çərşənbə günü, 11 noyabr 2026
     

Akademiyanın işçilərinə işləmək üçün maksimum yaş həddi qoyulur...

Image


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dərin islahatlar başlamasa da, müəyyən yeniliklər gündəmə gətirilir. Uzun illərdir AMEA əməkdaşlarının yaş həddinin müəyyən edilməsi məsələsi müzakirə edilsə də, quruma rəhbərlik edənlər bu barədə rəsmi qərar verməyə tələsməyiblər. Bu gün AMEA əməkdaşları üçün yaş həddinin müəyyən edilməsi gündəmə gətirilib.

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev bildirib ki, elmi müəssisələrdə çalışan sıravi əməkdaşlar və fəlsəfə doktorları üçün nisbətən yuxarı yaş həddi (məsələn, 65-70 və 70-75) müəyyən edilə bilər.

O qeyd edib ki, müstəsna hallarda işçilərin ümumi sayının müəyyən faizindən çox olmamaq şərtilə 1 illik müqavilə ilə işə cəlb etmək hüquqi verilməlidir: "Elmlər doktorları üçün yaş həddi fəlsəfə doktorlarına nisbətən daha yuxarı ola bilər. Eyni zamanda elmi işçilərin təqaüd təminatı bir qədər də yaxşılaşdırılmalıdır".

Akademiyada yaş həddinin tətbiq edilməsinin elmə nə isə bir faydası dəyəcəkmi, məhsuldarlıq, keyfiyyət artımı baş verəcəkmi? Bu o anlama gələ bilərmi ki, akademiya 80-90 yaşlı institut direktorları, laboratoriya müdirləri ilə vidalaşacaq?  Çünki bu qurumda yaşı 80-i ötən direktorlar çoxluq təşkil edir və onlar illərdir eyni vəzifəni tuturlar.

  • “...80-90 yaşlı institut direktoru olar?”

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin rəhbəri, fəlsəfə doktoru İlqar Orucov "Bakı-Xəbər" ə şərhində bildirdi ki, yaş həddinin müəyyən edilməsi və tətbiqi çox vacibdir. “Akademiyada orta yaş həddi, təbii ki, yuxarıdır. Ümumiyyətlə, alimlər arasında orta yaş həddi 65-dən yuxarıdır. Söhbət fəlsəfə və elmlər doktorlarından gedir. Bu onu göstərir ki, bizim elmimiz həqiqətən də qocalıb. Çünki elmdə yaş dövrü hər yerdə 30-51-in üzərində dayanır. Elmdə gənclik yaşı deyəndə burada söhbət fizioloji yaşdan getmir, elmdə daha çox aktiv dövrü əhatə edən yaş mərhələsindən gedir. O yaş dövründə ki, insan daha məhsuldar və işləmək qabiliyyətində olur. O ki qaldı yaşlı alimlərə və yuxarı yaş həddinin müəyyən edilməsinə, dünyada xeyli sayda Nobel mükafatçıları olub ki, gənclik və orta yaş dövründə deyil, məhz yaşlı vaxtlarında o mükafatı almağa nail olublar. Bu da onların uzun illər apardıqları tədqiqatın bəhrəsidir. Əlbəttə, müstəsna hallar, istisnalar var. Tutaq ki, 20-30 yaşında mükafat alanlar da olub, bunlar da xüsusi fitri istedadın sahibləri olub. Onlar istedadlı alimlər olub.

Amma bu bizdə bir qədər fərqlidir. Bu fərq nədən ibarətdir? Azərbaycanda daha çox yaşlı alimlər  laboratoriya müdiri, institut direktoru vəzifəsindən ikiəlli yapışıblar. Bax, zərərli olan budur. Bu gün AMEA-da 30-40 ildir institut direktoru vəzifəsindən ikiəlli yapışan şəxslər var, onları yerlərindən qoparmaq olmur. Nə üçün AMEA-da institut direktorları 5 ildən bir dəyişməsinlər? Səbəb nədir? Bir adam bu vəzifədən yapışıb, sanki  onu kresloya “kleyləyiblər” yerindən tərpənmir. Belə şəxsin də rəhbərlik etdiyi institutun göstəricisi çox aşağıdır”.

İ.Orucovun sözlərinə görə, laborotoriya müdirləri var ki, vəzifədən yapşıblar, çıxmırlar. O qeyd edir ki, halbuki, bu adamların hər hansı bir iş görməyə, inzibati vəzifəni daşımağa fiziki yaşı imkan vermir. “Yaxşı olar ki, onlar məsləhətçi vəzifəsində olsunlar, inzibati işləri isə nisbətən cavanlara versinlər və yenilikçi insanlar lazımı işləri görsünlər. Bizim yaşlı alimlərin böyük əksəriyyəti ümumiyyətlə işləmir, onların əvəzinə işləyən gənclərdir, yaşlılar gəncləri istismar edirlər. Yaşlı rəhbərlər öz rəhbərlikləri altında işləyən gəncləri əksər hallarda istismar edirlər və onların əməyinə şərik olurlar. Eyni zamanda yaşlılar o institutda böyük intriqa yuvaları yaradıblar. Bir çox hallarda gənclərə badalaq vururlar, gənclər gedir. Burada mənim müşahidə etdiyim maraqlı məqam nədən ibarətdir? Gəncləri də intriqalara çəkirlər və gənclər də intriqa aparmağı sanki onlardan götürürlər. Çox maraqlı nüanslardan biri budur. Sən niyə orada durubsan, 80-90 yaşlı institut direktoru olar? 80-90 yaşında instituta rəhbərlikmi etmək olar? Bu bəlli bir yaşdı, ahıl yaşıdır. Bu adamlar çəkilməlidir, gənclərə yol açmalı, onların fəaliyyətini kənardan müşahidə etməlidirlər, gəncliyə dəstək verməlidirlər. Bütün bunları etməyib vəzifədən yapışmaq alimə yaraşmayan haldır. Mən hər zaman yaşlı insanlarla işləmişəm, o yaşda olan insanların çoxunun böyük təcrübəsi olur. Söhbət əsl alimdən gedir, onlardan görülüb götürüləsi çox şeylər var. Mən dünən Milli Məclisin Elm və təhsil komitəsinin sədri olmuş, bizim çox görkəmli alimimiz professor Şahlar Əsgərovla söhbət edirdim. Mən onun həyata baxışına baxıram, gənclər üçün yaratmaq istədiyi imkanlarla bağlı fikirlərini eşitdim, adam sözün həqiqi mənasında Şahlar müəllim kimi ağsaqqallara, ziyalılara həsəd aparır. Şahlar müəllim alim olmaqla bərabər həm də əqidəli bir insandır, dövlətinə, xalqına bağlı insandır. Əslində, ağsaqqal bu cür olmalıdır, həyata baxışında müdrikliyi  dərhal sezirsən, fəlsəfi yanaşmalar ortaya qoyduğunu müşahidə edirsən. Onun yanaşmalarından həyatda istifadə edirsən, çünki Şahlar müəllim əsl ağsaqqaldır. Yoxsa intriqa ilə məşğul olanlar ağsaqqaldırmı, yüz yaşları da olsa, onlar ağsaqqal ola bilməzlər! Biz bunu akdemiyanın sonuncu iki prezidentinin timsalında gördük. Yaşları vardı, amma müdriklikləri yox idi. Əsl alimlər əslində o müdrikliyin sahibi olmuş insanlar olur. Elmdə başını girləyib, vəzifələrdə olub onun-bunun ayağının altını qazıb bəlli bir yaşa gələndə, əlbəttə, bu adam müdrik ola bilməz. Ona görə də, akademiyanın yaşla bağlı məsələdə həqiqətən də bəxti gətirmir. Siz gedin institutlara baxın, əksər hallarda qarşınıza yaşlı adamlar çıxacaq. Onlar gənclərin beynini elə yuyublar ki, ətraflarında olan gənclər qaçıb gediblər, yanlarında qalanlar isə artıq onların öz xarakterində formalaşan gənclərdir, onlara da heç cür vəzifə həvalə etmək olmaz. Yaşlıların təsiri altında o gənclər də məhv olur. Açığı, böyük ümidim vardı ki, Dövlət Proqramı ilə xaricdə təhsil almağa gedən gənclər akademiyaya gələcək, burada onlara şərait yaradılacaq, bu vacibdir, çünki onlar fərqli mühitdə təhsil alıblar, bunlardan istifadə olunmalıdır. Təəssüf ki, bu məsələdə də problemlər var. Düşünürəm ki, akademiyada yaş həddi məsələsinə baxılmalıdır. Əlbəttə, fikrimcə, sıravi əməkdaşlar üçün yuxarı yaş həddində 70 yaşa ehtiyac yoxdur. Akademiyada 50 ildir çalışır, amma heç nəyə nail olmayıb, elmi ad almayıb, təbii, belələrinin akademiya üçün heç bir faydası ola bilməz. Amma fəlsəfə doktorları və elmlər doktorları üçün yuxarı yaş həddi yalnız vəzifə tutmamaq şərti ilə ola bilər. O yaşdan sonra adamlar inzibati vəzifə tutmalı deyillər, yalnız elmi işçi kimi akademiyada qala bilərlər. Düşünürəm ki, alimlərin yaşa görə akademiyadan çıxarılması, onların elmdən uzaqlaşdırılması düzgün deyil. Akademiyada ciddi attestsiya keçirilməsinə ehtiyac var. Azərbaycanda reallıqda bunu həyata keçirmək mümkün deyil. Açığını deyim, alimlər var ki, professordur, institutda çıxan əksər məqalələrdə adı gedir, lakin bu məqalələrdən xəbəri olmur, amma inzibati vəzifə daşıyır. Bunu rektorların timsalında da görmüşük. Bir rektor vardı, 10 ildən yuxarı böyük bir universitetə rəhbərlik etmişdi, adına 500 məqalə çıxmışdı. 500 məqalə yazmaq mümkün deyil. Bax, inzibati vəzifələri bunlar ona görə tuturlar ki, orada gedən bütün işlərə özlərini şərik etsinlər, Məşhur Gülümsərov obrazı kimi özlərini institutun bütün işlərinə yamaq edib elmi iflic vəziyyətinə salsınlar”- deyə İ.Orucov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ