çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Korrupsiyaya qarşı mübarizədə Xüsusi müsadirə institutu nədir?

Image


Azərbaycanda xüsusi müsadirə institutu yaradılacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, Nazirlər Kabineti Baş Prokurorluq və Ali Məhkəmə ilə birlikdə 2022-2026-cı illərdə Xüsusi müsadirə institutunun effektivliyinin təmin edilməsi məqsədilə ölkə ərazisində, yaxud başqa dövlətin yurisdiksiyasında olan cinayət yolu ilə əldə olunmuş əmlakın və ya müsadirə edilməli olan digər aktivlərin qaytarılması (aşkar edilməsi, üzərinə həbs qoyulması, aktivlərin dondurulması və sair) ilə bağlı səmərəli fəaliyyəti həyata keçirəcək. Baş Prokurorluq, Ali Məhkəmə 2022─ 2026 illərdə Xüsusi müsadirə institutunun effektivliyinin təmin edilməsi məqsədilə aktivlərin qaytarılması mexanizmlərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, məlumatların ümumiləşdirilməsi və təhlili, təkliflərin qiymətləndirilməsi Aktivlərin qaytarılması ilə bağlı mexanizmi tənzimləyən müvafiq təklifin təqdim edilməsi üçün müvafiq təkliflər hazırlanmasını təmin etməlidir. Bunun üçün xüsusi müsadirə institutunun effektivliyinin təmin edilməsi məqsədilə aktivlərin qaytarılması mexanizmlərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilməlidir.

Azərbaycanda Xüsusi müsadirə institutunun yaradılması müsadirə edilən əmlakların, vəsaitlərin taleyində şəffalaşdırıcı rol oynaya biuləcəkmi? Bu onları korrupsiya hədəfi olmaqdan qoruyacaqmı? Bu sahədə olan şübhələrə son qoyacaqçı?

Ekspertlərin sözlərinə görə, Xüsusi müsadirə institutunun yaradılması bir zərurətə çevrilib, o baxımdan ki, bir sıra hallarda müsadirə prosesində şübhəli məqamlar müşahidə edilir. Hətta bəzi hallarda müsadirə edilən daşınmaz əmlakın, yaxud digər vasitələrin hərracının belə keçirildiyinə dair ictimaiyyətin məlumatlandırılması sahəsində ciddi problemlər olduğunu deyən mütəxəssislər bəzi sahələrdə qeyri-şəffaflığın olduğunu da qeyd edirlər.

  • “Müsadirə institutunun yaradılması vacibdir, amma onun tərkibində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi də əsas şərtlərdən biridir”

Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Xüsusi müsadirə institutunun yaradılması müsbət haldır, amma gərək bu institutun işlək mexanizmi olsun. “Hər dəfə müddət bitdikcə korrupsiyaya qarşı mübarizə istiqamətində yeni fəaliyyət planları hazırlanır.  Prinsip etibarı ilə korrupsiya ilə mübarizə sahəsində dövlətin bir siyasəti, burada dövlətin siyasi iradəsi, hədəfləri olmalıdır. Yeni milli və qeyri milli fəaliyyət planları olsa da, olmasa da, bu sahədə məsuliyyət daşıyan, öhdəliyi olan dövlət qurumları davamlı olaraq korrupsiya ilə mübarizə aparmalıdır, bu o qurumların fəaliyyətinin tərkib hissəsi olmalıdır. Burada çoxsahəli manevrlər etmək və tam olaraq korrupsiyanın yaratdığı problemləri aradan qaldırmaq həm də indiki situasiyada bəzən çətinliklər yaradıb. Tək Azərbaycanda deyil, dünyanın hər yerində çətinliklər yaradır.

Azərbaycanda müsadirə institutunun yaradılması məsələsinə gəlincə, hesab edirəm ki, burada qanunvericilikdə konkret nəzərdə tutulmuş hədəflər, maddələr var. Dövlət əmlakı dağıdılıbsa, talan edilibsə və əmlakın, vəsaitin korrupsiya yolu ilə əldə edilməsində hər hansı bir məmurun rolu olubsa əldə edilənlərin hamısı geri, dövlətə qaytarılmalıdır. Dövlətin büdcəsinə verilməlidir. Onların bank hesablarında, yaxud nağd şəkildə vəsaitləri dövlətin birbaşa büdcəsinə qaytarılmalıdır. Bununla da bağlı çoxhesabatlılıq və şəffaflıq təmin olunmalıdır. Azərbaycan vətəndaşları bilməlidir ki, filan məmur korrupsiya əməlinə görə həbs olunub və ondan müsadirə edilmiş vəsaitin, əmlakın taleyi necə oldu. Ağstafanın, Şəmkirin, Biləsuvarın və başqa rayonların icra başçıları həbs olunarkən onların pul vəsaitlərinin müsadirə olunduğu barədə məlumat aldıq. Bütün bunlar telekanallarda göstərildi. Amma o pul vəsaitlərinin hara, hansı fonda necə yatırılması, necə istifadə olunması ilə bağlı cəmiyyətdə hər hansı bir məlumatlandırma yoxdur. Yəni çox yaxşı olar ki, bunun şəffaflığı təmin  olunsun. Amma o ki qaldı onların müsadirə edilən əmlakı ilə bağlı məsələyə, müsadirə edilən əmlaklarla bağlı çox ciddi problemlər var. Bilirsiz ki, dəyəri çox böyük miqdarda olan, qiyməti milyonlarla ölçülən əmlakların, biznes obyektlərinin böyük əksəriyyəti həmin korrupsioner məmurlar tərəfindən mənimsənilir, amma onların əksəriyyəti bu prosesə aidiyyəti olmayan insanların adına sənədləşdirilib. Mülkiyyət hüquqları ilə bağlı qanunlar dövlətin hər hansı bir strukturuna imkan vermir ki, kiminsə, adi bir vətəndaşın adına sənədləşdirilmiş mülkiyyəti onun əlindən alsın. Bu bir başqa məsələdir ki, burada çox dəqiq faktlarla sübut olunmalıdır ki, bu əmlak, bu mülk həbs olunmuş həmin korrupsioner məmura məxsusdur. Yəni əgər vətəndaş özü etiraf edirsə ki, bu mənim deyil, filankəsindir, sadəcə mənim adıma sənədləşdirilib. Bu olduğu halda həmin mülkün, əmlakən müsadirə edilməsi hüququna malik ola bilərlər. Məsələn, bizim bildiyimizə görə, “Alov qüllələri” o zaman 94 yaşlı bir Zərdab sakininin adına sənədləşdirilibmiş. O vaxt bu, mətbuatda geniş müzakirə olunurdu. Gəlir bəyannaməsi deyilən bir məsələ var. Azərbaycanda bununla bağlı qanun qəbul olunmasına baxmayaraq, demək olar ki, heç bir məmur, deputat və başqaları gəlirlərinin bəyan edilməsi ilə bağlı deklarasiya təqdim etmir. Yəni bu məsələ də sərtləşdirilməlidir. Bu qanun tamamilə oturuşmalıdır, bu qanun son oxunuşda qəbul olunmalıdır. Hər bir şəxs gəlirlərinin bəyan edilməsi ilə bağlı deklarasiya təqdim etməlidir, o cümlədən də dövlət məmurları. O bəyannamədə bütün mülkiyyət göstərilməlidir. Bu təsdiq olunandan sonra sorğular verilə bilər ki, sən Bakının filan yerində restorana, yaxud mülkiyyətlərə sahibsən, amma sənin aldığın əməkhaqqı bunları əldə etməyə adekvat deyil. Bütün bunlar olduğu halda yaradılacaq xüsusi müsadirə institutu da öz missiyasını yerinə yetirə biləcək. Xüsusi müsadirə institutunun rolu, funksiyası ondan ibarət olacaq ki,  o müsadirənin sonrakı mərhələsini şəffaf şəkildə cəmiyyətə bəyan etsin. Eyni zamanda da müsadirə prosesi zamanı aparılan sənədləşmə, siyahıyaalınma işi müsadirə komissiyası tərəfindən həyata keçirilsin. Çox yaxşı olardı ki, yaradılacaq müsadirə institutunun daxilindəki komissiyanın tərkibində vətəndaş cəmiyyəti təmsilçiləri də olsun, bu prosesdə bilavasitə iştirakı təmin edilsin. Bu prosesin açıq, şəffaf şəkildə həyata keçirilməsinə vətəndaş nəzarəti olmalıdır. Elə etmək lazımdır ki, orada onların iştirakı da mümkün olsun. İndiki halda Xüsusi müsadirə institutunun yaradılması vacibdir, amma onun tərkibində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi də əsas şərtlərdən biridir. Vətəndaş cəmiyyətinin nəzarəti mütləqdir”- deyə İ.Hüseynli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ