çərşənbə günü, 11 noyabr 2026
     

Gəncə "Qrand Qafqaz" ticarət mərkəzi kərə yağı işbazlarını "ifşa etdi"...

Image


Azərbaycanda kərə yağı adı altında spred yağların satıldığı aşkarlanıb. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində fəaliyyət göstərən “Grand Qafqaz” ticarət mərkəzində keçirilən planlı yoxlama zamanı baytarlıq sanitariya ekspertizası olmadan heyvan mənşəli məhsulların, müxtəlif əmtəə nişanı ilə kərə yağı adı altında bitki tərkibli spred yağların satışa çıxarıldığını aşkarlayıb.

 

Bu barədə AQTA-dan məlumat verilib.

Həmçinin mal qonşuluğu prinsipinin, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

  • “Spred yağlar təkcə Gəncədə yox, ölkənin hər yerində satılır, saxta yağların istehsalına qarşı mübarizə daha da gücləndirilməlidir”

Məsələyə şərh verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində təəssüflə bildirdi ki, bu gün yerli yağ bazarında spred yağların varlığı danılmazdır. E.Hüseynovun sözlərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məsələyə tam olaraq ciddi yanaşmalı və siqnallara əhəmiyyət verməlidir. Kərə yağı adı ilə camaata spred yağların satıldığını deyən E.Hüseynov hesab edir ki, təkcə Gəncədə deyil, başqa yerlərdə də araşdırmalar aparılarsa bu kimi hallar üzə çıxar: “20 ildən çoxdur rəhbərlik etdiyim qurum "Kərə yağı", "Nənəmin yağı", "Nehrə yağı" adı altında satılan, eləcə də açıq satılan İsmayıllı qaymaqları, Saratovka qaymağı, şoru, İvanovka qaymağı və şoru və sair barədə araşdırma aparıb. Azad İstehlakçılar Birliyi bitki yağları ilə qarışdırılmış bu məhsullar haqda əhalini məlumatlandırır və onları tənqid edir. Mən bir neçə gün əvvəl Qida Təhlükəsizliyi Agentliyinə ictimai çıxışımı göndərdim ki, bu məhsulları necə hazırlayırlar. İndi onu sizə də deyəcəyəm. Şor yağlı ola bilməz, şorun yağlılığı sıfır faiz olmalıdır. Nehrə yağına tam oxşayan yağ necə olur? Yağlılığı olsa da, əslində nehrə yağı deyil.  Mən AQTA-ya materialları göndərmişdim, onlar şübhə ilə yanaşdılar ki, belə hal olmaz. AQTA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri dedi ki, biz bunu  mütəxəssislərə göndərdik, araşdırsınlar görək  nə deyəcəklər. 20 günə yaxındır göndərməyimə baxmayaraq hələ bir şey deməyiblər.

Onlar dedi ki, alimlərimiz bu məsələni araşdıracaq. Mən də dedim ki, Gülümsərovu çağırın gəlib baxsın. Özüm belə obrazlı dedim. Əslində, bu cür saxta spred yağların, qaymaqların özünün hazırlanma qaydaları var. Onlar bunu belə hazırlayırlar, əsl natural südü sərirlər ondan qaymaq əmələ gəlir, o qaymağı yığırlar, bu natural qaynaqdır. Bu südün yağlılığı 17 faiz həcmindədir. Qaymağı yığandan sonra altda qalan südə xalq arasında üzsüz süd deyirlər. O südün yağlılığı maksimum 4 faizdir, yəni 96 faizi sudur. Lakin ağ rəngdədir, südə bənzəyir, amma əksər hissəsi sudur. Bu saxta yağı hazırlayanlar qaymağın altından çıxmış sulu mayeyə ən ucuz bitki yağların qarışdırırlar. Saxta yağların hazırlanmasında vaxtı keçmiş “Sana” və başqa yağlardan və başqa mümkün olan yağlardan istifadə etməklə qarışımı 72 dərəcə tempratura qədər qaynadırlar. Aydındır ki, bitki mənşəli yağla su qaynadandan sonra bir-birinə qarışmır. Lakin ondan sonra dayanmırlar. Həmin o mayeni homonizator deyilən cihaza tökürlər və həmin cihaz da o maddəni bircinsli maddəyə çevirir. Yəni yağın molekulları ilə üzsüz südün molekulları bir-birinə nüfuz edir, qarışır və bircinsli maye əmələ gəlir. Bu maye tam südə oxşayır. Əgər biz o südü yenidən sərsək o bizə qaymaq verəcək. Baxın, bu qaymaqların mənşəyi budur. O qaymağı da yığıb saxta spred yağ hazırlayırlar. Bu saxta yağın tərkibindəki bitki yağını müəyyən etmək üçün laboratoriyaya müraciət etsək, laboratoriya onun tərkibində süd turşularını axtaracaq və o yağın da tərkbində bu var. Guya ki, süddən əmələ gəlmiş yağdır. Həmin o homanizatordan çıxmış süddən biz qatıq çalsaq ondan “üzlü qatıq” əmələ gələcək, ondan yağlı kəsmik də düzəldə bilirlər. Süd istehsalçıları, saxta məhsul hazırlayanlar növbəti dəfə də bu üsuldan istifadə edib saxta yağ hazırlaya bilirlər. Hazırda bu “texnologya” ilə “kərə yağlar”, “kəsmiklər”, “yağlı şor”, “xamalar”  və başqa məhsullar istehsal olunub bazara çıxarılır. Bunlar hamısı isə bitki yağı mənşəlidir. Təəssüf edirəm ki, AQTA özündə güc tapıb bunu etiraf etmək istəmir ki, ictimai təşkilatın bu tədqiqatı həqiqidir. Düşünürəm ki, bunu əsasən qiymətinə baxıb edirlər. Görürlər ki, ucuz satılır. Hazırda AQTA-nın nümayəndələri Gəncədirlərsə, buyursunlar “Gəncə qaymağını” tədqiq etsinlər . Ölkənin hər yerndə “Gəncə qaymağı” satılır. Bu qədər camışçılıq təsərrüfatı hardadır, bu qaymağın mənşəyi nədir? Bu barədə bizə çoxlu zənglər gəlir. Sizin qəzet vasitəsilə müraciət edirəm, əgər dövlət orqanları kütləvi informasiya vasitələrinə, ictimai rəyə əhəmiyyət verirsə, buyurub “Gəncə qaymağını” tədqiq edib nəticələrini ortaya qoysunlar. Spred yağlar təkcə Gəncədə yox, ölkənin hər yerində satılır, saxta yağların istehsalına qarşı mübarizə daha da gücləndirilməlidir Məndə olan məlumata görə, dükanlarda satılan adını çəkdiyim spred kəsmiklər,  xamalar, şorlar bu cür əmələ gəlir. AQTA özündə güc tapıb ya mən dediyim texnologiyanı tam inkar etsin, ya alternativini desinlər, ya da təsdiq etsinlər. Baxmayaraq ki, milyonlarla dollar qiyməti olan avadanlıqları, laborotoriyaları var. Mən AQTA-da ictimai şuranın üzvüyəm və işləməyən, zəif olan ictimai şuranın hər yığıncağında bu məsələni qaldırıram. Çox təəssüf edirəm ki, təkcə AQTA yox, ümumiyyətlə dövlət qurumları ictimai rəyə əhəmiyyət vermir, öz bildiklərini edirlər. Necə deyərlər, Gülümsərovlar nə deyirsə onun dalınca gedirlər. Düşünürəm ki, bu sahədə daha çox iş görülməlidir, əhalinin saxta qidalarla, yağlarla aldadılmasının qarşısını alınmalıdır. Keyfiyyət məsələsi ortalıqda qalıb AQTA yalnız qidanın təhlükəsizliyinə nəzarət edir, keyfiyyətə isə, demək olar ki, heç kəs nəzarət etmir…”- deyə E.Hüseynov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ