çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“ŞƏHID QARDAŞLAR” - V YAZI

Image


Danışmaq yazmaqdan daha asandı. Çünki danışdığını görmürsən. Yazanda yazılar baxışlarınla danışır. Nəm kirpiklərin islatdığı baxışlarla...

Dərdi yazıya köçürməyin əzabı ayrıdı. Od tutan vərəqin alovu üzünü qarsır...  

Yazdığın sözlər qayıdıb sənə güllə kimi dəyir. Yoxluğun kor gülləsi kimi.

Bir yerdə yaşanan ağrılardan qopmaq olmur. Yazacağın hər söz pillədən, hörgüdən düşən kimi düşür. Yavaş-yavaş sökülürsən.

Xatirələrin düzəni pozulur. Təklənirsən. Tək qalırsan. Yazı söz-söz içindən ayrılır. Qırılırsan...  

Əslində dost özünün-özünə verə biləcəyin ən yaxşı hədiyyədir. Dost sənin özünsən, ikinci sənsən. Özünü özün qədər başa düşən sən. Dost səni təklikdən qurtarır. Çünki o, ən çətin məqamda bölüşə biləcəyin insandır. Dost bir baxışla səni duyandı...

Döyüşçünün yüksələ biləcəyi ən uca zirvəyə yüksələn şəhid dost haqqında yazanda qəhər adamı boğur. Sanki göz yaşları özüylə bərabər fikirlərini də yuyub aparır. Yazıb boşala bilmirsən. Xatirələr səni rahat buraxmır. “Bəlkə bu yuxudu”, - deyirsən. Kaş ki, elə olaydı...

Çingizin hərbiçi dostu Adıyev Seyran Mirzəxan oğlunun dediklərindən:

“Şəhid qardaşım Məmmədov Çingiz İlham oğlunu 12 may 2012-ci ildən, gizir kursuna qəbul olunduğumuz vaxtdan tanıyıram. Çox yaxın münasibətimiz olub. Bu münasibət sonradan dostluğa və qardaşlığa çevrilib. Altı aylıq kursu bitirdikdən sonra gizir rütbəsini alaraq Piyadanın Döyüş Maşını komandiri vəzifəsinə yiyələndik. Müdafiə nazirinin əmri ilə Naxçıvan Qarnizonunun Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsinə Piyadanın Döyüş Maşını komandiri təyin olunduq. Beş il eyni hərbi hissədə xidmət etdik. Bu müddət ərzində dostluq və qardaşlıq münasibətlərimiz daha da möhkəmləndi. Çingiz xidmət müddətində bacarıqlı, cəsur, həqiqətən əsl hərbiçi kimi özünü göstərdi, böyük nailiyyətlər əldə etdi. Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev tərəfindən də yüksək qiymətləndirildi.  

Qardaş dost olmaya bilər - amma dost həmişə qardaşdır.

Bencamin Franklin

Çingizlə bağlı çox xatirələrim var. Şəhid qardaşımın uca məqamından danışmaq mənim üçün nə qədər çətin və ağır olsa da, şərəflidir.

Onun ailə qurmağında da mənim rolum olub. Çingizə tez-tez deyirdim ki, ailə qur. Nəhayət, Çingiz bir gün narahat formada dedi:

- Qardaş, sənin köməyinə ehtiyacım var. Təkcə sən mənə kömək edə bilərsən.

- Buyur, qardaş, nə məsələdi? – dedim.

- Bir qız sevirəm, ailəsi razı deyil. Qızı qaçırmaq istəyirəm.

- Qız hardandı, kimlərdəndir?

- Qazax rayonunun Daş Salahlı kəndindəndir. Əsgərimin bacısıdır. Qaçmağa qızın razılığı yoxdur.

- Qardaşım, sənin üçün ölümə də gedərəm, – dedim.

Həmin vaxt məzuniyyət alıb Naxçıvandan Bakıya gəldik. Çingiz mənə görə narahat idi. İstəyirdi ki, mən ailəmin yanına gedim, o tək getsin. Amma mən ondan ayrılmadım. Birlikdə Şəmkir rayonunun Yeniabad kəndinə, Çingizgilin evinə getdik. Bir gecə gün orda qaldıq. Həmin vaxt Çingizin qardaşı Cavid nişanlı idi. Valideynləri ona toy hazırlığı görürdülər. Səhər tezdən Çingizlə evdən çıxanda Çingizin anası Faya ana Çingizə Cavidin toyu üçün dəvətnamə almağı tapşırdı. Çingiz də gülərək mənə pıçıldadı ki, bunlar hələ bilmirlər ki, mən özüm üçün də dəvətnamə alacam.

Biz taksi tutub Qazaxa yola düşdük. Qazaxın Daş Salahlı kəndindən, çətin də olsa, qızı qaçırtdıq.

2014-cü ilin yanvar ayının 8-də Cavid və Çingiz qardaşlarının ikisinin bir yerdə toyu oldu. Valideynləri İlham dayı və Faya ana onlara təmtəraqlı toy etdilər. Toydan bir müddət sonra Çingiz ailəsi ilə birlikdə Naxçıvana gəldi. Naxçıvanda eyni binada qonşu olduq. Bu evlilikdən Çingizin Elgiz adlı övladı dünyaya gəldi. Çingiz ailəsinə və valideynlərinə bağlı insan idi. Hərbiçi olsa da, imkan olan kimi ailəsinin, valideynlərin yanına tələsirdi. Ailəcanlı idi. Çox mehriban idik. Dərdimiz, sirrimiz bir olardı. Tez-tez deyirdi ki, yaxşı ki səni tanımışam. Bir ailə kimiydik. Elə vaxtlar olurdu ki, evə ərzaq ala bilmirdim, evimə ərzağı Çingiz alırdı. Çingiz elə insan idi.

Çingiz hərbi hissədə komandir və əsgər heyətinin də hörmətini qazanmışdı. Naxçıvan qarnizonunda Çingizlə mənim beş illik xidmətimiz bitdiyi üçün xidmət yerimizi dəyişməli olduq. Yeni müqaviləyə və Müdafiə nazirinin müvafiq əmrinə əsasən Çingiz Tovuz şəhərində yerləşən "N" saylı hərbi hissədə, mən isə Qazax şəhərindəki "N" saylı hərbi hissədə xidmətimizi davam etdirdik. Bu vaxtlarda Çingizin qardaşı Cavid də Şəmkir Korpusunun həmlə taborunda xidmət edirdi. Mən tez-tez Çingizgilə gedirdim. Çingizin ailəsi, valideynləri çox mehriban və xoşbəxt idilər. Çingizin qardaşı Cavid də xidmətinə çox bağlı idi. Üç ay sonra Çingiz korpus komandirinin əmri ilə xidmətini davam etmək üçün Cavidin qulluq etdiyi yerə göndərildi. Bir müddətdən sonra Cavid Tovuzda yerləşən "N" saylı hərbi hissəyə keçirildi. O arada mən də xidmətimi davam etdirmək üçün Gəncə şəhərinə göndərildim. Həmin vaxtlar Çingiz Şəmkir korpusunun Seyfəli poliqonunda həmlə taborunda xidmət edirdi. Xidmətimlə əlaqədar olaraq mən də Seyfəli poliqonuna, Çingizin yanına üç aylıq ezam olundum. Bu üç ay müddətində Çingizin evində qaldım. Bir gün söhbətimiz əsnasında Çingiz mənə dedi ki, qardaş, mən ölsəm də arxayınam ki, ailəmi əmanət edəcəyim sənin kimi adam var. Elə şeyləri danışmamağı xahiş etdim. “Mən şəhid olacam, -  dedi, - məni öz çiyinlərində aparıb dəfn edərsən”. Elə bil şəhid olacağı Çingizin ürəyinə dammışdı.

Həmin ərəfədə Çingizin ikinci oğlu Uğur dünyaya gəldi. Gəlib mənə “Müjdəmi ver, yenə ata oldum”, - dedi. Mən də gülərək “nə istəsən verəcəm”, - cavabını verdim. Təbrik etdim və çox sevindiyimi bildirdim. Çingizlə axırıncı görüşüm həmin gün oldu.

2019-cu ilin avqustun 21-i xidmətimlə əlaqədar olaraq Bakıya köçməli oldum. Buna baxmayaraq tez-tez əlaqə saxlayırdıq. Onda Çingizin qardaşı Cavid Goranboy rayonunun Ağcakənd kəndində "N" saylı hərbi hissədə xidmət edirdi. Və xidmətindən razı idi. Tez-tez ailəsinə baş çəkirdi. Onun arzusu düşmənlə üzbəüz olan ön xətdə xidmət etmək idi. Ona görə də öz istəyi ilə Naftalan şəhərində yerləşən "N" saylı hərbi hissəyə göndərildi. Telefon əlaqəsi saxlayırdıq. Tovuz hadisələrində Çingizlə Cavid bir müddət evləri ilə əlaqə saxlaya bilmədilər. Amma mən onlarla danışırdım.      

2020-ci ilin sentyabr ayının 27-si  torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandan əks-hücum əmri verdi. Ondan sonra Cavidlə əlaqə kəsildi.

Sentyabın 29-u səhər saat 9:00-10:00 radələrində Çingiz mənə zəng vurdu:

 - Haralardasan, özündən muğayat ol. Caviddən mənə bir xəbər ver, mən ondan xəbər ala bilmirəm.

- Cavidgillə əlaqə kəsilib. Əlaqə saxlamaq mümkün deyil, - dedim. 

- Mən bilirəm ki, Cavid olduğu yerdə qızğın döyüşlər gedir, o artıq şəhid olub.

- Ola bilməz, özünü qoru, ehtiyatlı ol.

- Mən şirəm, mənə heç nə olmaz, sən özünü qoru, - dedi.

O gündən Çingizlə də əlaqə kəsildi. Çingiz Murov dağı istiqamətində döyüşürdü. Oktyabrın 4-ü Cavidin şəhid xəbəri gəldi. Çingizə qardaşının şəhid olduğunu və onun dəfnində iştirak etməsini deyiblər, Çingiz də cavabında: “Mənim qardaşımı kəndim dəfn edəcək, mən getmirəm, - deyərək silahını götürüb döyüşə gedir.

Bir gün Çingizin anası mənə zəng etdi: “Seyran, Çingizdən xəbər var. Cəbrayıl rayonunun dairəsində Fərid adlı həkim Çingizin pul kisəsini tapıb. İçində nömrəsi, kartı, hərbi vəsiqəsi olub". Mən həkimin telefon nömrəsini alıb, Fərid həkimlə danışdım. Çətinliklə də olsa, görüşüb sənədləri Fərid həkimdən götürdüm. Həmin vaxtdan yalnız irəliyə getməyi düşünürdüm və geriyə dönüş olmadığını görürdüm. Çingizin qanını almaq məqsədi ilə ancaq irəli.

Çingizin valideynləri, demək olar ki, bütün xəstəxanaları, morqları gəzdilər. Amma Çingizi tapmaq mümkün olmadı. Mənim morqda işləyən bir tanışım vardı. Çingizin əlamətlərini söyləyib, ondan Çingizi soruşurdum. Bir nəticə olmadı...

2020-ci il 6 dekabrda həmin şəxsdən mənə zəng gəldi. “Biz sizə Çingizdən bir xəbər deyəcəyik. Amma möhkəm olun” - dedi. Mən ona yalvardım ki, Çingizin ölüm xəbərini mənə demə. O, “Çingiz artıq şəhiddi”, - dedi. Mən dekabrın 18-nə kimi valideynlərinə Çingizin şəhid olduğunu demədim. Çünki o müddətə qədər Çingizi hospitalda DNT analizi edirdilər. Ailə üçün bu xəbər ikinci övlad acısı idi və mən bu xəbəri onlara demək istəmirdim. Dekabrın 18-də Çingizin cənazəsini ailəsinə təhvil verdilər və dəfn etdilər. Mən özümü hələ də bağışlaya bimirəm. Çingiz mənə vəsiyyət etmişdi ki, məni sən dəfn edərsən. Mən xidmətimlə əlaqədar olaraq onun dəfninə gedə bilmədim. Amma Çingiz və Cavidin valideynlərinə, ailələrinə və övladlarına həmişə əlimdən gələn köməkliyi edəcəm, çünki Çingiz onları mənə əmanət edib.

Allah bütün şəhidlərimizi rəhmət etsin!”

Bu, döyüşçü dostun yazısıdır.

Seyran içinin ağrısını, etirafını qataraq dostu haqqında yazır. Cümlələrdən hiss olunur ki, bu yazı göz yaşları ilə yazılıb. Göz yaşları ilə yazılan yazını oxumaq olmur.

Dostun itkisindən yazmaq çox çətindi. O da ağrıları ilə yaşadığın döyüşçü dostun ola...

(ardı var)

Rəfail TAĞIZADƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ