çərşənbə günü, 11 noyabr 2026
     

ŞƏHİD QARDAŞLAR - II yazı

Image


Analar müharibə istəməzlər, lakin müharibə olsa, övladlarının qanı tökülən yerdə son damla qanını vətən uğrunda verməyə hazırdılar.

Onların yoxluğuna hələ də inanmıram.

İki yanaşı məzar, məni rahat buraxmayan iki doğma baxış.

Rahatlıq tapmaq üçün onlara qovuşmaq istəyirəm...

Bir dəfə onları ziyarətə gedəndə xəlvətcə bir daş götürdüm, hamı aralanandan sonra daşı var gücümlə 5-6 dəfə başıma çırpdım. Sonrasından xəbərim olmadı. Gözümü açanda xəstəxanadaydım. Başım parça-parça olmuşdu. Ölmədim.

Bu gün də onları ziyarətə getmişdim. Yan-yana iki məzarı görəndə yenə onlara qovuşmaq istədim. Birdən o baxışlarda “Bəs uşaqlar, o ailələr necə olsun?” – deyən sualı oxudum. Diksindim. Uşaqları gözümün qabağına gəldi. Artıq ölmək yox, yaşamaq haqqında düşündüm. Yaşamaq və yaşatmaq. Cavidlə Çingizin bizə əmanət qoyduqları 4 körpəni böyütmək. Təsəllim onların şəhid adları və yadigar övladlarıdır. Nəvələrdən atalarının iyini alıram. Onlar böyüdükcə yarımçıq qalan arzularım da böyüyür.

Hər dəfə onları bağrıma basanda, o vaxtlar yadıma düşür. Bir anlıq o günləri yaşayıram. Xoşbəxt, sevincli günləri...

İnsan həmişə xoşbəxt günlərini xatırlayır. Ona sevinc gətirən, yadda qalan günlərini...

Oğullarını əsgərliyə, vətəni qorumağa yola salması valideyn həyatının ən sevincli məqamıdır. Vətən üçün böyütdüyü oğul canından çox sevdiyi vətəni qoruyacaq. Özü də bu ağrılı məqamda. Paramparça olmuş məmləkətin Qarabağ yarasının göynədiyi vaxtda.

Xəritədə qədim torpaqlarımıza əl uzatdıqca, adamın sümükləri sızıldayır. Üşüyürsən. Bütün bədənin keyiyir. İtkiylə razılaşmaq olmur. O da ola torpaq itkisi.

Bəlkə də biz dünyada yeganə xalqıq ki, öz torpaqlarımızla həmsərhədik. Hər tərəfin səninkidir. Səndən ayrılanlara kənardan baxmalı olursan. Torpaqlar sənə həbsdən baxan kimi baxır. Cavab verə bilmədiyin sual baxışlar içini doğrayır.

Qarabağ, Zəngəzur ağrıları, sanki valideynlərindən uşaqlarına keçmişdi. Qanla keçən kimi.

Hər kəs Qələbə xəbərini döyüşçü oğlundan eşitmək istəyir. Elə İlham ata, Faya ana da...

 

Məmmədov Cavid İlham oğlu

 

Uşağı anasından yaxşı heç kəs tanımaz. Ona görə də Cavidin uşaqlığını ilk öncə anası Faya xanımdan öyrənməli oldum.

“1990-cı il oktyabrın 18-də Şəmkir rayonunun Yeniabad kəndində dünyaya göz açan Cavidin gəlişi evimizə sevinc, şadlıq gətirdi. Ailənin ilk övladıydı Cavid. İllər ötdükcə bütün uşaqlar kimi o da illəri yola verərək böyüdü. Əvvəllər çox nadinc uşaq idi. Sonralar sakit təbiətli oldu. Səliqəliydi. Geyiminə, üst-başına həmişə fikir verərdi. Məktəbə getdi. Əlaçı olmasa da, müəllimləri Caviddən razılıq edirdilər.

Məktəbdən gələndən sonra atasına kömək edirdi. Cavid yaşından tez böyüyürdü. Gələcəkdə yaxşı ailə başçısı olacağına inanırdım. Evə, ailəyə çox bağlı idi.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırıldı. Bərdədəki N saylı hərbi hissədə qulluq etdi, neçə-neçə təşəkkürnamələr aldı. Xidmət dövründə hərbiyə olan sevgisi daha da artaraq onda hərbiçi olmaq, hərbi qulluğu davam etdirmək istəyi yaratdı. Amma atasının səhhətindəki problemlər onu istəyindən ayırmalı oldu. Oğul, övlad olaraq atasına kömək etməyi düşündü. Lakin hiss olunurdu ki, Cavidin hərbə olan həvəsi tükənən deyil. Nə vaxtsa bu yolu davam etdirəcəyinə içində bir inam vardı. Ona görə də tez-tez “işləri sahmana qoyum, yenidən hərbiyə qayıdacağam”, - deyirdi.

Zaman keçdikcə valideyn kimi yeni istəyimiz baş qaldırdı. Çoxdan arzuladığımız günə qovuşmaq istəyində idik. Cavid artıq əsgərliyini başa vurmuşdu, həyatın bərkindən-boşundan çıxmışdı. Deyəsən arzumuza qovuşacağımız gün yaxınlaşırdı...

Dostlarından Cavidin qız istədiyini eşitdim. Özündən soruşdum, heç nə demədi. Utandı. Sonradan öyrəndim ki, könül bağladığı qız öz əmisi qızıdı. Arzularım həyata keçməyə başlayırdı. Oğlumun xoşbəxtliyinə elə sevinirdim ki. Sevincim yerə-göyə sığmırdı. “Qızım yoxdur, Türkan həm gəlinim, həm də qızım olar”, – deyirdim. Sevdiyi qızla bir ömür xoşbəxt yaşayacaqdı. Sevdiyinlə yaşamaqdan gözəl nə var dünyada?!

Valideyn övladı haqqında daim xoş xəyallar qurur. Onların xoşbəxtliyi üçün çalışır.

Cavid üçün el adəti ilə nişan apardıq. Türkanın nigaha yaşı çatmadığı üçün bir il gözləməli olduq. Çingiz də Naxşıvanda hərbi xidmətdəydi.

Həyat sürprizlərlə doludur.

2014-cü ilin dekabrın 30-u idi. Vaxt gəlib çatdığından Cavidin toyuna hazırlıq görür, əyər-əskikləri düzəldirdik. Çingiz də dostu Seyranla Naxçıvandan gəlmişdi. Gecəni yatıb sübh tezdən durub dedilər ki, biz bir əsgəri görməyə gedirik. Mən də inandım, dedim bir az sovqat hazırlayım aparın. Seyran dedi ki, ay xala, nə bilək o əsgər hansı dağın dibindədi. Heç nə lazım deyil. Aradan xeyli keçmişdi, başımız toy hazırlığına qarışmışdı, birdən Çingizin səsini eşitdim. Seyran yaxınlaşdı ki, xala, bəs Çingizə qız qaçırtmışıq. Atası toy üçün mağar danışmağa getmişdi. Qapıda qarşılaşdıq. Dedim gör oğlun nə iş tutub? İlham dedi ki, qaçırıb lap yaxşı eləyib, gətirin evə. Çingiz Qazaxdan qız istəyirmiş, bizim də xəbərimiz yox. Dedib maşında qızın üzündən öpüb, “Xoş gəlmisən”, - dedim. Çingizə xoş, bizə dünəndən xoş. Çox keçmədi qızın qohum-əqrabaları polislə gəldilər. Ağsaqqalların danışığından sonra söz Kifayətə verildi. Kifayət: “özüm gəlmişəm”, - dedi. Həmin vaxt Cavidin nişanlısı da bizdə idi. Axşam oldu, Cavidə dedik ki, nişanlını apar evlərinə. Sizin toy gələn ilə qalsın. İkisinin toyunu bir yerdə etmək istəmirdik. Cavid Türkanı evlərinə yox, başqa bir yerə aparıb. Vəziyyət qarışdı. Məcbur olub ikisinin də toyunu bir yerdə etməli olduq.

Gözəl toy oldu.

İki oğul, iki bəy! Yanlarında sevdikləri. Ömrümüzün ən xoşbəxt günü. Arzularımızın zirvəsindəydik. Oğullarımızın üzündəki sevinci gördükcə fərəhlənirdik. Qanadlarımız pərvazlanırdı. Evimizə səadət qoşa gəlirdi.

Cütlüklərin gözlərindəki heyranlıq uzaqdan hiss olunurdu.

Hamı onlara baxıb sevinirdi.

Cavidlə Türkana, Çingizlə Kifayətə baxıb fəxr edirdik. Sevgi ilə qurulan bu ailələr xoşbəxt idilər.

Cavid artıq Müdafiə Nazirliyinin “Gizir hazırlığı kursu”na qəbulla əlaqədar qərar verdi. Birinci dəfə qəbul ola bilmədi. 6 aydan sonra kursa qəbul oldu. Çox sevinirdi. Birinci maaşından qurban kəsəcəyini dedi. Elə də etdi.

2015-ci ildən hərbi xidmətə başlayan Cavid əvvəlcə Tovuz rayonundakı N saylı hərbi hissədə tağım komandirinin müavini vəzifəsində çalışmağa başladı. Bu hərbi hissədə üç il işlədi, sonra bir müddət Goranda işləməli oldu. Ordan da öz ərizəsi ilə ön cəbhəyə getdi. Bir ay idi ki, ön cəhbədəydi. Ayağındakı damar genişlənməsinə görə həkim onu əməliyyata göndərdi. Lakin təlimləri yarımçıq saxlamaq istəmədi. Hərbi hissəyə düşmənin müharibə edəcəyi barədə kəşfiyyat məlumatları daxil olmaqdaydı. Müharibəyə saylı günlər qaldığını bilirmiş. Həm atası, həm də mən Cavidin hospitala getməməyindən çox narahat idik. Qorxurduq sonra ayağında problem ola. “Mən qorxaq deyiləm, müharibədən sonra əməliyyata gedərəm”, – deyəndən sonra heç nə deyə bilmədik. Dostlarının yanına qayıtmağa çox tələsirdi. Ciddi təlimlər keçirdilər. Səsində həyəcan duyulurdu.

Uğura, qələbəyə çox inanırdı. O günü səbrsizliklə gözləyirdi. “Bu döyüş son döyüşdü”, – deyirdi.

Ana olaraq narahat olsam da, Qələbə xəbərini övladlarımdan eşitməyi, onların da bu zəfərdə payının olmasını çox istəyirdim”.

Ermənistan Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-si səhər tezdən ölkəmizə bütün cəbhə boyu hücuma başladı. Ən ağır döyüşlər Ağdam-Ağdərə, Tərtər, Göranboy  istiqamətində gedirdi. Coğrafi mövqe baxımından və bütün yüksəkliklərin onlarda olması üstünlüyündən istifadə edən düşmən bu istiqamətdən irəliləmək istəyirdi. Bütün texnikalardan atəş açmağa başladılar. Ağır döyüşlər gedirdi. İşğal etdikləri torpaqları vermək istəməyən düşmən əlavə torpaqlar əldə etmək istəyində idi. 30 ildə qurduqları istehkama, mövqelərinə ümid etdiklərindən bizim hücumumuz və irəliləyə biləcəyimizi heç düşünmürdülər. Həqiqətən müdafiə qurğuları çox möhkəm idi. Ordumuzun hazırlıq səviyyəsi, müasir texnikalarla təmin olunmağımızdan ya xəbərsiz idilər, ya da bu barədə düşünmək fikrində deyildilər. Görünür, “düşməni özündən güclü bilməlisən” fikrini unutmuşdular.

İlk atəş, ilk hücum... Artıq müharibə başladı.

“Müharibənin başladığını bizə sentyabrın 27-si sübh tezdən Cavid zəng vurub dedi: “Ana müharibə başladı. Bu gün müharibənin başlanmasını xəbər verdim, inşallah, bir neçə gündən sonra Qələbə xəbərini verərəm”. İnanmadım. Bir saat keşməmiş zəng etdim. Cavid telefonu götürdü: ”Ana, narahat olma, mən sağ-salamatam”. Atılan silah səslərini eşidirdim. Dedim ki, silah səslərini eşidirəm. Cavid telefonu bağladı. O silah səslərini heç vaxt unutmaram.

Aradan bir müddət keçdi, ürəyim dözmədi. Təkrar zəng etdim. Cavidin səsində kədər hiss etdim. “İki şəhid vermişik”, – söylədi, sonra sevinclə: “birinci postu yardıq, Qələbəyə doğruyuq. Yarım saat istirahət edib, ikinci posta gedirik”. Çox həyəcanlı idi.

On beş dəqiqədən sonra Cavid zəng etdi ki, döyüşə giririk, öndə düşmənin xeyli canlı qüvvəsi, möhkəm istehkamlarları var. Qələbəmiz üçün, bizim üçün dualar edin. Elcan evin kişisidi, sən də mənim qəhrəmanımsan. Hər şey sənə əmanət. Məndən narahat olma, bu günü çoxdan gözləyirdik. Biz qorxaq deyilik. Nə vaxta qədər öz torpaqlarımıza səngərdən baxacağıq? Çingizdən narahatam, Murov istiqamətində vəziyyət  yaxşı deyil. Ana, burda yerlə göy birləşib. Qarşımızda “Mübariz postu”du, onu alanda zəng vuraram.

 “Allah” sədaları eşidilirdi. Təngənəfəs danışırdı. Bircə onu deyə bildim: “Özünü qoru!”

Bu Cavidin mənimlə son danışığı idi.

Axşam oldu, zəng gəlmədi. Mən dəfələrlə zəng vurdum, götürən olmadı. Heç bilmirdim nə edim. Axırıncı dəfə telefonu açdılar, elə bildim Caviddi, səsini çıxarmır, şübhələndim. O heç vaxt belə etməzdi. Sonra vəziyyət daha da ağırlaşdı. Nə telefon, nə də internet işləmədi. Əlaqə saxlamaq olmadı...

Sentyabrın 30-da Çingiz zəng edib Cavidi soruşdu, dedim, – cavab vermir. Mən belə deyəndə “yaxşı, indi vaxtım yoxdu sonra danışarıq”, – dedi.

Səhəri gün rayon Səfərbərlik İdarəsinə getdim. Dedilər ki, qolundan yaralıdı, imkan olanda sizinlə əlaqə saxlayar.

(ardı var)

Rəfail TAĞIZADƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ