çərşənbə axşamı günü, 10 noyabr 2026
     

ŞƏHİD QARDAŞLAR - III yazı

Image


Müstəqillik günündə doğulan şəhid

Oktyabrın 4-ü...

Sübh tezdən bayırda ağlaşma səsi eşitdim. Tez həyətə çıxdım. Gördüm həyətdə çoxlu adam var. İlham da ağlayır. İcra nümayəndəsi mənə yaxınlaşıb: “Dözümlü ol, Cavidini – şəhidini qarşıla”, – dedi. Onda bildim ki, Cavid şəhiddi. Dedim: “Çingizi qardaşının dəfnində gətirin”. “Yaxşı, gətirərik”, – dedilər. Lakin Cavid telefonundakı “Vur komandir, vur!” sədaları altında Çingizsiz son mənzilə yola salındı.

Telefonundakı statusunda “Öncə Vətən!” paylaşımı olan Vətən sevdalı Cavid döyüşə gedəndə telefonu dostuna verərək: “Burda ailəmə, uşaqlarıma yadigar qalası çox şeylər var, bunu bizə verərsən”, –  deyib. İçində Vətən sevgisi olan mahnılar və sözlər olan, şəhid əvəzinə danışan telefonunu...

Dəfn çox izdihamla keçdi. Mən də o izdihamla ağır-ağır addımlayırdım. Buna yerimək demək olmazdı. Bu, oğul cənazəsi arxasınca sürünmək idi.

Qələbəyə gedəsi insanlar qəbiristanlığa axışırdı”.

Azərbaycan Ordusunun giziri Cavid İlham oğlu Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan, Talış istiqamətlərində gedən ən ağır döyüşlərdə qəhrəmanlıq göstərib. Döyüşdə birinci postu yaranlardan olub. Hər zaman düşmənlə üzbəüz döyüşmək arzusu ilə alışıb-yanan, Mübarizin intiqamını almağı özünə borc bilən, bizim üçün vacib postlardan sayılan “Mübariz” postuna bayraq sancmağı özünə böyük şərəf hesab edən Cavid “Mübariz” postuna bayraq sancarkən düşmənin snayper atəşi ilə yaralanıb. Olduğu yer minalı sahə olduğundan döyüşçü dostlarının onu götürməyə gəlməsinə razı olmayıb, təkcə döyüşərək taboru xilas edib. Cavid sonda düşmən mərmisi nəticəsində şəhid olaraq Şəhidlik zirvəsinə yüksəlib. Bir həftəyə yaxın Cavidin meyidi neytral zonada qalıb. Ordumuzun növbəti hücumlarının birində Cavidin meyidi əsgərlərimiz tərəfindən götürülüb.

Vətəni canından artıq sevən qəhrəman şəhidimiz Cavid İlham oğlu Məmmədov doğulub boya-başa çatdığı doğma yurdunda, Şəmkir rayonunun Yeniabad kəndində dəfn olunub.

Şəhidimizin dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti, kənd sakinləri iştirak edib. Belə igid, vətənpərvər oğul böyütdüklərinə görə valideynlərə minnətdarlıq bildirilib.

Ruhu şad olan Şəhidimizin ruhuna dualar oxunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid İlham oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə", 30.12.2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Müstəqillik Günündə doğulan Cavidin məzarı başında onun doğum günü qeyd edilir.

 

Yaşayanlar ölümündən sonra yaşayanlardır...

 

Hamı Cavidin arzusundan Qələbəyə boylanırdı. Qəbiristanlıqda düşmənə nifrətlə bərabər, həm də Qələbəyə inam vardı. Budəfəki birliyin kökündə ancaq olanlarına sahiblik görünməkdə idi.

Yeniabad kəndi ilk şəhidinə qucaq açırdı. Qəbiristanlığa ilk dəfə idi sevdiyi, qoruduğu Azərbaycan bayrağına bükülən şəhid oğul gəlirdi. Bu izdihama bütün qəbirlər baş qaldırmışdı. Bu gün gələn ölənlərin ən şərəflisi idi. Qəbiristanlıqda uyuyanların “Buyur”, “buyur” sədaları ağlaşma səsini dayandırdı. Vətənə vətənlik, torpağa müqəddəslik verən Şəhidimiz qəbiristanlığa da müqəddəslik statusu verdi.

Qəbiristanlıq artıq ailənin, nəslin, el-obanın yox, Azərbaycan xalqının ziyarətgahına çevrildi. Məktəbə təzə gedənlərin, əsgərliyə yola salınanları and yeri oldu.

“Vətəni necə sevmək lazımdır” sualının ən dəqiq cavabı canını özündən çox sevdiyi Vətənə fəda edən şəhidlərin həyat yoludur. Döyüşə girəndə ilk və son sözü “Vətən” olan şəhidlərin!

Bayrağı öpüb and içən var.

Bayrağı bağrında daşıyan var.

Bayrağı yüksəkliklərə qaldıran var.

Bir də bayrağa bürünən var.

Heç bir bayraq sənin büründüyün bayraq qədər öpülmədi, əzizlənmədi, sevilmədi, Şəhidim!

And içilən də. Ucalan da. Qorunan da.

Sən bayrağı şərəfləndirdin. Bayraq səni!

 

***

 

Həyatda elə günlər olur ki, insan o günləri xatırlamaq istəmir. O günlərin təqvimindən silinməsini istəyir. Çox təəssüf ki, onlardan qaçmaq olmur. O günlər ildə bir dəfə yox, hər ay, hər həftə səninlə qarşılaşır, sanki səni izləyir. O günü əvvəlcədən bilmək mümkün olsaydı...

Biz mümkünsüzlüyü mümkün etmək iqtidarında deyilk. Onu Yaradan bilir.

Şirinləri çox vaxt üstələyən ağrı, acı insanı daha çox yaralayır. Bu yaranın ürəkdə izi, yeri qalır. Bəlkə budur onları unutmağa qoymayan, tez-tez yada salan, xatırladan.

Yoxluq insanın içindəki böyük bir boşluqdur. Dolması bəzən çətin, bəzən mümkün olmayan boşluq... Boşluğa düşmək vakuuma düşmək kimidir. Səni özünə çəkib buraxmaq istəmir. Onun öz cazibə qüvvəsi var. Səni özünə tabe etmək istəyən cazibə qüvvəsi.

Varlığın qəfildən yoxluğa çevrilməsinə alışmaq çətindi. Olanların birdən itir, sən də o itki ilə bərabər yox olursan. O bağla birlikdə içində qırılırsan. Baxanda görəsi, əl uzadanda çatası olanlar artıq yoxdur. Yoxluq tez-tez əlini sənin kürəyinə qoyur. Daha onunla bağlı xəyallar qura bilmirsən. Əlçatmaz xəyalların boşluğa düşür. O boşluqda ancaq keçmiş var. Hər dəfə ordan çıxarmağa çalışanda içindən bir sızıltı keçir. O sızıltılarla yaşamaq adamı üzür. Bərpa isə uzun çəkir.

Təkcə keçmişdən ibarət olmayıb, həm də gələcəyi olan  həyat isə davam edir. Özünün, səni yaşadanların, yaşatmaq istədiklərinin xatirinə gələcəyə baxıb yaşamaq. Çıxış yolu ancaq bundadır. Axı, əziz tutulan xatirələrin xatirinə yaşamaq da var bu həyatda.

Bu həyatdı... Sonunu bilməyib addım atdığımız, bizi hara aparacağından, nələrlə qarşılaşdıracağından xəbərimiz olmayan həyat. 

Nə yaxşı ki, xoş xatirələrdən yadigar qalanlar var, bir də sevginin, sevgilərin yadigarlarına görə yaşamaq.

 

Şəhid Məmmədov Çingiz İlham oğlu

 

1992-ci ilin iyulun 9-da Şəmkir rayonunun Yeniabad kəndində anadan olan Çingiz yaraşıqlı və ağıllı olmaqla bərabər, həm də diribaş uşaq olub.

Hələ uşaq ikən atası Çingizi dişini çəkdirməyə aparır, o da həkim otağındakı alətlərə baxır və həkimdən çəkinir. Həkim nə qədər “dərman qoyacam gedərsən evə” desə də, Çingiz baş qarışan kimi aradan çıxır. Atası evə gəlib anasından soruşanda ki, Çingiz gəldimi? Anası narahat olmağa başlayır. İlk dəfə getdiyi, tanımadığı yolu necə qayıda bilərdi?! Otağa keçəndə görürlər ki, Çingiz yatağında yatıb. Bir dəfə də anasıyla xəstəxanaya xalasının yanına gedən Çingiz 1-2 saat keçməmiş təkcə piyada yolla evə qayıdır.

Bunlar Çingizin məktəbə getmədiyi vaxtlarda baş verib.

Çingiz məktəbdə yaxşı oxuyurdu. Səliqəli və mehriban idi. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılan Çingiz əsgəri borcunu Lənkərandakı N saylı hərbi hissədə yerinə yetirdi. Andiçmə mərasiminə gedən valideynlərinin Çingizin Lənkəranda qalması üçün komandirlə danışmaq istəmələrinə etiraz edir: “Siz komandirə nəsə desəniz, mən burdan qaçacam”.

Bir müddətdən sonra məziniyyətə gələn Çingiz hər şeyin çox yaxşı olduğunu söyləyir.

Hərbi xidməti başa vuran Çingiz “Azpetrol”a işə düzəlir. Bir müddət orda işləyir. Və bir gün işdən evə gəlib valideynlərinə daha orda işləməyəcəyini, onların xeyir-duası ilə sənədlərini toplayıb gizir kursuna vermək istədiyini bildirir. Hərbi formanın Çingizə yaraşdığını, bacarıq və həvəsini görən valideynlər razılıq verirlər.

Çingiz imtanhanlardan əla qiymətlər alaraq  Müdafiə Nazirliyinin “Gizir hazırlığı kursu”na qəbul olur. 2015-ci ildə kursu bitirdikdən sonra Naxçıvandakı N saylı hərbi hissəyə qulluğa göndərilir.

2016-cı ilin Aprel döyüşlərində Çingiz könüllü olaraq döyüşə qatılmaq istəsə də, icazə verilmir. Döyüşdə iştirak etmədiyinə görə özünü narahat hiss edir.

Çingiz Naxçıvanda PDM komandiri vəzifəsində çalışır. Əsgərlərin, zabitlərin sevimlisi olur.

2017-ci ildə müqaviləsi bitdikdən sonra  yenidən 5 illik müqavilə imzalayır. Bu dəfə o, həmlə taborunu seçərək, Şəmkirdə qulluğunu davam etdirməyə başlayır.

Çingiz mərd, qorxmaz, cəsur olmaqla yanaşı, həm də vətənpərvər insan idi. Dəfələrlə Fəxri fərmanlara layiq görülür, Silahlı Qüvvələr günü medalla təltif edilir. Bütün bunların kökündə onun peşəsinə olan sevgisi dayanır.

Uşaqlıqdan bacarığı ilə seçilən Çingiz hərbidə də xüsusi keyfiyyətləri ilə seçilirdi. Bu bacarıq və keyfiyyətlər həmlə taborunda onun köməyinə çatırdı. Çingiz hərbin sirlərini öyrənməklə yanaşı, bütün silah və texnikalardan istifadə etməklə hamının sevimlisinə çevrilmişdi. Sınaqlardan üzüağ çıxan Çingiz təlimlərdə yüksək göstəricilər göstərən yetkin döyüşçü idi.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı ən ağır döyüşlərdə qəhrəmanlıq göstərən gizir Çingiz Məmmədov düşmənə sarsıdıcı zərbələr endirərək komandirlərinin etimadını doğruldur.

Döyüş yoldaşlarının dediklərindən belə məlum olur ki, komandiri Çingizin qardaşı şəhid olduğuna görə döyüşdən geri qayıdıb dəfndə iştirak etməsinə icazə verir. Lakin Çingiz bu sarsıntıdan bir qədər özünə gəldikdən sonra silahını götürüb: “Vətən sağ olsun! Cavidin və bütün şəhidlərin qisasını özüm alacam!” - deyərək döyüşə atılır.

(ardı var) 

Rəfail TAĞIZADƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ