Bazar günü günü, 20 sentyabr 2026
     

İKT Azərbaycanın yeni inkişaf resursuna çevrilir

Image


İnformasiya texnologiyalarının inkişafı bu gün təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün prioritet hədəfdir. Çünki müasir dövrdə cəmiyyətin informasiya fəaliyyət sferası əsas inkişaf göstəricilərindən biri qismində çıxış edir.

Lakin hər bir ölkədə informasiya texnologiyalarının inkişafı iqtisadiyyatın səviyyəsindən və müvafiq resursların mövcudluğundan asılıdır. İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) Azərbaycanda dinamik inkişaf etməsinə baxmayaraq, ölkə bu sahə üzrə məhsulların yaradılmasında hələ ki, liderlər cərgəsində deyil. Buna rəğmən, Azərbaycan sözügedən sahənin inkişafı üçün fəal tədbirlər həyata keçirir.

  • Azərbaycan texnoloji cəhətdən xaricdən asılılığını aradan qaldırır

Müasir informasiya texnologiyaları bir çox cəhətdən istənilən insanın gündəlik həyatına təsir göstərir. Onlar bütün ödənişləri informasiya sferasına köçürməklə elektron bazarlar yaratmaq üçün istifadə olunur. Bəllidir ki, burada ödənişləri izləmək və onlara nəzarət etmək imkanı olur. Həmçinin informasiya texnologiyalarının inkişafı əlavə iş yerlərinin yaradılmasına və mövcud kadrların yenidən hazırlanmasına təsir göstərir ki, bu da işsizliyin azaldılması ilə birbaşa bağlıdır. İnformasiya texnologiyaları tibb, təhsil, hüquq-mühafizə sahələrində imkanları genişləndirib, bu da hər bir qurumun fəaliyyətini təkmilləşdirib.

Hazırda hər bir dövlət müxtəlif yeni ideyalar hazırlayan müxtəlif şirkətlərə sərmayə qoyaraq informasiya texnologiyalarının inkişaf tempini artırmağa çalışır. İndi demək olar ki, hər bir dövlət təşkilatı öz xidməti vəzifələrini yerinə yetirmək üçün ən müasir texniki vasitələrlə təchiz olunub və dövlət iqtisadiyyatın, digər sahələrin rəqəmsallaşdırılması üçün müxtəlif layihələr yaratmaqda davam edir. Bütün bunlar təsadüfi deyil. Əvvəla, Azərbaycan texnoloji cəhətdən xaricdən asılılığını aradan qaldırmağa çalışır. Rusiya təcrübəsi göstərir ki, belə asılılığın aradan qaldırılması olduqca mühümdür. Məlumdur ki, Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq olunub və onların sayı artmaqda davam edir. İqtisadi sanksilar Rusiyaya informasiya və kommunikasiya texnologiyalarının göndərilməsini əngəlləyir.  Qeyd edək ki, Rusiyanın illik həcmi 238 milyard dollar təşkil edən idxalında birinci yeri məhz texnologiya məhsulları tutur. Kompüterlər, ofis avadanlıqları, sənaye istehsalı üçün lazım olan cihazlar, rabitə vasitələri və digər elektron avadanlıqlar Rusiya iqtisadiyyatının xaricdən təmin edilən əsas ehtiyaclarıdır. Amma indi bir çox şirkət bu kateqoriyalar üzrə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Məsələn, məlumdur ki, “Intel”, AMD, “Nvidia”,  “Apple” kimi çip və kompüter istehsalçıları Rusiyaya müvafiq məhsul göndərməyi dayandırıblar.Bunun Rusiya iqtisadiyyatına uzunmüddətli təsir göstərəcəyi gözlənilir. Müasir çipləri istehsal edən və ABŞ-ın Asiyadakı ən böyük müttəfiqlərindən olan Tayvan, Cənubi Koreya və Yaponiya bu sahədə Rusiyanı boykot edən ölkələr sırasındadırlar. Çiplərdən bir çox başqa məhsulların da istehsalında istifadə edildiyi üçün bu, digər sektorlara da təsir edəcək. Proqnozlara görə, Rusiyanın hərbi, aerokosmik və aviasiya sektorları da çip çatışmazlığından təsirlənəcək sahələr arasındadır. Xatırladaq ki, Rusiya öz iqtisadiyyatını sürətlə rəqəmsallaşdıran ölkələrdən biridir və mövcud vəziyyət ölkəyə ciddi dərəcədə təsir edəcək. Elə bu nümunə bir daha təsdiq edir ki, informasiya və kommunikasiya texnologiyalarının istehsalında xarici asılılıq mütləq aradan qaldırılmalıdır və Azərbaycan artıq bu istiqamətdə zəruri addımlar atır.

  • Ölkəmiz İKT sferasında da qardaş Türkiyə ilə sıx işbirliyi qurub

Azərbaycan üçün xüsusi diqqət mərkəzində yer alan məqamlardan biri də informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsini etibarlı xarici tərfdaşları ilə birlikdə inkişaf etdirməkdir. Bu xüsusda indi Azərbaycan və Türkiyə arasında sıx işbirliyi qurulub və belə vəziyyət tərəflərdən hər ikisi üçün zəruri əhəmiyyət kəsb edir. “TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı bu müstəvidə ölkələrimiz arasında sıx işbirliyiin ən real təzahürlərindən biridir.

Qeyd edək ki, “TEKNOFEST” Türkiyədə Sənaye və Texnologiya Nazirliyinin, “T3 Vakfı”nın birgə təşkilatçılığı, 60-dan çox dövlət qurumu, ali məktəb və özəl şirkətin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır. Mayın 26-29-da Azərbaycanda ilk dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. Burada azərbaycanlı və türk pilotların təqdimatında aviaşou, yarış və müsabiqələrin möhtəşəm final mərhələləri, sərgilər, əyləncəli attraksionlar, Azərbaycan və Türkiyə aviatexnikasının nümayişi, “TAKE OFF” Azərbaycan startap sammitibaş tutacaq. Festival çərçivəsində yarışlar “Robotexnika”, “Yaşıl texnologiyalar (GreenTech)”, “Aqrar texnologiyalar (AgriTech)”, “Pilotsuz uçuş aparatları (PUA)”, “Həvəskar peyk modelləşdirilməsi”, “Sosial yönümlü texnologiyalar”, “Smart Qarabağ” Hakatonu, “Sailplaner”, “Baku Skills”, “Rocket League” oyunu üzrə Avropa kuboku daxil olmaqla 10 müsabiqə üzrə keçiriləcək. Hesab edilir ki, bu festival Azərbaycanda İKT sektorunun təbliğat inkişafına yeni töhfələr verəcək. Xatırladaq ki, ötən il İstanbulda keçirilmiş “TEKNOFEST 2021”də Azərbaycan Pavilyonunda ölkəmizə məxsus 11 startap nümayiş etdirilib. Startaplar kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edib. Azərbaycanda baş tutacaq tədbirdə belə startapların sayının daha çox olması gözlnilir. Məhz bunlar ölkə daxilində İKT-nin inkişafına yeni mühüm təkan verir, bu sahə üzrə istehsal həcmini artırır.

Azərbaycan müxtəlif texnologiyaların inkişafında Avropa və Asiya, eləcə də digər dünya  ölkələrindən asılı olmağın qeyri-mümkünlüyünü qəbul edərək, informasiya texnologiyalarının inkişafına getdikcə daha çox böyük diqqət yetirir. İndi prioritet vəzifə rəqəmsal iqtisadiyyatın inkişafı və rəqəmsal infrastrukturun təkmilləşdirilməsidir. Bu inkişaf yolu Azərbaycan üçün kifayət qədər perspektivlidir, çünki o, ölkənin təbii sərvətlərə paralel olaraq milli iqtisadiyyatın yüksəldilməsi üçün yeni əsas resursa çevrilə bilər.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 10:27
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ