haqqını ödəməyə kifayət edir:

"Nəqliyyatın ehtiyat hissəsini almağa isə pul qalmır. Buna görə də maşınları tam saz saxlaya bilmirik, çünki günbəgün maddi cəhətdən geriyə gedirik. Gediş haqqı məncə, 50 qəpik olmalıdır. Gediş haqqı artırılsa dövlətin kompensasiyasına ehtiyac qalmaz".

Şirkət rəhbəri gediş haqqının azlığı ilə yanaşı, nəqliyyatın sığortalanmasındakı problemləri də qeyd edib:"Bu gün sığorta ilə bağlı çox ciddi problemlərimiz var. Gündə 17-18 saat xətdə olan avtobusda hadisənin olmaması mümkünsüzdür. Hadisəyə görə də cərimə (malus balları) yığılır. Ümumiyyətlə, sığorta şirkətlərinin 90%-i maşını sığortalamır, sığortalayanda da 1 maşının sığortası təqribən 720 manata başa gəlir. Bu isə çox yüksək məbləğdir. Biz maşınları Türkiyədən 400 min manata yaxın qiymətə gətiririk. Hazırda balansımızda 241 ədəd maşın var. Hazırki gediş haqqı ilə bu maşınları normal saxlamaq çox çətindir".

Qeyd edilir ki, şirkətlərin hesablamalarına görə, tələblərə əməl etmək və zərərlə işləməmək üçün gediş haqqı indiki 30 qəpikdən 45-50 qəpiyədək artırılmalıdır. Bəzi şirkətlərin hesablamalarında isə gediş haqqının maya dəyəri 80 qəpiyədək yüksəlir.

Bakıda sərnişindaşıma ilə məşğul olan iri şirkətlərdən biri – "Xaliq Faiqoğlu" da hökumətə müraciət edənlər arasındadır. Şirkətdən bildirilib ki, indiki gediş haqqı avtobus şirkətləri üçün qətiyyən əlverişli deyil, şirkətlərin istismar və digər xərclərini nəzərə alanda bir sərnişinin daşımasına sərf edilən vəsait – maya dəyəri gediş haqqını üstələyir. Üstəlik, şirkətlər avtobusların alınması üçün böyük kreditlər götürüb və onları qaytarmaq üçün də ödənişlər edirlər, bu da son nəticədə şirkətlərin xərclərini artırır.

Qeyd edilir ki, “Xaliq Faiqoğlu” şirkəti də avtobusları Azərbaycana 200 min avroya və ya 400 min manata gətirir. Sonuncu dəfə Türkiyədən 50 ədəd belə avtobus alınıb.

Sərnişindaşıma şirkətləri bildirir ki, bir çox ölkələrdə ictimai nəqliyyat dövlət dotasiyası hesabına fəaliyyət göstərir. Azərbaycanda isə Bakı Metropoliteni və 2015-ci ildən fəaliyyət göstərən "Bakubus" MMC-ni çıxmaq şərtilə özəl şirkətlər heç bir dəstək almamaqla yanaşı, bahalaşan şərtlər altında fəaliyyətini davam etdirmək məcburiyyətindədir. Bununla əlaqədar olaraq sərnişindaşıma fəaliyyəti göstərən özəl şirkətlər dövlət qurumlarına zərərin qarşılanması ilə bağlı müraciət ünvanlayaraq, Tarif Şurasına da gediş haqqının artırılması ilə bağlı müraciət ediblər.

Göründüyü kimi, özəl sərnişindaşıma şirkətləri dövlət qurumlarına zərərin qarşılanması ilə bağlı müraciət ünvanlayaraq, Tarif Şurasına da gediş haqqının artırılması ilə bağlı müraciət ediblər və sərnişindaşıma şirkətləri müraciətlərində deyiblər ki, ya gediş haqqı qaldırılsın, ya da kompensasiya verilsin. 

Ölkədə ən çox narazılıq olan sahələrdən biri ictimai nəqliyyat sahəsi olduğu gizlin deyil. Xidmət sahəsində kifayət qədər qüsurla işləyən sərnişindaşıma şirkətlərinin əsas məqsədi əhaliyə keyfiyyətli xidmət göstərmək yox, öz biznes maraqlarını təmin etməkdir. Pandemiaynın tüğyan etdiyi vaxtlarda belə ictimai nəqliyyat camaatı düşünməyib, avtobusları ağzınacan doldurub hərəkət edib. Ekspertlər deyir ki, ictimai nəqliyyat sahəsində qiymət artımının olması yolverilməzdir. İctimai nəqliyyat şirkətləri əhaliyə normal xidmət göstərməyi ağlının ucundan belə keçirmir, amma qiymət davasına qalxıb ki, ya Tarif Şurası qiyməti artırmalıdır, ya da dövlət dotasiya ayırmalıdır.

  • “…İctimai nəqliyyatın göstərdiyi xidmət o dərəcədə bərbaddır ki, heç mövcud qiymətlərə də dəymir”

Sosioloq Elçin Bayramlı “Bakı-Xəbər”ə bildirdi ki, özəl sərnişindaşıma şirkətləri, sahibkarlar qiymət artmı ilə bağlı çox nahaq olaraq Tarif Şurasına, hökumətə müraciət ediblər, dotasiya tələb etməyə  də onların haqqı çatmır. “Sərnişindaşıma şirkətləri çox səhv edib gediş haqqının artırılması və dotasiya ilə bağlı hökumətə müraciət ediblər. Onların bu müraciətlərinin heç bir iqtisadi əsaslandırılması yoxdur.  Ola da bilməz. Çünki nə yanacağın, nə də maye qazın qiyməti qalxıb. Əksər avtobuslar da sıxılmış qazla işlədiyinə görə bunlarda yanacaq xərcləri daha ucuz başa gəlir. Ona görə də qiymət artımı ilə bağlı heç bir iqtisadi əsas yoxdur. Sadəcə, mövcud vəziyyətdən, böhrandan, ərzağın bahalaşmasından sui-istifadə edərək sərnişindaşıma şirkətləri də öz gəlirlərini artırmaq istəyirlər. Halbuki, bahalaşma ilə bağlı insanların get-gedə  yaşam vəziyyəti çətinləşir, xərcləri artır, bir tərəfdən də nəqliyyat xərclərinin artırılması çox ciddi sosial narazılıq yarada bilər. Hökumətə müraciət edən sərnişindaşıma şirkəti ölkədə sosial narazılığın yaranmasını istəyir?  Hanı bu müraciətin iqtisadi əsaslandırılması? Səbəb gətirsinlər, nəyin qiyməti qalxıb ki, bunlar da gediş haqqı qiymətlərini artırmaq istəyirlər. Bəlkə sərinişindaşıma şirkətlərinin vergiləri artırılıb, bəlkə yanacağın qiyməti qalxıb? Ona görə də, onların müraciətinin heç bir əsası yoxdur. Sərnişindaşıma şirkətlərinin heç bir əsası olmayan müraciəti rədd edilməlidir. Əgər sərnişindaşıma şirkətlərinin qiymət artımı ilə bağlı müraciəti qəbul olunarsa bu çox ciddi sosial narazılığa səbəb olacaq. İndiki vəziyyətdə ictimai nəqliyyatın göstərdiyi xidmət o dərəcədə bərbaddır ki, heç mövcud qiymətlərə də dəymir”.

E.Bayramlının sözlərinə görə, hazırda ictimai nəqliyyat sahəsində ciddi problemlər var. Onun dediyinə görə, marşurutların intervalını elə qururlar ki, iki avtobusla daşınmalı olan sərnişini bir avtobusla daşıyırlar. “Burada ikiqat gəlir əldə edirlər. Bundan əlavə də, çox bərbad vəziyyətdə işləyirlər. Ona görə də, gedişhaqqı qiymətində heç bir artımdan söhbət gedə bilməz. Şirkətlər, sahibkarlar öz gəlirlərini düşündükləri üçün qiymət artımı ilə bağlı müraciət ediblər. Tarif Şurası da heç bir iqtisadi əsaslandırma olmadan bu müraciətə cavab verməz. Məncə verməməlidir də”- deyə E.Bayramlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ