çərşənbə günü, 11 noyabr 2026
     

Nikaha daxil olmadan qurulan ailələrin çoxalması ciddi problemə çevrilir…

Image


Azərbaycanda dövlət yalnız rəsmi nikahı tanısa da, cəmiyyətimizdə dini və vətəndaş nikahında yaşayan insanlar da az deyil. Bu faktı rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı da təsdiqləyir

Qanunvericiliklə müəyyən edilmiş qaydada nikaha daxil olmadan ailə quran və ya birgəyaşayış münasibətlərində olan şəxslərin sayının artması, habelə nikahdankənar və tibb müəssisəsindən kənar yeni doğulanların doğum haqqında şəhadətnamə ilə təmin edilməməsi belə uşaqların hüquqlarının və qanuni maraqlarının yetərli səviyyədə müdafiəsinə imkan vermir.

Bu barədə faktlar Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Bildirilib ki, qeyd edilənlər diqqətə alınaraq, kənd yerlərində vətəndaşların nikahın və doğumun qeydiyyata alınması ilə bağlı vaxtında müraciət etməsi üçün yerli icra hakimiyyəti başçılarının müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, bələdiyyələr, polis sahə müvəkkilləri, yerli tibb və təhsil müəssisələri, habelə icmalar səviyyəsində əhali arasında ünvanlı olaraq maarifləndirmə, məlumatlandırma və izahat işinin genişləndirilməsi məqsədə müvafiqdir.

Mütəxəssislər isə hesab edir ki, nikahdankənar dünyaya gələn uşaqlar adətən vətəndaş nikahı ilə yaşayan ailələrdə baş verir. Bu “ailələrin” əksəriyyəti problemli sayıldığından, sonradan nikahdankənar doğulan uşağın taleyi də sual altına düşür.

  • Aytəkin Kamranqızı: “Vətəndaş nikahına adətən milli dəyərlərə dırnaqarası baxan, ailə məfhumuna məsuliyyətsiz yanaşan insanlar üstünlük verir”

Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, Azərbaycanda ailə institutunun ciddi ənənəsi olub: “Vətəndaş nikahı da ailə institutumuzu aşındıran amillərdəndir. Bəziləri deyir, nikahi nə edirik, bəzisi deyir islami nikahimiz var, o birisin nə edirik. Bunların bir çoxu məsuliyyətsizlikdən qaynaqlanır. Gələcəkdə o məsuliyyətdən qaçmaq üçündur. Yəni ki, dövlətdə qeydiyyatda olanda, boşananda problemlər çıxır: məhkəməyə getmək, məhkəmədən gəlmək… Amma burada mollaya deyirsən boşayır. Və yaxud nikah yoxdursa sağol deyib, papağını götürüb evdən gedir. Bu sahədə boşluq var. Hələ mən nikahdankənar doğulan uşaqların sonrakı taleyindən danışmıram. Statistika deyir ki, ötən il 17 mindən çox nikahsız uşaq dünyaya gəlib. Əslində bu kiçik rəqəm deyil. Həmin ailələri dindirsək, onların 10-12 mini problemli olacaq. Bu kimi nikahlar gələcəkdə ailə institutunun tamamilə aşınmasına gətirib çıxara bilər. Vətəndaş nikahına adətən milli dəyərlərə dırnaqarası baxan, ailə məfhumuna məsuliyyətsiz yanaşan insanlar üstünlük verir. Bəzən misal kimi Avropa ölkələrini göstərirlər və qeyd edirlər ki, həmin ölkələrdə vətəndaş nikahı ilə yaşamaq problem yaratmır. Əslində bu fikir kökündən yanlışdır. Nəzərə almaq lazımdır ki, Avropada ailə modeli, demək olar ki, tamamilə sıradan çıxıb və ailələrlə bağlı kifayət qədər problemlər var. Bu ölkələr ailə məsələsində heç vaxt bizə nümunə ola bilməz. Son illər bizdə də ailə institutunda ciddi gərginlik müşahidə olunur. Biz bu gərginliyin aradan qaldırılması üçün konkret addımlar atmalıyıq”.

  • Fatimə Hacıbəyli: “Bəzən insanlar məsuliyyət hissindən azad olmaq üçün vətəndaş nikahına üz tuturlar”

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, bəzən insanlar məsuliyyət hissindən azad olmaq üçün vətəndaş nikahına üz tuturlar: “Onlara elə gəlir ki, vətəndaş nikahında kifayət qədər qeyd olunan məsuliyyət və öhdəliklər olmayacaq. Hətta bəziləri uşaqlarına aliment verməkdən imtina edir. Bu, birlikdə yaşayışın bir-birinə əminlik, inam hissinin kifayət qədər olmamasından irəli gəlir. Burada əmlak, aliment məsələlərinin, bir az xarici ölkələrin də təsiri var. Xarici ölkələrdə birlikdə yaşayıb, daha sonra ailə həyatı qururlar. Hətta belə bir təbliğat da irəli sürürlər. Lakin bir fərq var ki, xaricdə birgə yaşayanlar övlad dünyaya gətirmir. Birgə yaşamaq onlar üçün bir-birini tanıma məqsədi daşıyır. Ona görə də əhəmiyyətlidir. Bu mərhələdə də uşaq dünyaya gətirmirlər. Bizdə isə tam tərsidir. Əslində vətəndaş nikahı bizdə həmişə olub. Vətəndaş nikahı daha çox dini nikah kimi də olur. Bunlara elə gəlir ki, elə Allah yanında kəbinlərinin kəsilməsi onların birləşməsi üçün əsasdır və bunun da açıq şəkildə təbliğatı aparılır. Bu cür təbliğat aparmaq və ya qarşısındakını utandırmaq, ailəliliyin ilk dövründən qeyri-səmimi olmaq bu münasibətlərə səbəb olur”.

  • Hüseyn Axundov: “Uşağın atası olduğu iddia edilən şəxs bunu könüllü etiraf etmədikdə məsələ məhkəmə yolu ilə həll olunur”

Hüquqşunas Hüseyn Axundovun sözlərinə görə, ananın aliment tələb etməsi üçün bioloji atanın adının doğum haqqında şəhadətnaməyə yazılması kifayət edir: “Ailə Məcəlləsinə əsasən, uşaq dünyaya gəldikdən sonra onun mənşəyi müəyyən edilir. Uşağın bioloji atasının adı, soyadı və ata adı doğum haqqında şəhadətnaməyə yazıldığı andan uşaq müəyyən hüquqlara malik olur. Ana ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Şəxs uşağın atası kimi qeydə alınır və müvafiq aliment müəyyən edilir. Lakin əksər hallarda ata bu məsələdən yayınır. Uşağın atası olduğu iddia edilən şəxs bunu könüllü etiraf etmədikdə məsələ məhkəmə yolu ilə həll olunur”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ