çərşənbə günü, 11 noyabr 2026
     

QAT Gəncədə erməni cinayətlərinə dair müzakirələr keçirib...

Image


“İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət, insan faciələri, dağıntılar, dinc əhaliyə dəyən zərərlər üzrə materialların toplanması və təbliği” layihəsinin həyata keçirilməsi üzrə Qarabağ Azadlıq Təşkilatının (QAT) işçi heyəti Gəncəyə səfər edib. Bu barədə baki-xeber.com-a QAT-ın mətbuat xidməti məlumat verib. Bildirilir ki, Azərbaycanın ikinci böyük şəhərində müharibə zamanı əhalinin yaşadığı dəhşətlər ölçüyəgəlməzdir. Şəhərdə əhali sıxlığı ölkəmiz üzrə  yüksək hədd sayılır: 1 km² 3051 nəfər. Bu isə o deməkdir ki, İkinci Qarabağ müharibəsində Ermənistan qoşunları tərəfindən şəhərə atılan bombalar, məhz, dinc sakinlərin məhv edilməsi məqsədini güdüb.

Torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hərtərəfli və mükəmməl hazırlaşmış dövlətimiz bu yolda canını fəda edən insanlarımızın xatirəsinin əbədiləşməsinə və onların ailə üzvlərinin həyatlarının təminatına böyük diqqət ayırır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevin və icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adil Tağıyevin QAT heyəti ilə görüşündə bu məsələlər barədə ətraflı danışıldı.

QAT sədri Akif Nağı həyata keçirdikləri layihə barədə şəhər rəhbərliyinə detallı məlumat verdi. Layihənin əhəmiyyətini yüksək qiymətləndirən Səməd Tomuyev bu işə yaxından dəstək olaraq,  öz töhfələrini verəcəklərini bildirdi. O, erməni vandallarının cinayətləri barədə səhih məlumatları QAT heyətinin diqqətinə çatdırdı: “Bizim Gəncə şəhəri 2020-ci il oktyabrında düşmənlərimizin raket atəşlərinin hədəfinə çevrildi. Həmin dövrdə, ümumilikdə, Gəncəyə 13 raket atılıb, onlardan 5-i hərbçilərimiz tərəfindən sərrast atəşlə zərərsizləşdirilib, lakin, çox təəssüf ki, 8-i şəhərin müxtəlif məhəllələrinə düşərək partlayış törədib və dinc sakinlərimiz həlak olub. Ermənilərin cinayəti nəticəsində 26 mülki vətəndaşımız şəhid olub, onlardan 6-sı uşaqdır. 4 uşaq hər iki valideynini itirib. 3900-ə yaxın yaşayış və qeyri-yaşayış obyekti məhv edilib. Baş verənlər dövlətimizin və xalqımızın diqqət və qayğısından kənarda qalmayıb. Dağıntəlardan dərhal sonra Azərbaycan Prezidentinin sərəncamı ilə ayrılmış vəsait hesabına 89 ailə evlə təmin olunub, digər sakinlərin də mənzil problemlərinin həlli ilə bağlı müvafiq işlər intensiv şəkildə görülür. İkinci Qarabağ müharibəsində Gəncədən 118 nəfər şəhid olub, xeyli sayda yaralılarımız var. Onlar da diqqətdən kənarda qalmayıb, əksəriyyəti artıq sağalıb və digərlərinin də müalicələri davam etdirilir. Biz, şəhər rəhbərliyi şəhid ailələri ilə tez-tez görüşür, onların kədərini bölüşür, çalışırdıq ki, hər bər cəhətdən onlara həyan olaq. Biz şəhidlərimizlə əlaqədar “genceshehidləri.az” saytını yaratdıq və bütün məlumatları ictimailəşdirdik, şəhidlərimizin xatirəsinə həsr olunmuş iki kitab nəşr etdik”.

S.Tomuyev daha sonra bildirdi ki, dağılmış evlərin yerində memorial kompleks yaradılacaq. Heydər Əliyev prospekti ilə Ələsgər Rəfibəyli küçəsinin kəsişməsində tikiləcək kompleksin ərazisi təxminən 4 hektara yaxın olacaq.

Görüşdə belə bir ümumi rəy ifadə olundu ki, ümummilli məsələlərdə cəmiyyətlə hakimiyyət bir yerdə olmalıdır. Erməni quldurların Gəncəyə xaincəsinə hücumlarına görə yaşanan dəhşətlərin aradan qaldırılmasında xalqımızın və dövlətimizin sarsılmaz birliyi gücünü göstərdi. Təbii ki, bu hücumlar Ermənistan qoşunlarının zəifliyini, elə müharibənin ilk günlərindən artıq uduzacaqlarını bildiklərini sübut edən faktdır.

Şəhər icra hakimiyyətinin məsul işçisi Adil Tağıyev də bildirdi ki, qazilərin, şəhid ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması Gəncə ŞİH -nin prioritet məsələsidir.

Şəhər ictimaiyyətinin, qazilərin, şəhid ailələrinin iştirakı ilə keçirilən toplantıda da gəncəlilər  erməni vəhşiliyini şiddətlə qınadılar. QAT Gəncə şöbəsinin rəhbəri Mətləb Təhmasinin moderatorluğu ilə baş tutan toplantıda icra hakimiyyətinin  “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsnıni müdiri Ayxan Babayev, Gəncədən MM-in deputatı Müşfiq Cəfərovun köməkçisi Sahib Əmiraslanov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə şəhər şöbəsinin rəhbəri Xəzangül Hüseynova, QAT Qadınlar Şurasının üzvü Yeganə Ələkbərova və başqaları iştirak edirdilər.

Çıxış edənlər Gəncə faciəsinin ermənilər tərəfindən insanlığa qarşı cinayət olduğunu yekdilliklə təsdiqlədilər və bildirdilər ki, bu qanlı hadisələr haqda faktların dünya miqyasında ictimailəşdirilməsi günümüzün aktual məsələsidir. Çünki, erməni faşizmi dincəlmək bilmir, xalqımıza, dövlətimizə qarşı iftiralar atmaqda davam edir, torpaqlarımızın işğalını, millətimizə qarşı soyqırımı törətmək üçün müxtəlif planlar qurur.

Xəzangül Hüseynova toplantıya əliəsalı gələn qaziyə xitabən dedi ki, hamı bu ağrı-acını çəkir, bu layihənin həyata keçirilməsi bizim gücümüzü-qüdrətimizi birə-beş artırır, yəni hamımız bir nəfər kimi bu işə öz töhfəmizi verməliyik:”İraq olsun, birdən hamımız əlimizə əsa alsaq, onda axırımız necə olar? Axı, ermənilərin çalışdıqları da budur!”

Sahib Əmiraslanov və Ayxan Babayev də tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək, bildirdilər ki, baş verənləri dünya ictimaiyyətinin nəzərinə çatdırmaq, onları erməni faşizminin təhlükəsinə inandırmaq çətin, ancaq mühüm işdir. Buna görə də bu işə ürəkdən qoşuluruq, sözlə, gözəl münasibətlə, faktları bildirməklə layihənin icrasında iştirak etməyə hazırıq.

Yeganə Ələkbərova çıxışında qeyd etdi ki, QAT-ın indi həyata keçirdiyi layihə xalqımızın 30 ildir  apardığı mübarizənin davamıdır.

Toplantıda iştirak edən QAT Samux şöbəsinin sədri, qazi İlham Xəlilov, qazi anası Təranə Zeynalova, Vətən müharibəsinin iştirakçıları - ehtiyatda olan polkovnik Aydın Şıxəliyev, Gəncə Dövlət Dram Teatrının gənc aktyoru, qazi Şahmar Məmmədov, 2-ci qrup müharibə əlili Seymur Məmmədov, Elmir Verdiyev, Hüsniyyə Əsgərova və başqaları çıxış edərək fikirlərini bölüşdülər. Çıxışçılar erməni vəhşiliyini ifşa etməklə yanaşı erməni barbarlığına qarşı əlbir mübarizənin vacibliyini qeyd etdilər.

Gəncə faciələrinin tədqiqi göstərir ki, əhalinin sıx yaşadığı ərazilərə ermənilər tərəfindən atılan "Toçka-U", "Smerç", "Skad" və digər tipli dağıdıcı raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədini daşıyıb.  Bu isə bir çox beynəlxalq hüquqi aktların kobud surətdə pozulması deməkdir. Bu sənədlər sırasında 1949-cu il 12 avqust tarixli Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair dördüncü Cenevrə konvensiyası, 1974-cü il Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə, 1989-cu il Uşaq hüquqları haqqında konvensiyaya, 2000-ci il Silahlı münaqişələr dövründə uşaqların müdafiəsindən bəhs edən uşaq hüquqları haqqında konvensiyaya əlavə protokol, 1907-ci il Quru müharibəsi qanunları və adətləri haqqında Haaqa konvensiyası, 1977-ci il Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyalarına I əlavə protokolu və digərləri var.

Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən və QAT-ın həyata keçirdiyi layihə üzrə toplanan faktlar beynəlxalq sənədlərə istinadən beynəlxalq aləmdə yayılacaq.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ