çərşənbə axşamı günü, 10 noyabr 2026
     

ŞƏHİD QARDAŞLAR - IV yazı

Image


Birinci və sonuncu ad günü qeyd edilən ana...

“Çingiz evə gələndə məzuniyyət götürmüşdü. Məzuniyyət bitən kimi Kifayəti də götürüb Naxçıvana qayıtdı. Çox xoşbəxt və mehriban idilər. İldə bir dəfə kəndə gəlirdilər. Elgiz dünyaya gələndə bir müddət kənddə - evimizdə qaldılar. Sonra yenə Naxçıvana qayıtdılar. Uşaqdan ayrı qala bilmədiyimdən, yanlarına getdim. Dövlət onlara yaxşı şəraiti olan ev vermişdi.

….Çingiz hər dəfə evə gələndə birinci məni soruşardı. Mənə “anam-bacım”, - deyib, boyu bərabəri göyə qaldırardı. Dərdi-səri mən idim. Mən övladlarıma çox bağlı idim. Onlarla nəfəs alırdım.

Cavid də, Çingiz də öz işlərini özləri həll etməyi bacarsalar da, onlara nə qədər əminliyim olsa da, yenə ana olaraq içimdə narahatlıq vardı.

Özümə ad günü keçirməyi sevməzdim. 2020-ci il sentyabrın 5-də 50 yaşım tamam oldu. Cavidlə Çingiz mənə ad günü sürprizi etmək istəyirdilər. Həmin gün Cavid evə gələ bilmədi. Çingiz gəlib həmişəki kimi məni qucaqlayıb təbrik etdi. Tort kəsdik, şəkil çəkdirdik.

Bilmədim bu mənim birinci və sonuncu ad günüm olacaq.

22 gündən sonra 44 günlük müharibə başladı. Müharibənin başladığını Caviddən eşitdim, Qələbə xəbərini Çingizdən eşitmək istəyirdim.

Çingiz sentyabrın 30-da zəng edəndə uşaqlarını, atasını mənə tapşırdı: “Möhkəm olun, 10-15 günlük müharibədən sonra tarixi Qələbəmiz olacaq”. Sonra yoldaşı Kifayətlə danışdı. İkimizlə danışmağı məni şübhəyə saldı. Düşündüyüm pis şeylərdən uzaqlaşmaq istəyirdim. Axı, Çingiz həmişə “göydə qartal, yerdə şirəm”, - deyirdi. Sonra əlaqə saxlamaq istədim. İnternet kəsildi, danışa bilmədik. Orduya yardım aparanlardan onları soruşurduq. Həmin gün elə bil məni qara basdırmışdılar. Çox üşüyürdüm. Gözümün qarşısına elə şeylər gəlirdi ki, onları dilə gətirmək mümkün deyildi. Qohum-qonşu gəlib halımı soruşurdu. Heç cür rahatlıq tapa bilmirdim.

O günlər nələr yaşadığımızı bir Allah bilir. Xəbərsizlik adamı üzən şeydi. Müharibədə hər anın ölüm ola biləcəyini bilə-bilə bütün günü gözün yolda, qulağın səsdədi. Hamıdan xəbər gözləyirsən. Televiziyadan, radiodan… Hər yoldan ötəndən, küləyin səsindən…

Hər qapı açılanda gözünü gələnin üzünə dikirsən: bəlkə nəsə eşidib…

Ən qorxduğun qəfil zəngdir. Gözləmədiyin, səni diksindirən zəng. Birdən bəd xəbər olar, deyə.

Axtarışda olduğundan qarşılaşdığın hər kəsdən birinci özününkünü soruşursan: “Gördünmü, nə eşitmisən?” İçini deşən suallar yeyir səni. Nəticəsiz axtarışların əzabı ağır olur. Çox ağır…

İlhamla xəstəxanaları, morqları gəzirdik. Heç yerdə Çingizə oxşar kimsəni tapmadıq. Bir gün eşitdik ki, Füzulidə morqda çoxlu şəhid var. Ora yollandıq. Yolda sürücü tanıdığı bir adamdan Çingizi soruşdu. Danışıqlarından anladım ki, Ömər postu istiqamətində gedən ağır döyüşlərdə bizimkiləri minamyotla vurublar. Maşının qapısını açıb özümü bayıra atmaq istəyəndə İlham qolumdan yapışdı. Hər kəs şokda idi. Hamı maşından düşdü. Yaxınlıqda meşə kimi yer vardı. “Çingiz”, “Cavid”, - deyə qışqırırdım. Həmin anda elə bilirdim yanımdadılar. ”Sakit ol, biz burdayıq”, - deyirlər. Kor-peşiman evə qayıtdıq. Həmin gecə yata bilmədim. Çingizin səsi ilə pıçıltı eşidirdim: “Mama, bizi peyğəmbərimiz qurtardı. Yüz il də qalsa, bizi heç kim tapa bilməzdi”. Tez gözümü açdım, heç kim yox idi.

Beləcə, özümüzü aldada-aldada Cavidin qırxına çatdıq, amma Çingizdən hələ də bir xəbər yoxdur. Səhər tezdən axşam saat 10-a kimi gözüm qapıda qalırdı. Ya rəbbim, birdən hərbi Komissarlıqdan kimsə mənə şəhid xəbəri gətirər. Gətirməsin...

İlhamla məni Şəmkirə DHT analizinə çağırdılar. Heç nə başa düşmədim. Əlaqə saxlamaq üçün nömrə verdilər. Sonra başa düşüb tez-tez əlaqə saxladım. 2020-ci ilin dekabrında itkin düşənlərin siyahısında adı olanların tapılan meyidlərini üçrəngli bayrağa büküb gətirirdilər.

Nəhayət, 78 gündən sonra Cavidimi qarşıladığım kimi Çingizimi də qarşıladım. Hamıdan xahiş elədim ki, mənə də onların yanında məzar qazsınlar. Mənim üçün həyat dayanmışdı. Böyütdüyüm iki oğul Vətən uğrunda şəhid oldu. Mən onlar üçün özümü şəhid vermək istədim. İntihar etdim, lakin alınmadı. Şəhidlərimə qovuşa bilmədim. Həkimlərin səyi nəticəsində həyata qayıtdım. Ömrümün axırına kimi mənə həyat yoxdur. Buna baxmayaraq “Vətən sağ olsun!” – dedim. Özləri qayıtmasalar da, işğal altında olan torpaqlarımızı qaytardılar. Gələcək nəsillərimiz müharibə görməsin, şəhid verməsin. Mənim yaşadıqlarımı heç bir ana yaşamasın. Övladsız qaldım, Vətənsiz qalmadım. Məni yaşadanların biri də budur.

O anları heç nə ilə əvəz eləmək olmur. Hətta onu danışmaq belə çox çətindi.

Müharibə qadınlara və kişilərə eyni dərəcədə təsir göstərir. Lakin bəzilərinin qanını, bəzilərinin isə göz yaşlarını alır... Tekkerey Uilyam

Yeddi gün heç nə yemədim, su da içmədim. Yaralının suya ehtiyacı olsa da. Cavidin, Çingizin yanında ola bilmədim, yaralarını sarıyıb, son sözlərini eşitmədim. Tabutu açıb onların soyuq üzünü görmədiyim üçün özümü günahkar ana sayıram. Açmaq istədim, qoymadılar. Gördüyüm kimi gözümdə, qəlbimdə qalardılar.

Çingizin komandiri deyirdi ki, Çingiz Cavidin şəhid olmasını bilirdi. Lakin Çingizi dəfndə iştirak etmək üçün evə göndərə bilmədim. “Vətən sağ olsun! Mən Qələbəylə evə dönməliyəm. Şəhidlərin və qardaşımın qanı yerdə qalmamalıdır”, – dedi. Mən bilirdim ki, qardaşının şəhid olmasını bilsə də, o geri dönməz. İçində düşmənə nifrət hissi sonsuz olan Çingiz döyüşə böyük əzmlə atıldı. Murovda çətin döyüşlər gedirdi. Həm dağlıq ərazi olduğuna, həm də relyefinə görə. Düşmənin qurduğu pusqunu Çingiz təkbaşına darmadağın etdi.

2020-ci ilin oktyabr ayının 4-ü, qardaşı Cavid torpağa tapşırılan gün Çingizin son döyüşü olub. Murov dağı istiqamətində gedən ağır döyüşdə düşmənin alınmaz qala hesab etdiyi “Ömər“ postunu aldıqdan sonra Çingiz 18 nəfərlik komanda heyəti ilə birlikdə düşmən mərmiləri nəticəsində şəhidlik məqamına ucalıb. Uzun axtarışlar nəticəsində məlum olub ki, ermənilər Çingizlə birlikdə 18 şəhidi üç metr dərinliyində quyuda basdırıblar. 78 gündən sonra 18 döyüşçümüzün-şəhidimizin cəsədləri tapılaraq DHT analizinə verildikdən sonra ailələrinə təhvil verilib.

Şükürlər, indi onların məzarını ziyarət edə bilirik.      

Mənim qəhrəman övladlarım Qələbə müjdəsini görmədilər, onu yaşamadılar. Qələbəni onlara məzarları üstündə bu sözlərlə çatdırdım: “Ananın torpağını işğalda gördünüz. Silaha sarılıb dağlara qalxdınız. Qələbə çaldınız, Qələbəniz mübarək olsun. Şəhid adınız uca, məqamınız mübarək olsun!”

Övlad ağrılarını ən tez duyan analardı. Onlar nə qədər böyüsələr də ana onların ağrılarını öz içində çəkir. Ana qəlbi övladın hiss və duyğu mənbəyidir.

Təklənib, məhlənin bir küncündən oturub evə baxıram, sanki ev bomboşdur, heç kim yoxdur. Divarlar göz yaşı axıdır, hər yer ağlayır. Yenə ümidimi üzmürəm, nə vaxtsa, qapını döyüb: “Mama, biz gəldik, narahat olma”, - deyərlər. Onlarla tez-tez danışıram, məni sakitləşdirirlər: “Mama, biz uşaqları sizə əmanət etmişik, axı!”

Təsəllim onların uşaqları və adlarıdır. Başımız uca, ürəyimiz nisgillidir. 44 gündə iki oğul şəhid vermək çox çətindi”.

Ana ağrısı, ana yanğısı adamı dilə gətirir:

Qələbə yolçuları

 Şəhid Cavid və Çingiz qardaşlarının anası Faya xanımın dilindən

Bir sükutda iki qəm,

Qəminə qurban olum.

Gözüm qarası şəhid,

Cəminə qurban olum.

 

Hər gün məni yoxlayan,

Daha məni yoxlamır.

Alıb məni qoynuna,

Öpüb, daha qoxlamır.

 

Boş qalıb solum-sağım,

Üşüyür yanaqlarım.

Hara uçub getdiniz,

Siz, qoşa qanadlarım?

 

Həsrət qaldığım baxış,

Daşlardan baxır mənə.

Arzuma qovuşaram,

Kaş bircə kərə dinə.

 

Çin oldu istəyiniz,

Sona yetdi arzular.

Siz, ey Vətən sevdalım,

Qələbəyə yolçular.

Çingiz İlham oğlu Məmmədov 18 dekabr 2020-ci il tarixində Şəmkir rayonunun Yeniabad kəndində, qardaşının yanında dəfn olunub.

Şəhidimizin böyük izdihamla keçirilən dəfnində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti, kənd sakinləri iştirak edib. İgid, vətənpərvər, qəhrəman övladın valideynlərə minnətdarlıq edilib.

Şəhidlərimizin ruhuna dualar oxunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə gizir Çingiz İlham oğlu Məmmədov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edildi.

Sən Vətən üçün şəhadətə qovuşdun.

Ucaltmaq istədiyin bayraq qədər ucaldın.

Bu sevginin ən yüksək məqamıdır.

Şəhidlər ölümü ilə ucalır.

Torpaq qanla suvarıldıqca Vətən olur. Müqəddəsləşir.

Sən şəhidliyinlə insanlığın, vətəndaşlığın ucala biləcəyi zirvəsən.

Sən tarix yazdın. Tarix səninlə yazılacaq.

İki qardaş, iki oxşar tale...

Bir ailənin iki övladı. Vətəni canından çox sevən iki igid döyüşçü, iki şəhid! İki Qəhrəman!

Bu iki qəhrəmanı böyüdən, onlara vətən sevgisi verən, mərd, qürurlu olmağı öyrədən: İlham ata, Faya ana!

(ardı var)

Rəfail TAĞIZADƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ