çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Göyərçin Mustafayeva: Bayrağıma xain baxan xain gözə mən tikanam

Image


(Əhməd Cavad-130)

"Qorxmurdu. Təmiz əməlindən, sağlam əqidəsindən niyə qorxmalıydı ki?! Amma bir-birinin arxasınca gedər-gəlməzə sürüklədikləri günahsız qurbanlardan yavaş-yavaş sümüyü sancmağa başlamışdı. Ən açıq əqidə ilə yazdığı şeirlərdə belə amansız bir titrətmə özünü göstərir, misralarına ölüm rəngi çökürdü.”

M.Aslan

XX əsrin otuzuncu illərinin sonunda günahsız yerə repressiya qurbanı olmuş Azərbaycan ədəbiyyatının görkəmli simalarından Əhməd Cavad istiqlal fikirləri ilə vətəninə, xalqına əlindən gələn xidməti göstərmiş, adını əbədi olaraq vətənpərvər sənətkarlar sırasına yazmışdır. Hüseyn Cavid, Abdulla Sur, İdris Axundzadə kimi görkəmli ziyalı və pedaqoqlardan dərs alması genc şairin taleyində vətənpərvərlik duyğularının aparıcı mövqe tutması üçün əsas özül və ilham mənbəyi rolunu oy-nayırdı. Elə bu ruhda tərbiyə almış Əhməd Cavad Türkiyə ilə Azərbaycanı vahid Vətən olaraq fərqləndirməyən şairimiz hər iki Vətən üçün əlindən gələn işləri görmüşdür.

Ə. Cavadın qoyub getdiyi ədəbi irs kifayət qədər zəngin olmasına baxmayaraq, son dövrə qədər lazımi səviyyədə toplanıb çap edilməmiş, haqqında yazmaq, söz söyləmək istəyənlərin dəst-xəttində sovet idealogiyasının qorxunc təsiri hər zaman hiss olunurdu. 1956-çı ildə şair bərait qazansada üzərindən uzun müddət bu ləkə götürülməmiş, son zamanlara qədər davam etmişdir. Bir sənətkar kimi haqqında yazılan yaxşı və pis nə varsa sətir arxasında şairin sənətinin gücündən, istedadından qorxu və qısqanclıq özünü hər zaman göstərmişdir.

1937-ci ilin Novruz bayramına az qalmış Əhməd Cavadın başı üstündə ilıq yaz günəşi doğmaq əvəzinə, qurğuşun kimi ağır qış buludları cəmləşir, artıq hər şeyi yandırıb külə döndərən ildırımın çaxacağına heç bir şübhə yeri qalmır. Qəribə haldır ki, düz 12 il əvvəl də martın 21-i ona bayram yox, yas olmuşdu. Rus çarizmi və erməni şovinizminin başlarına olmazın müsibətlər gətirdiyi qardaş türk xalqının müsibətlərini görən şairin təkcə milli hissləri deyil, vətəndaş-şair vicdanının hayqırtı-sı ucalmışdı:

Vicdan mənə əmr etdi ki,

Belə gündə bayram etmə!

Quran mənə yol göstərir:

Yoxsulları məyus etmə!..

Ancaq bu dəfə şairi bayram etməyə qoymayan səbəb: ona "xalq düşməni” damğası vurub, Azərbaycan Şura Yazıçılar İttifaqından çıxardılması idi. Bəzi "qələm yoldaşları” yəqin ki, bu "qələbələrini” özləri üçün bayram edirdilər. Əhməd Cavad irsinin tanınmış tədqiqatçılarından biri olan Ə.Saləddin bu hadisəni belə qiymət-ləndirir: "...Yuxarıdan göstəriş beləydi. Ssenari əvvəlcədən hazırlanmışdı, ittihamçılar ayrılmışdı. Məhkəmə "sədri” də, "prokuror” da, "müstəntiq” də, "şahidlər” də, "növ-bətçi böhtançılar” da hazır idi. Şəxsən mən Əhməd Cavadın üzv olduğu Yazıçılar İttifaqında olan "məhkəməsini” onun DTK-da olan məhkəməsindən daha qərəzkar, daha öldürücü məhkəmə hesab edirəm. Bir şair kimi, sənətkar kimi, söz ustadı kimi Ə.Cavad birinci məhkəmədə daha artıq təhqirlərə məruz qalmışdır. Orada şairin həmkarları elə sözlər işlətmiş, elə hökmlər vermişlər ki, onların istedadına da, tə-fəkkürünə də, milli heysiyyatına da adamda böyük şübhə yaranır...”

Mart ayının 25-dən işsiz qalan Əhməd Cavadı keçmiş müəllim yoldaşı, əqidə və məslək düşməni, o dövrdə Azərbaycana başçılıq edən Mir Cəfər Bağırov həbs etdirmə-yə tələsmir. Ona daha artıq mənəvi əzab vermək üçün tam 71 gün intizarda, səksəkədə qoyur, cəmiyyətdən bir növ təcrid edir. Ancaq fiziki repressiyadan əvvəl psixoloji repressiyaya məruz qalan Ə.Cavad sınmır, hər cür mənəvi-əxlaqi simasını itirmiş qor-xunc düşmən qarşısında əyilmir, şəxsiyyətinin ucalığını ləyaqətlə qoruyub saxlayır.

1937-ci il iyun ayının 4-də Ə.Cavadın həbs olunması haqda əmr verilir. Psixoloji gərginliklərdən qurtaran şair bu dəfə həm də fiziki işgəncələrə məruz qalır və bu əzab-əziyyət oktyabrın 12-nə qədər davam edir. Oktaybrın 12-dən 13-nə keçən gecə böyük Azərbaycan şairi Əhməd Cavad dünya tarixində ən amansız və qəddar rejimlərdən biri tərəfindən günahsız yerə güllələnir. Ancaq bundan heç kimin xəbəri olmur. "Xalq ata-ları” şairin ailəsinin də "qeydinə” qalırlar: həyat yoldaşı Şükriyyə xanım sürgünə göndərilir, böyük oğlu Niyazi həbs edilib, üç aydan sonra buraxılır. O, Azərbaycanda yaşaya bilməyəcəyini görüb Leninqrada qaçır. Şairin o biri oğlu Aydın da həbs edilir, Tuqay və Yılmaz isə uşaq evinə verilir. Şairin əsərləri məhv edilir, çapda olanların çapı dayandırılır, evində 3 dəfə axtarış aparılır.

İlk dəfə görkəmli təqdiqatçı Əli Saləddinin, 1992-ci ildə Əhməd Cavadın anadan olmasının 100 illiyi münasibətilə nəşr etdirdiyi "Əhməd Cavad” monoqrafiyasında şairin həyat və yaradıcılığını hərtərəfli araşdıraraq özündən sonrakı tədqiqatçılara dəyərli matirial vermişdir. Alim, şairin yaşadığı dövrü hansı şəraitdə yazıb-yaratdığını,ona qarşı olan təqib və qarayaxmaları göz önünə sərmişdir.

Alimində qeyd etdiyi kimi bəzi qələm yoldaşlarının və digər qələm sahiblərinin tənqid təhqir və yersiz hücumlarından qorunmaq üçün şairin tərcümə janrına daha çox üstünlük verdiyini, yazdığı şeirlərində isə ən azı digərləri kimi yaltaqlıq, tərif, tərənnümdən uzaq olduğunu görürük.

"... Mən də başqaları kimi insanam, yaşayıram. İndi ki, yaşayıram, deməli mənim də təəssüratlarım vardır. Söz yox ki, bu təəssüratlar hər gün mənə yeni bir şey hiss etdirir. Mən geridə qalmış insanlardan deyiləm...” - deyir şair.

Ə.Cavadın Azərbaycan Şura Yazıçıları Təşkilat Komitəsinin I Plenumunda etdiyi çıxışdan gətirdiyimiz bu sitat şairin ürəyinin bəlkə də ən dərin qatında gizlədib heç kimə söyləmədiyi, etibar etmədiyi fəryadı, harayı, vətəndaş hayqırtısı idi. S.Rüstəm, M.Rahim, M.Quliyev, Ə.Nazim, M.Rəfili, M.K.Ələkbərli, A.Mir Əhməd, A.İsmayıl, Zəngilli, Feyruz, Ə.Seyfi və başqaları şair qarşısında gücsüz olduqlarını boyunlarına almaq, ondan öyrənmək əvəznə "Yeni həyat gətirən, yeni həyatın carçısı Sovet hökumətinə sığınmağı, daha doğrusu Sovet hökumətinin yerli "milli qəssablarına” - başda M.C.Bağırov olmaqla digər hökumət və təşkilat rəhbərlərinə yaltaqlanmaq, onları və üsul-idarələrini tərənnüm etmək, həmçinin öz mövqelərini möhkəmlətmək” məqsədi güdmüşlər. Yazıçılar İttifaqı İdarə Heyəti katibliyi iclasının stenoqramından (idarə heyəti və iştirakçıların Azərbaycan türkləri olmasına baxmayaraq, iclas rus dilində keçirilmişdir – G.M.) dilimizə çevirdiyimiz kiçik bir parçanı diqqətinizə çatdırırıq. Bu şairin ölüm qabağı son sözləri idi: "... Siz parazitsiniz, əgər mən sizi və sizin düşməncəsinə tənqidinizə qulaq assam, xalqımın şairi olmaram, onda mən bu ordeni sinəmdə nahaq gəzdirirəm...”

Bu böyük şairin yaradıcılığının ilk dövründən, son dövrünə qədər yazdığı ictimai-siyasi məzmunlu şeirlərin birbaşa Azərbaycan adlı vətənə və Azərbaycan xalqına, dolayı yolla isə, bu vətənin, bu xalqın təəssübünü və qeyrətini çəkən, onun uğrunda sərvətini və səyini xərcləyən Azərbaycan xalqına xidmət etdiyini söyləyə bilərik.

Əhməd Cavadın müstəqil Azərbaycanın dövlət atributlarına həsr etdiyi şeirlər xalqın milli şüur və duyğularını tərbiyə etmək baxımından xüsusilə qiymətlidir. Onun marş janrında yazılmış əsərləri də bu baxımdan maraq doğurur. 1918-ci il avqustun 14-də "Gənclər yurdu” qəzetində çap edilmiş "Marş” şeirində:

Millətimin tarixinə

Şan-şöhrət əkməliyəm!

Bu qarşıda yad qalaya

Bir al bayraq dikməliyəm!

Şairin qəhrəmanı döyüş əzmi ilə bildirir ki, o, yurduna xain baxan hər bir gözə tikandır. O, Vətən yolunda, Azərbaycan uğrunda şəhidliyi özünə şərəf saydığı üçün sözünə belə davam edir:

Bayrağıma xain baxan

Xain gözə mən tikanım.

Vurulursam kölgəsində,

Halal olsun ona qanım.

Şairin milli bayrağa həsr edilmiş "Elin bayrağı”, "Azərbaycan bayrağına”, "Al bayrağa” şeirləri isə bu silsilədən olan əsərlərinin zirvəsini təşkil etməkdədir.

Öz yurdunun istiqlalı ilə qürur duyan vətənpərvər şairin gözündə bayraq sadəcə rəngli bir parça deyil, həm də dərin simvolik mənaların ifadəçisidir. Xüsusən, bayraqdakı şəhid qanına bənzədilən qırmızı rəng şairdə bir sıra vətənpərvər assosiasiyalar doğurur.

Ə.Cavadın istiqlal mövzulu şeirlərində şəhidlik və fədakarlıq motivləri mühüm yer tutur. Azərbaycan Cümhuriyyətinin istiqlalının 1 illiyi münasibətilə yazılmış və "İstiqlal məcmuəsi”ndə çap olunmuş "Şəhidlərə” şeirində Türkiyədən "qardaş Azərbaycan xalqına” yardıma gələn qəhrəman əsgərin şəhid olması nikbin duyğularla belə təsvir edilib oxşanır:

Qalx, qalx! Sarmaşıqlı məzar altından!

Gəlmiş ziyarətə qızlar, gəlinlər.

Ey karvan keçidi yollar üstündə

Hər gələn yolçuya yol soran əsgər!

 

Sənin qovduqların yabançı xanlar,

Qurtardı ölkəmi tökdüyün qanlar!

Bax, nasıl öpməkdə tozlar, dumanlar

Qərib məzarını mənlə bərabər!

Ə.Cavad poeziyası bundan sonra da Azərbaycan xalqının milli-mənəvi tərəqqisi yolunda fəaliyyət göstərən bədii-estetik örnəklərdən biri olaraq qalacaqdır. Bu böyük şairin milli istiqlal mövzusunda qələmə aldığı əsərlər bütün qadağa və repressiyalara baxmayaraq, zaman-zaman Azərbaycan ədəbiyyatında analoji ideyaların təbliğ və təşviqinə dərin təsir göstərmiş, bir çox şairlər bu ideyalardan ilhamlanaraq, Azərbaycanın müstəqilliyi yolunda öz yaradıcılıq töhfələrini vermişlər.

Bəşəriyyət tarixi qədər qədim olan Azərbaycan ədəbiyyatı indiyə qədər bir çox dünya şöhrətli sənətkarlar yetişdirmiş və bundan sonra da yetişdirəcəkdir. Ancaq onların arasında Əhməd Cavad adı həmişə öz orijinallığı və səmimiliyi ilə seçiləcək, gələcək ədəbi nəsillərə örnək kimi əsrlərdən-əsrlərə adlayacaqdır.

Göyərçin MUSTAFAYEVA
filologiya üzrə fəlsəfə doktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ